AFFA İntizam Komitəsi "Şahdağ Qusar" rəsmisi Məhəmməd Bədəlbəyliyə töhmət verib
İdman 06 Oktyabr 2026, 18:30
427
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.
Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.
Həmçinin oxuyun
Xatırladaq ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla lide
rdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Milan"ın futbolçusu Aleksis Salemakers cari ildə meydana çıxa bilməyəcək
İtaliyanın "Milan" klubunun futbolçusu Aleksis Salemakers 2026-cı ilin sonunadək sıradan çıxıb."Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sağ topuğundan əməliyyat olunmaq qərarına gəldiyi üçün yaşıl meydanlardan kənarda qalacaq.Belçikalı oyunçunun bərpası 3 aydan çox vaxt aparacaq. Onun növbəti ildə sıraya dönəcəyi gözlənilir.Xatırladaq ki, A.Salemakersin sentyabrın 29-da məşq zamanı topuğu burxulub.
06 Oktyabr 2026, 18:25
Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.Citypost.az , 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur....
06 Oktyabr 2026, 11:41
Ad günündə özünə 7 milyonluq “Ferrari” aldı
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat) “Ferrari F80” alıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.“Milan”da yüksəksəviyyəli məsləhətçi vəzifəsində çalışan isveçli futbol əfsanəsi yeni avtomobilinin videosunu instagram səhifəsində paylaşaraq, “Happy Birthday to Zlatan” (“Zlatanın doğum günü mübarək”) başlığını yazıb.Qeyd edək ki, oktyabrın 3-ü onun 45 yaşı tamam olub.
05 Oktyabr 2026, 18:26
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəkidə qaliblər müəyyənləşib.Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, "Şöhrət" ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına...
05 Oktyabr 2026, 16:37
Dünya çempionatı: Gültac Məmmədəliyeva qələbə qazanıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.Citypost.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq....
05 Oktyabr 2026, 12:41
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.AFFA-dan Citypost.az-a bildirilib ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
02 Oktyabr 2026, 17:53