Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib

Cəmiyyət 06 Oktyabr 2026, 18:18

463

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Krausz ilə mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib.

Bu barədə Citypost.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanda mövcüd mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.

Həmçinin Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Bu barədə Citypost.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.Görüşdə ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından...

06 Oktyabr 2026, 18:58

Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə “Hava limanlarında ehtimal olunan fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə məşq keçirilib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, məşqin məqsədi hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.Məşqdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunan yanğınsöndürmə və xilasetmə heyətləri, tibb personalı və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin, hava limanında fəaliyyət göstərən digər qurumların qüvvələri iştirak ediblər.Plana uyğun...

06 Oktyabr 2026, 18:10

Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı

ADY 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb.Citypost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binada orijinal görünüş saxlanılmaqla kompleks yenidənqurma aparılıb.

06 Oktyabr 2026, 17:53

Dövlət Xidmətinin rüşvət almaqda ittiham edilən vəzifəli şəxsi barəsində qərar verilib

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az , Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 min manat cərimə cəzasına məhkum edilib.Məhkəmə həbsdə olduğu müddəti nəzərə alaraq ona qəti olaraq 6 min manat cərimə cəzası tətbiq edib.Xatırladaq ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.Sonradan barəsində o, həbssən azad olunub.Qeyd edək ki, Baş...

06 Oktyabr 2026, 17:53

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edildi

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.Citypost.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən, Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.Qeyd edək ki, o, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

06 Oktyabr 2026, 17:45

“Sonsuz qardaşlıq – V” təlimi başa çatdı – Azərbaycan da iştirak etdi

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.MN-dən Citypost.az-a verilən məlumata görə, Özbəkistan Respublikasında keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlmasına yönəldilib.Plana əsasən itirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi,...

06 Oktyabr 2026, 17:37