Birinci qrup əlilliyi olan şəxslərə kredit verilməyə bilər? – Vəkildən AÇIQLAMA
Hüquq 07 Oktyabr 2026, 11:44
381
Banklardan kredit götürmək istəyən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri müraciətin müxtəlif səbəblərdən qəbul edilməməsidir. Xüsusilə gəliri olan, pensiya və ya əməkhaqqı alan şəxslər bankdan kredit üçün müraciət etdikdə imtina ilə üzləşdiklərini bildirirlər. Bu zaman isə ən çox müzakirə olunan məsələlərdən biri bankların əlilliyi olan şəxslərə kredit verib-verməməsi ilə bağlıdır.Bəzən vətəndaşlar düşünürlər ki, şəxsin birinci qrup əlilliyi varsa, bank onun kredit müraciətindən avtomatik imtina edə bilər. Lakin əlilliyin olması özlüyündə kreditdən imtina üçün əsas hesab edilə bilməz. Kredit müraciətinə baxılarkən bank tərəfindən şəxsin gəlirləri, mövcud öhdəlikləri, kredit tarixçəsi, ödəmə qabiliyyəti və digər risk meyarları qiymətləndirilə bilər.
Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil Səbinə Əliyeva bildirib ki, birinci qrup əlilliyi olan şəxsin yalnız əlillik statusuna görə kreditdən məhrum edilməsi hüquqi baxımdan ayrıca əsaslandırılmalıdır.
Vəkil qeyd edib ki, bu məsələ ilə bağlı vətəndaşlardan kifayət qədər suallar daxil olur:
“Bir dinləyicimiz bizə belə bir sual ünvanlayıb. Bildirir ki, birinci qrup əlilliyi olan şəxsdir, aylıq müəyyən gəliri var, lakin banka kredit üçün müraciət etdikdə ona kredit verilməsindən imtina edilib. Vətəndaşın sualı bundan ibarətdir ki, bank sırf şəxsin birinci qrup əlilliyi olması səbəbindən kredit verməmək hüququna malikdirmi?”
Səbinə Əliyevanın sözlərinə görə, burada ilk növbədə kreditdən imtinanın əsl səbəbini müəyyənləşdirmək lazımdır. Çünki bankın kredit müraciətinə mənfi cavab verməsinin bir sıra səbəbləri ola bilər və kənardan yalnız əlillik statusuna əsaslanaraq bankın hansı səbəbdən imtina etdiyini dəqiq söyləmək mümkün deyil.
“Biz burada yalnız ehtimaldan danışa bilərik. Çünki bank əməkdaşı deyilik, həmin şəxsin kredit müraciətinə baxılması prosesində iştirak etməmişik və bankın daxili qiymətləndirməsinin nəticəsini görməmişik. Ola bilər ki, vətəndaş müəyyən edilmiş meyarlardan hər hansı birinə cavab verməyib. Məsələn, şəxsin gəliri müəyyən məbləğdə olsa da, onun üzərində digər kredit öhdəlikləri ola bilər. Bank həmin şəxsin gəlirini və aylıq xərclərini nəzərə alaraq yeni kredit üzrə ödənişi həyata keçirə bilib-bilməyəcəyini qiymətləndirir”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, kredit münasibətlərində əsas məsələlərdən biri şəxsin real ödəmə qabiliyyətinin müəyyən edilməsidir. Yəni vətəndaşın aylıq gəlirinin olması avtomatik şəkildə onun istənilən məbləğdə kredit ala biləcəyi anlamına gəlmir.Məsələn, şəxsin aylıq gəliri 770 manatdırsa, bank yalnız bu rəqəmə baxaraq qərar verməyə bilər. Şəxsin digər kreditləri, ailə və digər maliyyə öhdəlikləri, mövcud borcları və yeni kredit üzrə aylıq ödənişin gəlirə nisbəti də nəzərə alına bilər. Nəticədə bank həmin şəxsin yeni kredit öhdəliyini təhlükəsiz şəkildə yerinə yetirib-yetirə bilməyəcəyini qiymətləndirir.
Vəkil bildirib ki, burada kredit tarixçəsi də mühüm amillərdən biri ola bilər. Əvvəllər götürülmüş kreditlər üzrə gecikmələrin olması, mövcud borcların yüksək olması və digər maliyyə öhdəlikləri bankın qərarına təsir göstərə bilər. Buna görə də vətəndaş yalnız aldığı pensiya və ya əməkhaqqının məbləğinə əsaslanaraq kreditin mütləq verilməli olduğunu düşünməməlidir.
“Əgər bir şəxsin aylıq gəliri 770 manatdırsa, bu, əlbəttə ki, onun gəlirinin olduğunu göstərir. Amma bank üçün məsələ yalnız gəlirin mövcudluğu ilə bitmir. Həmin şəxsin başqa öhdəliklərinin olub-olmaması, gəlirin davamlılığı, əvvəlki kredit ödənişləri və yeni kredit üzrə aylıq ödənişin onun maliyyə imkanlarına uyğun olub-olmaması da qiymətləndirilə bilər”, – S.Əliyeva vurğulayıb.
Vəkilin sözlərinə görə, əlillik statusu ilə bağlı məsələdə isə xüsusi diqqətli olmaq lazımdır. Şəxsin birinci qrup əlilliyi olması onun bank xidmətlərindən istifadə etmək hüququnu avtomatik olaraq aradan qaldırmır. Başqa sözlə, “şəxs birinci qrup əlildir, ona görə kredit verilmir” yanaşması ayrıca və avtomatik hüquqi əsas kimi təqdim edilə bilməz.
“Əgər bank sırf şəxsin birinci qrup əlilliyi olmasına görə kredit vermədiyini bildirirsə, burada artıq məsələyə ayrıca hüquqi qiymət verilməlidir. Çünki əlilliyin olması şəxsin müqavilə bağlamaq, bank xidmətlərindən istifadə etmək və maliyyə xidmətlərinə müraciət etmək imkanını öz-özlüyündə aradan qaldırmır. Bank kredit verərkən müəyyən risk qiymətləndirməsi apara bilər, lakin həmin qiymətləndirmə qanunvericiliyin tələbləri çərçivəsində olmalıdır”, – deyə vəkil bildirib.
Səbinə Əliyeva qeyd edib ki, bəzən kreditdən imtinanın səbəbi kimi göstərilən amil vətəndaşın düşündüyü səbəbdən tamamilə fərqli ola bilər. Vətəndaş özünün əlillik statusunu əsas səbəb hesab edə bilər, halbuki bankın sistemində başqa bir meyar üzrə uyğunsuzluq müəyyənləşdirilmiş ola bilər.
Həmçinin oxuyun
Digər tərəfdən, əlilliklə bağlı ödənişlərin və ya pensiyanın müddəti də bankın risk qiymətləndirməsində nəzərə alına biləcək məsələlərdən biri kimi ortaya çıxa bilər. Məsələn, müəyyən sosial ödənişin və ya əlillik statusunun müddətli olması halında bank gəlirin gələcəkdə davam edib-etməyəcəyinə dair risk qiymətləndirməsi apara bilər.
“Misal üçün, şəxsin gəlirinin müəyyən hissəsi əlilliklə bağlı ödənişdən formalaşırsa və həmin ödənişin davamlılığı ilə bağlı müddət məsələsi varsa, bank bunu öz risk qiymətləndirməsində nəzərə ala bilər. Tutaq ki, şəxsin müəyyən müddətdən sonra yenidən müayinədən keçməsi və əlillik statusunun qiymətləndirilməsi nəzərdə tutulur. Bank bu halda həmin gəlirin gələcəkdə eyni formada davam edib-etməyəcəyini risk kimi qiymətləndirə bilər. Amma bu, yenə də şəxsin əlilliyinə görə avtomatik kredit verilməməsi demək deyil”, – deyə vəkil açıqlayıb.
Onun sözlərinə görə, bankların əsas məqsədi verdiyi kreditin geri qaytarılmasını təmin etməkdir. Bu səbəbdən banklar kredit müraciətlərinə baxarkən şəxsin gəlirinin yalnız bugünkü vəziyyətini deyil, gələcək dövrdə də həmin öhdəliyi yerinə yetirmək imkanını qiymətləndirə bilərlər.
Məsələn, vətəndaş hazırda müəyyən məbləğdə pensiya və ya digər gəlir əldə edir. Lakin həmin gəlirin hansı əsasla ödənildiyi, davamlı olub-olmaması və kreditin müddəti ərzində bu gəlirin qorunub saxlanılacağı məsələsi bank üçün risk amili yarada bilər. Xüsusilə uzunmüddətli kreditlərdə bankın gəlirin davamlılığına diqqət yetirməsi mümkündür.
Bununla belə, vəkil hesab edir ki, vətəndaş kreditdən imtina aldıqda bunun səbəbini aydınlaşdırmağa çalışmalıdır. Əgər şəxs bankın qərarının yalnız əlillik statusuna əsaslandığını düşünürsə, bu barədə bankdan məlumat almaq və zərurət yarandıqda hüquqi məsləhət almaq mümkündür.
“Vətəndaşın burada əsas diqqət etməli olduğu məqam imtinanın konkret səbəbidir. Əgər bank sadəcə olaraq ‘siz birinci qrup əlilsiniz, ona görə kredit verilmir’ deyirsə, bu məsələnin hüquqi əsasının nə olduğunu soruşmaq lazımdır. Əgər söhbət gəlirin yetərli olmamasından, mövcud öhdəliklərdən, kredit tarixçəsindən və ya gəlirin davamlılığı ilə bağlı riskdən gedirsə, bu artıq başqa məsələdir. Ona görə də səbəbləri bir-birindən ayırmaq lazımdır”, – S.Əliyeva deyib.
Vəkil əlavə edib ki, vətəndaşın maaş alması və ya pensiya gəlirinin olması da bankın mütləq kredit verməli olduğu anlamına gəlmir. Bankın kredit qərarı yalnız bir göstərici əsasında deyil, ümumi maliyyə vəziyyətinin qiymətləndirilməsi əsasında formalaşa bilər.
Beləliklə, birinci qrup əlilliyi olan şəxsin kredit ala bilməməsi ilə bağlı məsələyə “əlildir deyə kredit verilmir” formasında yanaşmaq düzgün deyil. Əsas məsələ bankın hansı meyar əsasında mənfi qərar verdiyini müəyyən etməkdir. Şəxsin əlillik statusu onun bank xidmətlərindən istifadəsinə avtomatik qadağa yaratmır. Eyni zamanda, bankın kredit risklərini qiymətləndirmək və şəxsin ödəmə qabiliyyətini nəzərə almaq hüququ da mövcuddur.
Bu səbəbdən kreditdən imtina ilə qarşılaşan vətəndaş ilk növbədə qərarın səbəbini dəqiqləşdirməli, gəlir və öhdəliklərinin necə qiymətləndirildiyini öyrənməli, əgər imtinanın diskriminativ və ya qanunsuz əsasla verildiyini düşünürsə, bununla bağlı aidiyyəti qurumlara müraciət etməli və hüquqi yardım almalıdır.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qızının adına olan evə qayınanası iddia qaldıra bilər? – Vəkildən AÇIQLAMA
Ailə daxilində əmlak məsələləri bəzən münasibətlərin ən həssas mövzularından birinə çevrilir. Xüsusilə həyat yoldaşlarından birinin vəfat etməsindən sonra onun valideynləri ilə digər ailə üzvləri arasında ev, mənzil və digər əmlaklarla bağlı mübahisələr yarana bilər. Belə hallarda ən çox ortaya çıxan suallardan biri budur: əgər mənzil və ya ev sağ qalan həyat yoldaşının adına rəsmiləşdirilibsə, mərhumun anası həmin əmlaka iddia edə və çıxarışın dəyişdirilməsini tələb edə bilərmi?Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil Mircavid Miriyev bildirib ki, belə məsələlərdə yalnız tərəflərin qohumluq münasibətlərinə əsaslanaraq nəticə çıxarmaq olmaz. Əmlakın kimin adına rəsmiləşdirilməsi, onun hansı vaxtda və hansı əsasla əldə edilməsi, nikah dövründə alınıb-alınmaması...
07 Oktyabr 2026, 09:49
Xaricdə bağlanan nikah Azərbaycanda pozula bilərmi? – Vəkildən AÇIQLAMA
Azərbaycan vətəndaşlarının xarici ölkə vətəndaşları ilə nikaha daxil olması son illərdə kifayət qədər geniş yayılıb. Belə nikahların pozulması zamanı isə tərəflərdən birinin Azərbaycanda, digərinin isə xarici ölkədə yaşaması müxtəlif hüquqi suallar yaradır. Xüsusilə nikah Türkiyədə bağlanıbsa, həmin nikahın Azərbaycan məhkəməsində pozulmasının mümkün olub-olmaması və bunun üçün hansı sənədlərin tələb edilməsi vətəndaşları maraqlandıran məsələlərdəndir.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil İlham Mehrəliyev bildirib ki, müəyyən hallarda xarici ölkədə qeydə alınmış nikah Azərbaycan məhkəməsində də pozula bilər.Vəkilin sözlərinə görə, nikahın xarici ölkədə bağlanması onun Azərbaycan ərazisində pozulmasına avtomatik olaraq maneə yaratmır. Əgər tərəflərdən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, qanunvericilikdə nəzərdə tutulan hallarda nikahın pozulması...
06 Oktyabr 2026, 11:00
Mülki hüquqda iddia müddəti nə qədərdir? – Hüquqşünasdan AÇIQLAMA
Mülki hüquq münasibətlərində şəxslərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etməsi mühüm əhəmiyyət daşıyır. Qanunvericilikdə bu məqsədlə müəyyən müddətlər nəzərdə tutulub. Hüququ pozulmuş şəxsin öz hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməli olduğu qanunla müəyyən edilmiş müddət isə iddia müddəti adlanır. İddia müddətinin düzgün müəyyən edilməsi və bu müddət ərzində hüquqi addımların atılması bir sıra mübahisələrdə həlledici rol oynaya bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında hüquqşünas Nail Həsənov bildirib ki, mülki hüququ pozulmuş şəxsin məhkəməyə vaxtında müraciət etməsi onun hüquqlarının effektiv şəkildə müdafiəsi baxımından əsas məsələlərdən biridir.Hüquqşünasın sözlərinə görə, iddia müddəti pozulmuş hüquqların müdafiəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş zaman çərçivəsidir:“İddia...
06 Oktyabr 2026, 10:00
Hərbi xidmətdən qayıdan şəxs əvvəlki işinə nə vaxt bərpa olunmalıdır?
Hərbi xidmətə çağırılan şəxslərin xidmət başa çatdıqdan sonra əvvəlki iş yerlərinə qayıtmaq hüququ qanunvericiliklə qorunur. Lakin hərbi xidmətdən qayıdan şəxsin əvvəlki iş yerində yenidən çalışması üçün müəyyən müddətlərə və prosedurlara əməl olunmalıdır.Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsi, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq müddəaları hərbi xidmətdən qayıdan şəxslərin əmək hüquqlarının müdafiəsini nəzərdə tutur. Müddətli həqiqi hərbi xidmətdən qayıdan şəxs əvvəlki iş yerinə ən geci 60 təqvim günü ərzində müraciət etməlidir.Mütəxəssislər bildirirlər ki, müəyyən edilmiş müddət ərzində işçidən müraciət daxil olduqda işəgötürənin də üzərinə konkret öhdəlik düşür. Belə ki, işəgötürən...
06 Oktyabr 2026, 09:00
Ər-arvad boşandıqdan sonra kredit borcu necə bölünür? – Vəkildən açıqlama
Ailə münasibətləri pozulduqdan və tərəflər boşandıqdan sonra qarşıya çıxan əsas hüquqi məsələlərdən biri də nikah dövründə götürülmüş kredit və digər borc öhdəliklərinin kimin tərəfindən ödənilməli olmasıdır. Xüsusilə kredit ailənin ümumi ehtiyacları üçün götürülübsə, lakin boşanmadan sonra borcun yalnız tərəflərdən birindən tələb edilməsi halları mübahisələrə səbəb olur.Bir çox hallarda tərəflərdən biri “krediti mən götürmüşəm, deməli, yalnız mən ödəməliyəm” və ya əksinə, “kredit həyat yoldaşımın adına rəsmiləşdirilib, buna görə mənim bu borca aidiyyatım yoxdur” düşüncəsində olur. Lakin hüquqi baxımdan məsələyə yalnız kredit müqaviləsinin kimin adına bağlanması ilə yanaşılmır. Burada kredit vəsaitinin hansı məqsədlə götürüldüyü və ailənin ümumi ehtiyaclarına sərf olunub-olunmadığı da mühüm...
05 Oktyabr 2026, 11:26
Heç bir sənədi olmayan evə necə sənəd almaq olar? – Vəkildən açıqlama
Azərbaycanda yaşayış evləri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri tikilinin heç bir rəsmi sənədinin olmamasıdır. Bəzi vətəndaşların əlində yalnız elektrik, qaz və ya su abonentliyinə dair sənədlər olur. Kommunal xidmətlərin şəxsin adına rəsmiləşdirilməsi isə həmin ev və ya torpaq sahəsi üzərində avtomatik olaraq mülkiyyət hüququ yaratmır. Bu səbəbdən belə evlərə sonradan sənəd almaq istəyən şəxslər hansı quruma müraciət etməli olduqlarını və ümumiyyətlə bunun mümkün olub-olmadığını bilmirlər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Emin İsayev bildirib ki, sənədsiz evlə bağlı məsələyə vahid yanaşmaq mümkün deyil. İlk növbədə evin hansı torpaqda yerləşdiyi müəyyənləşdirilməlidir. Çünki tikilinin dövlət, bələdiyyə və ya xüsusi...
05 Oktyabr 2026, 10:19