Bizə yazın

Baku

-°C

USD

-

Bakıda 10 minə maral başı satılır 

Cəmiyyət 07 Oktyabr 2026, 17:08

432

Bakıda 10 min manata maral başı satılır.

Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə elan yerləşdirilib.

Satıcı bildirib ki, maral başının əllidən çox yaşı var, Sibirdən gətirilib. Onun sözlərinə görə, suvenirin son qiyməti 10 min manatdır.

Qeyd edək ki, bu cür dekorativ əşyalar taxidermiya üsulu ilə hazırlanır. Heyvan öldükdən sonra onun dərisi ehtiyatla çıxarılır, qorunması üçün xüsusi şəkildə işlənir, sonra içəridə maralın baş və boyun formasında hazırlanmış süni qəlibin üzərinə çəkilir. Buynuzlar çox vaxt həqiqi olur, gözlər isə adətən süni şüşədən düzəldilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağlayan şəhər  

Gecə şəhər ağlamış,Xəbəri yox adamın. Papağı başındadır,Altı quru bu damın.Gecə şəhər ağlamış,Kiprikləri nəmlidir.Küçələr su içində,Səkilər də qəmlidir.Gecə şəhər ağlamış,Ağaclar fikirlidir.Yarpaqları üşüyüb,Gövdəsi də islanmışGöz yaşı selə dönən,Küçələrdə insanlar,Xəbərsizdir şəhərdən.Gecə şəhər ağlamış. Ramidə Yaqubqızı

07 Oktyabr 2026, 17:05

ADY 14 milyon tona yaxın yük daşıyıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 13 milyon 882 min 84 ton yaxın yük daşıyıb.Bu barədə Citypost.az ADY-dən məlumat verilib.Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 371 min 796 ton və ya 11 % çoxdur.Hesabat dövründə tranzit daşımaları isə 15 % artaraq 5,7 milyon tona çatıb.Tranzit yükdaşımalarda "Şərq-Qərb" dəhlizi üzrə 20 %, "Şimal-Cənub" istiqaməti üzrə isə 26 % artım qeydə alınıb.Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29 %, tranzit daşımalar isə 37 % artıb....

07 Oktyabr 2026, 16:55

Prezident İlham Əliyev Putinə zəng edib 

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.Citypost.az xəbər verir ki, Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar....

07 Oktyabr 2026, 15:52

Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib 

Baş prokuror Kamran Əliyev oktyabrın 7-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.Baş prokuror mənzillərə baxış...

07 Oktyabr 2026, 15:40

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 6-da və 7-də Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirib.Citypost.az DİN-ə istinadən xəbər verir ki, nazir əvvəlcə Şəki şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək...

07 Oktyabr 2026, 14:03

“Der Spiegel”in Azərbaycanla bağlı yazısına RƏSMİ ETİRAZ

Azərbaycan Almaniyanın “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.Qeyd edək ki, Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.Əlavə edək ki, Media...

07 Oktyabr 2026, 13:53