Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Cəmiyyət 07 Oktyabr 2026, 17:29

430

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında, artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.

Çıxışda, MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən bəhs edən nazir, 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanda keçirilmiş III MDB Oyunları və Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı” çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək edəcəyi bildirilib.

Sonda nazir Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib. Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində uğurlar arzulanıb və Azərbaycan tərəfinin qarşıya qoyulan vəzifələrin həllində lazımi dəstəyi göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin bir sıra qarşılıqlı maraq doğuran çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir sıra qərar layihələri nəzərdən keçirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabunçuda doğulmuş Zorge kim idi?

Qeyd dəftərçəsindən."Rixard Zorge 4 oktyabr 1895-ci il tarixdə  Bakının alman mühəndisi Adolf Zorgenin ailəsində  Sabunçu qəsəbəsində doğulmuşdu. O, deyirdi: “Mən Bakıda doğulmuşam özümü Azərbaycanlı hesab edə bilərəm. Amma təəssüf ki, Azərbaycan dilini bilmirəm”.Gənc Rixard SSRİ-də və Almaniyada İnternasionalda fəaliyyət göstərmiş, kəşfiyyata maraq göstərmişdir.Zorge ötən əsrin 30-cu illərindən başlayaraq əvvəlcə Çində, sonra isə Yaponiyada rezident kimi fəaliyyət göstərmişdir.  Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ rəhbərliyini Almaniya tərəfindən gözlənilən hücumla bağlı xəbərdar etmişdi. Lakin Stalin və onun komandası bu bu informasiyaya etinasız yanaşıb. "Ramzay" – Zorgenin agentura təxəllüsü belə idi- 1941-ci ildə Yaponiyada fəaliyyət göstərərkən SSRİ rəhbərliyinə Yaponiyanın yaxın gələcəkdə sovetlərə hücum etməyəcəyi barədə dəqiq...

07 Oktyabr 2026, 17:30

Bakıda 10 minə maral başı satılır 

Bakıda 10 min manata maral başı satılır.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə elan yerləşdirilib.Satıcı bildirib ki, maral başının əllidən çox yaşı var, Sibirdən gətirilib. Onun sözlərinə görə, suvenirin son qiyməti 10 min manatdır.Qeyd edək ki, bu cür dekorativ əşyalar taxidermiya üsulu ilə hazırlanır. Heyvan öldükdən sonra onun dərisi ehtiyatla çıxarılır, qorunması üçün xüsusi şəkildə işlənir, sonra içəridə maralın baş və boyun formasında hazırlanmış süni qəlibin üzərinə çəkilir. Buynuzlar çox vaxt həqiqi olur, gözlər isə adətən süni şüşədən düzəldilir....

07 Oktyabr 2026, 17:08

Ağlayan şəhər  

Gecə şəhər ağlamış,Xəbəri yox adamın. Papağı başındadır,Altı quru bu damın.Gecə şəhər ağlamış,Kiprikləri nəmlidir.Küçələr su içində,Səkilər də qəmlidir.Gecə şəhər ağlamış,Ağaclar fikirlidir.Yarpaqları üşüyüb,Gövdəsi də islanmışGöz yaşı selə dönən,Küçələrdə insanlar,Xəbərsizdir şəhərdən.Gecə şəhər ağlamış. Ramidə Yaqubqızı

07 Oktyabr 2026, 17:05

ADY 14 milyon tona yaxın yük daşıyıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 13 milyon 882 min 84 ton yaxın yük daşıyıb.Bu barədə Citypost.az ADY-dən məlumat verilib.Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 371 min 796 ton və ya 11 % çoxdur.Hesabat dövründə tranzit daşımaları isə 15 % artaraq 5,7 milyon tona çatıb.Tranzit yükdaşımalarda "Şərq-Qərb" dəhlizi üzrə 20 %, "Şimal-Cənub" istiqaməti üzrə isə 26 % artım qeydə alınıb.Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29 %, tranzit daşımalar isə 37 % artıb....

07 Oktyabr 2026, 16:55

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.Fərmana əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:- vəzifə maaşına əlavələr - təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq...

07 Oktyabr 2026, 16:41

Prezident İlham Əliyev Putinə zəng edib 

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.Citypost.az xəbər verir ki, Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar....

07 Oktyabr 2026, 15:52