“Der Spiegel”in Azərbaycanla bağlı yazısına RƏSMİ ETİRAZ
Cəmiyyət 07 Oktyabr 2026, 13:53
418
Azərbaycan Almaniyanın “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.
Qeyd edək ki, Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.
Həmçinin oxuyun
Əlavə edək ki, Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 6-da və 7-də Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirib.Citypost.az DİN-ə istinadən xəbər verir ki, nazir əvvəlcə Şəki şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək...
07 Oktyabr 2026, 14:03
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
"Azərbaycan bu gün Ukraynaya qış mövsümünə hazırlıq üçün həyati əhəmiyyət daşıyan növbəti elektrik avadanlıqları paketini göndərib".Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib.Səfir bildirib ki, sözügedən yardım Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminə dəymiş ciddi zərər fonunda ölkə üçün böyük əhəmiyyət daşıyır.Onun sözlərinə görə, Ukraynaya transformatorlar, 186 kilometr elektrik kabeli və digər avadanlıqlar daxil olmaqla 10 yük maşını yola salınıb.Səfir Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.“Azərbaycanın bu dəstəyinə görə çox minnətdarıq. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına ölkəm üçün göstərdiyi bu qardaşlıq yardımına görə təşəkkür edirik. Biz bunu heç vaxt unutmayacağıq və Azərbaycanın Ukraynaya...
07 Oktyabr 2026, 13:30
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.Bu barədə Citypost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər:“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”....
07 Oktyabr 2026, 13:22
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib
Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib.Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir."Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır", - məlumatda bildirilib.Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay...
07 Oktyabr 2026, 13:15
Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri
O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub.On beş il hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:– Koba, məni nə vaxt oxumağa göndərəcəksən?Stalin bu suala təbəssümlə cavab verib:– Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.Voroşilov Stalinə məhz “sən” və “Koba” deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə...
07 Oktyabr 2026, 13:13
Sabahın hava proqnozu açıqlanıb
Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...
07 Oktyabr 2026, 13:07