Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda bu həftədən ov mövsümü başlayır 

Cəmiyyət 07 Oktyabr 2026, 13:22

342

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Bu barədə Citypost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər:

“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna səfiri Azərbaycana təşəkkür edib 

"Azərbaycan bu gün Ukraynaya qış mövsümünə hazırlıq üçün həyati əhəmiyyət daşıyan növbəti elektrik avadanlıqları paketini göndərib".Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib.Səfir bildirib ki, sözügedən yardım Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminə dəymiş ciddi zərər fonunda ölkə üçün böyük əhəmiyyət daşıyır.Onun sözlərinə görə, Ukraynaya transformatorlar, 186 kilometr elektrik kabeli və digər avadanlıqlar daxil olmaqla 10 yük maşını yola salınıb.Səfir Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.“Azərbaycanın bu dəstəyinə görə çox minnətdarıq. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına ölkəm üçün göstərdiyi bu qardaşlıq yardımına görə təşəkkür edirik. Biz bunu heç vaxt unutmayacağıq və Azərbaycanın Ukraynaya...

07 Oktyabr 2026, 13:30

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib 

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib.Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir."Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır", - məlumatda bildirilib.Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq. Qurultay...

07 Oktyabr 2026, 13:15

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri

O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub.On beş il hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:– Koba, məni nə vaxt oxumağa göndərəcəksən?Stalin bu suala təbəssümlə cavab verib:– Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.Voroşilov Stalinə məhz “sən” və “Koba” deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə...

07 Oktyabr 2026, 13:13

Sabahın hava proqnozu açıqlanıb 

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

07 Oktyabr 2026, 13:07

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək - QƏRAR

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat məbləğində vəsait ödəməlidir.Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib....

07 Oktyabr 2026, 12:42

"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb

Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacnlı ölüb.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası...

07 Oktyabr 2026, 12:00