Ksander Severina “Ayın qolu” mükafatına layiq görüldü
İdman 07 Oktyabr 2026, 18:13
383
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah" futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.
Bu barədə Citypost.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib.
Avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı qurumun inzibati binasında PFL prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən K.Severina "Ayın qolu" layihəsində qalib seçilməsindən məmnunluğunu ifadə edib.
Həmçinin oxuyun
Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AFFA üç komandaya texniki məğlubiyyət verib
AFFA-nın aşağı yaş liqalarında keçirilən oyunlarda qayda pozuntularına görə üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.U-14 Liqasında oktyabrın 4-də keçirilən "Hilal Ağsu" – "Şamaxı" matçında meydan sahibləri Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.Eyni liqada oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan "Səbail" – "Zəfər" qarşılaşması "Səbail"in oyun protokolunu doldurmaması və ev sahibi kimi öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə bu kollektivə də 0:3 hesablı texniki məğlubiyyət verilib.U-13 Liqasında isə oktyabrın 4-də nəzərdə tutulan "Polad" – "Sumqayıt City" matçına "Polad"...
07 Oktyabr 2026, 16:07
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib. UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edən kollektiv Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb. Milli son olaraq Litvaya Bakıda qalib gəlib - 1:0.Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır....
07 Oktyabr 2026, 14:36
Rəşid Məmmədəliyev dünya çempionatında bürünc qazandı
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.Apasport.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.Qeyd edək ki, Milli Gimnastika...
07 Oktyabr 2026, 08:26
AFFA İntizam Komitəsi "Şahdağ Qusar" rəsmisi Məhəmməd Bədəlbəyliyə töhmət verib
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.Xatırladaq ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.
06 Oktyabr 2026, 18:30
"Milan"ın futbolçusu Aleksis Salemakers cari ildə meydana çıxa bilməyəcək
İtaliyanın "Milan" klubunun futbolçusu Aleksis Salemakers 2026-cı ilin sonunadək sıradan çıxıb."Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sağ topuğundan əməliyyat olunmaq qərarına gəldiyi üçün yaşıl meydanlardan kənarda qalacaq.Belçikalı oyunçunun bərpası 3 aydan çox vaxt aparacaq. Onun növbəti ildə sıraya dönəcəyi gözlənilir.Xatırladaq ki, A.Salemakersin sentyabrın 29-da məşq zamanı topuğu burxulub.
06 Oktyabr 2026, 18:25
Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.Citypost.az , 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur....
06 Oktyabr 2026, 11:41