Bizə yazın

Baku

-°C

USD

-

Umbakıda 6-7 min məhbus üçün yeni cəzaçəkmə müəssisəsi tikiləcək

Cəmiyyət 08 Oktyabr 2026, 08:13

315

"Prezidentin tapşırığı ilə artıq yeni cəzaçəkmə müəssisələri tikilir. Bu layihələr mövcud infrastrukturun yenilənməsinə xidmət edir".

Citypost.az  xəbər verir ki, bu sözləri ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb.

"Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsilərini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".

Fərid Əhmədov bildirib ki, bu cəzaçəkmə müəssisələri tam müasir standartlara cavab verəcək:

"Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkənlərə nəzarət mexanizmlərinin rəqəmsal alətlərlə - üz tanıma sistemləri və digər texnoloji həllərlə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə vermiş olacaq".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün – oktyabrın 8-də Bakı şəhərinin və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.Citypost.az  xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi ərazilərində,...

08 Oktyabr 2026, 08:20

Bu ərazilərdə qaz kəsiləcək

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.Citypost.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Bildirilib ki, təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

08 Oktyabr 2026, 08:00

Zaur Rzayevə yüksək vəzifə verildi

Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.Citypost.az xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq Dünya Bankında çalışıb. O, son 8 il ərzində həmin qurumda xarici əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib./Oxu.az

07 Oktyabr 2026, 21:23

Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Citypost.az-a verilən məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsi təmir ediləcək.Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....

07 Oktyabr 2026, 21:06

Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycanın Avstriya Respublikasında yeni təyin olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellene təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Bildirilib ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında keçirilib.Səfir Kamil Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Avstriya Prezidenti Aleksander Van der Bellene çatdırıb.Təqdimetmə mərasimi Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb....

07 Oktyabr 2026, 19:55

Əyri oturmuşuqsa, gəlin, bir az əyri də danışaq

Aqşin Yenisey yazır:Əyri oturmuşuqsa, gəlin, bir az əyri də danışaq.Bayaq saqqallı futbolçu şəkilləri ilə bəzədilmiş bir xəbər başlığı çıxdı qarşıma: Məşhur milli futbolçular məktəblilərin məktəbə dünyəvi geyimdə getməsi qərarına etiraz edirmişlər. (Xəbər dezinformasiyadırsa üzrlü sayın.)Qardaş, sən bütün il boyu millətin evindəki ekranda maykada və tursikdə top qovursan. İslamda kişi xeylağının bu geyimdə milyonların önünə çxmasına icazə varmı? İcazə varsa, nə gözəl, nə tolerant bir din! Yoxdursa, səni millətin ailəsi niyə belə yarıçılpaq geyimdə görməlidır? Futbol İslam'dan daha vacibdirmi?Sən karyera qurub pul qazananda İslam dəyərlərini görməzdən gəl, amma bir qız uşağı normal geyimdə məktəbə gedəndə İslam dəyərləri yadına düşün!?Bu düşüncənin harasında İslam,...

07 Oktyabr 2026, 19:51