Bizə yazın

Baku

-°C

USD

-

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu

İdman 07 Oktyabr 2026, 20:45

396

Azərbaycanda fəaliyyət göstərən türkiyəli məşqçi Əbubəkir Yoğurtçu "Mingəçevir" klubunda çalışarkən ölkədən deportasiya olunub.

Citypost.az  Oxu.az-a istinadla xəbər verir ki, 2025-ci ilin avqustunda UEFA-nın "C" kateqoriyalı məşqçi lisenziyasını alan Yoğurtçu həmin mövsümün ortasında Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Mütəxəssis bildirib ki, "Mingəçevir"ə gəldiyi zaman komanda turnir cədvəlində üçüncü pillədə qərarlaşsa da, mövsümü ikinci sırada başa vurub və Premyer Liqa təmsilçisi ilə pley-off mərhələsində mübarizə aparıb. Lakin komanda elitaya yüksələ bilməyib.

Yoğurtçunun sözlərinə görə, mövsümün ardından Azərbaycanda başqa bir kluba baş məşqçi kimi keçmək imkanı yaranıb. Lakin "Mingəçevir"də yaşayış yeri ilə bağlı sənədləşmədə yol verilən çatışmazlıq səbəbindən ona ikiillik deportasiya cəzası tətbiq olunub.

Məşqçi bildirib ki, klub deportasiya qərarının aradan qaldırılması üçün müraciət edib, lakin proses başa çatana qədər yeni mövsüm başlayıb və o, Azərbaycanda başqa komandada fəaliyyət göstərə bilməyib.

Məsələ ilə bağlı "Mingəçevir" klubunun mətbuat xidməti Yoğurtçunun iddialarına aydınlıq gətirib.

Klubdan bildirilib ki, türkiyəli mütəxəssis "Mingəçevir"ə UEFA "C" kateqoriyalı məşqçi lisenziyası almaq üçün praktiki fəaliyyət göstərmək məqsədilə gəlib. Türkiyə vətəndaşlarının Azərbaycana vizasız daxil olması səbəbindən klub onun ölkəyə bütün zəruri sənədlərlə gəldiyini düşünüb.

"Biz elə bilirdik ki, o, hər şeyə hazır sənədlə gəlib. Türkiyə vətəndaşları vizasız gəlirlər. Ölkəyə gəldikdən sonra müəyyən müddət ərzində miqrasiyaya müraciət edib qeydiyyata düşməli idi. Biz isə onun hər şeyə hazır gəldiyini düşünmüşdük", - deyə klubdan bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, klubda ödənişsiz fəaliyyət göstərib. Mütəxəssis Azərbaycanda qalma müddətini keçib və ölkədən çıxarkən onun cəriməsi yaranıb. Daha sonra Yoğurtçunun xahişi ilə klub məsələni həll etmək üçün Miqrasiya Xidməti ilə əlaqə saxlayıb.

"Gedəndə cəriməsi var idi. Sonradan klub olaraq bizdən xahiş etdi. Biz də Miqrasiya Xidməti ilə məsələni həll etdik. Deportasiya məsələsi aradan qaldırılıb. Hazırda bununla bağlı problem yoxdur", - deyə klubdan qeyd edilib.

"Mingəçevir" klubundan həmçinin vurğulanıb ki, Yoğurtçunun deportasiya olunmasının klubun sənədləşmədə yol verdiyi səhvdən qaynaqlandığı barədə iddia düzgün deyil.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.Citypost.az  xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli yarışa 1/16 finaldan başlayıb.O, ilk görüşündə Sibqatullah Arabla (IRT) üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.Rəcəbli bu mərhələdə özbəkistanlı Murodjon Yuldoşevə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.Azərbaycan təmsilçisi yarımfinala gedən yolda serbiyalı Mihaylo Siminlə qarşılaşıb və görüşü məğlub başa vurub.Ömər Rəcəbli bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. O, sloveniyalı Nake Herkoviçi məğlub edib və final blokuna vəsiqəni təmin edib....

07 Oktyabr 2026, 19:15

Ksander Severina “Ayın qolu” mükafatına layiq görüldü

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah" futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.Bu barədə Citypost.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib.Avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı qurumun inzibati binasında PFL prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən K.Severina "Ayın qolu" layihəsində qalib seçilməsindən məmnunluğunu ifadə edib.Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb....

07 Oktyabr 2026, 18:13

AFFA üç komandaya texniki məğlubiyyət verib 

AFFA-nın aşağı yaş liqalarında keçirilən oyunlarda qayda pozuntularına görə üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.U-14 Liqasında oktyabrın 4-də keçirilən "Hilal Ağsu" – "Şamaxı" matçında meydan sahibləri Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.Eyni liqada oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan "Səbail" – "Zəfər" qarşılaşması "Səbail"in oyun protokolunu doldurmaması və ev sahibi kimi öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə bu kollektivə də 0:3 hesablı texniki məğlubiyyət verilib.U-13 Liqasında isə oktyabrın 4-də nəzərdə tutulan "Polad" – "Sumqayıt City" matçına "Polad"...

07 Oktyabr 2026, 16:07

Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib 

Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib. UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edən kollektiv Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb. Milli son olaraq Litvaya Bakıda qalib gəlib - 1:0.Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır....

07 Oktyabr 2026, 14:36

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.Apasport.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.Qeyd edək ki, Milli Gimnastika...

07 Oktyabr 2026, 08:26

AFFA İntizam Komitəsi "Şahdağ Qusar" rəsmisi Məhəmməd Bədəlbəyliyə töhmət verib

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.Xatırladaq ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.

06 Oktyabr 2026, 18:30