Tural İrfan: “Məzhəblər İslam hüququnun inkişafına xidmət edib”
Cəmiyyət 08 Oktyabr 2026, 09:10
414
Hazırda dünya müsəlmanlarının böyük əksəriyyətinin mənsub olduğu İslam məzhəblərinin öncülləri, öndərləri ya bir-birinin müəllimi, tələbəsi ya da yaxın dostu olublar. Zeydi məzhəbinin İmamı Zeyd bin Əli Əhli-Beytdən, İmam Hüseynin nəvəsidir. Böyük fəqih, alim və yüksək əxlaq sahibidir. Əsasən İraq əhlinin fəqihi, müctəhidi hesab olunan İmam Əzəm Əbu Hənifə ilə yaxın dost olublar, elmi müzakirə və mübadilələr aparıblar. Eyni zamanda Əhli-Beytdən, İmam Zeydin qardaşı oğlu İmam Cəfər Sadiq atası İmam Muhəmməd Baqirlə yanaşı əmisi İmam Zeyddən də dərs alaraq Əbu Hənifənin də müəllimləri arasındadır. Digər məzhəb imamları İmam Malik bin Ənəs də qeyd olunan şəxslərlə əlaqədə olmuş, onlardan hədis də rəvayət etmişdir. Əhməd bin Hənbəl, Süfyan Sivri, İmam Şafii kimi üləmalar, məzhəb öncülləri də bu şəxslərlə əyani yaxud qiyabi əlaqədə olub, bir-birinin elmi irsindən istifadə edib, bir-birinə çox böyük hörmət bəsləyiblər. Fiqhdə, yəni İslam hüququnun formalaşdırılmasında, sistemləşməsində bu simaların böyük və əvəzsiz rolu olub. Hərəsi öz coğrafiyasında müvafiq hüquq məktəblərini inkişaf etdiriblər. Bu məktəblər heç də parçalanmanın, bölücülüyün əsasını qoymayıb, İslamın geniş əhatəli mahiyyətindən doğan ehtiyac və dövrə uyğun tələblərin fərqli alternativ üsul və yollarla təmin olunma vasitələrini müəyyən ediblər. İslam hüququnu inkişaf etdiriblər. Bu yollar əslində məzhəbdən əlavə məktəbdir. Hər məktəbin də özünə xas özəllikləri var.
Hənəfi məktəbində fətvaların böyük əksəriyyəti İmam Əzəmin tələbələri Əbu Yusuf, Əbu Züfər və İmam Muhəmmədə məxsusdur ki, bu da onların qurduğu Fətva Şurasınin məhz məktəb xarakterli olduğunu göstərir. Eyni zamanda Zeydi və Cəfəri məktəblərində məzhəbin əsas fətvalarının dayandığı dəlillər təkcə İmam Zeyd və İmam Cəfərin hədis və hökmlərinə bağlı deyil. Digər Əhli-Beyt imamlarının hədisləri də bu məzhəblərin fiqhində, üsuli-fiqhdə nass kimi qəbul olunur.
Sivri və Cəriri hüquqi məzhəbləri bu günə qədər gəlib çatmasa da onlar da eyni metodla işləyiblər. Eyni zamanda Şafii, Maliki məzhəblərində də məzhəb liderlərinin öz dövründə və sonrakı dövrlərdə bu məktəblərin böyük müctəhidləri, alimləri yetişib.
Klassik mətnlərə əsasən bu məktəblərin ilk alimləri bir - birinin hüquqi metodlarını bəzən tənqid etsələr də, fətva üsulları fərqlənsə də əsas, özək prinsiplərdən heç zaman ayrılmayıblar. Quran və Sünnənin ilk iki mənbə olması, İcmanın üçüncü əsas olması hər birində şərtdir. Sadəcə dördüncü müddəada Hənəfi məktəbi Qiyas, İstihsanı və Ürfü, Zeydi məzhəbi Qiyas və Ağılı, Cəfəri məzhəbi Ağılı, Cəriri məzhəbi Qiyası, Hənbəlilər Qiyası, səhabə fətvalarını və mürsəl hədisləri, Şafiilər Qiyas və İstihsanı, Malikilər isə Qiyas və Mədinə əhlinin Ürfünü əsas götürür.
Ümumiyyətlə bu məktəblərin qoyduğu böyük irs bu günkü müsəlmanların fiqhi hökmlərə əməl etməsində əhəmiyyətli rol oynayır. Ən əsası isə məzhəb İmamlarının tolerantlıq şəraitində, vəhdətdə yaşaması, birgə fəaliyyət göstərməsi də bu gün müsəlmanlara nümunə olmalıdır.
Tural İrfan
Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından...
08 Oktyabr 2026, 09:00
Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün – oktyabrın 8-də Bakı şəhərinin və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi ərazilərində,...
08 Oktyabr 2026, 08:20
Umbakıda 6-7 min məhbus üçün yeni cəzaçəkmə müəssisəsi tikiləcək
"Prezidentin tapşırığı ilə artıq yeni cəzaçəkmə müəssisələri tikilir. Bu layihələr mövcud infrastrukturun yenilənməsinə xidmət edir".Citypost.az xəbər verir ki, bu sözləri ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib.Onun sözlərinə görə Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb."Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsilərini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".Fərid Əhmədov bildirib ki, bu cəzaçəkmə müəssisələri...
08 Oktyabr 2026, 08:13
Bu ərazilərdə qaz kəsiləcək
Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Bildirilib ki, təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
08 Oktyabr 2026, 08:00
Zaur Rzayevə yüksək vəzifə verildi
Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.Citypost.az xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq Dünya Bankında çalışıb. O, son 8 il ərzində həmin qurumda xarici əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib./Oxu.az
07 Oktyabr 2026, 21:23
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Citypost.az-a verilən məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsi təmir ediləcək.Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....
07 Oktyabr 2026, 21:06