Emil Rəhimov: “Azərbaycan və Türkiyə bir ananın iki əkiz övladıdır”
Siyasət 08 Oktyabr 2026, 09:23
381
Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə iki dövlətin siyasi əlaqəsi deyil, tarixi, milli və mənəvi bağlarla formalaşmış qardaşlıq münasibətidir. Bu münasibətləri zəiflətmək və xalqlar arasında şübhə yaratmaq istəyən hər bir yanaşma, ilk növbədə, ortaq dəyərlərimizi və tarixi yaddaşımızı nəzərə almamalıdır. Azərbaycan–Türkiyə qardaşlığı və dostluğu zamanın sınağından keçmiş, qarşılıqlı hörmət və həmrəyliyə söykənən möhkəm bir bağdır. Fərqli fikirlər və müəyyən məsələlər üzrə fikir ayrılıqları ola bilər, lakin bunlar iki qardaş xalqı bir-birindən uzaqlaşdırmaq üçün səbəbə çevrilməməlidir. Əksinə, belə məqamlarda daha çox dialoq, qarşılıqlı anlayış və sağlam düşüncə ön plana çıxmalıdır. Çünki Azərbaycan və Türkiyənin gücü yalnız dövlətlərarası münasibətlərdə deyil, milyonlarla insanın qəlbində yaşayan “bir millət, iki dövlət” anlayışındadır. Azərbaycan və Türkiyə bir ananın 2 əkiz övladıdır. Tibb dilində belə bir söz vardır 'Nəbz yoxlamaq', ara vurmaq istəyənlər daim nəbz yoxlayarlar, əmin olun bu qardaşlığın nəbzini yoxlamaq sizin çapınızda deyil!
Emil Rəhimov
Dünya Alpagut Federasiyasının
Prezidenti
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Bu proseslər təsadüfi deyil?” – Yeganə Hacıyevadan diqqətçəkən sual
Politoloq Yeganə Hacıyeva Ermənistan, Türkiyə və Gürcüstanın media və ictimai platformalarında Azərbaycanla bağlı son dövrlərdə müşahidə olunan proseslərə diqqət çəkib.Citypost.az xəbər verir ki, Yeganə Hacıyeva bildirib ki, siyasi proseslərin mahiyyətini yalnız onların hansı mövzuda meydana çıxması deyil, eyni zamanda hansı vaxtda, hansı ardıcıllıqla və digər proseslərlə nə dərəcədə sinxron şəkildə baş verməsi müəyyənləşdirir.“Çox zaman siyasi proseslərin mahiyyətini onların hansı mövzuda ortaya çıxması deyil, hansı anda, hansı ardıcıllıqla və digərləri ilə nə qədər sinxron şəkildə meydana çıxması bəlli edir”, – deyə politoloq qeyd edib.Onun sözlərinə görə, bir müddətdir Ermənistan, Türkiyə və Gürcüstanın media və ictimai platformalarında Azərbaycanla bağlı müxtəlif mövzular üzrə...
08 Oktyabr 2026, 09:30
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedibCitypost.az xəbər verir ki, Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
08 Oktyabr 2026, 09:26
Aydın Quliyev: “Ermənilərin törətdiyi genosidə bundan böyük sübut olar?”
Siyasi şərhçi Aydın Quliyev Birinci Qarabağ müharibəsi zamanı itkin, əsir və girov düşmüş azərbaycanlılarla bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, A.Quliyev bildirib ki, həmin dövrdə itkin, əsir və girov düşmüş 4004 azərbaycanlıdan 782 nəfəri mülki şəxs olub.“Birinci Qarabağ müharibəsində itkin, əsir və girov düşmüş sayılan 4004 soydaşımızın 782 nəfəri mülki şəxs olub. Yəni əli silahsız və hərbi geyimsiz vəziyyətdə erməni quldurlarının hücum hədəfi olublar”, – deyə siyasi şərhçi qeyd edib.Onun sözlərinə görə, 782 mülki şəxsin arasında uşaqlar, qadınlar və yaşlılar da olub.“Onlar ya qətlə yetirilib, ya da naməlum istiqamətlərə aparılıblar. 30 il əvvəl ermənilərin törətdiyi genosidə bundan böyük sübut olar?!”...
08 Oktyabr 2026, 09:14
Ədalət Verdiyevdən separatçı rejimin keçmiş nümayəndəsinə sərt sözlər
Hərbi ekspert Ədalət Verdiyev hazırda Ermənistanda yaşayan Qarabağ separatçı rejiminin keçmiş nümayəndəsi Ambik Sasunyanla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ə.Verdiyev paylaşımında Sasunyanın övladlarına “Artsax” və “Şuşa” adlarını verdiyini iddia edib və bunu istehza ilə şərh edib.“Hazırda Ermənistanda yaşayan Qarabağ separatçı rejiminin ‘unitazla geriyə doğru marafon qaçışının qalibi, əməkdar fərari’ Ambik Sasunyan yaxın keçmişdə başına yumruq dəyən ərazilərin şərəfinə uşaqlarını Ərsax və Şuşa adlandırıb. Bu məntiqlə növbəti uşağın Unitaz adlandırılması gözlənilir”, – deyə hərbi ekspert yazıb.O, paylaşımında Sasunyanın övladlarının soyadının dəyişməyəcəyini də qeyd edib.“Uşaqların soyadı isə dəyişməz olaraq Sasunyan qalacaq. Uşaqların gələcəyi fərari atanın taleyindən çox fərqlənməyəcək”, – deyə Ədalət...
08 Oktyabr 2026, 09:06
Qulu Məhərrəmli: “Erməni separatizmi sülh üçün təhlükədir”
### Qulu Məhərrəmli: “Erməni separatizminin hələ də nəfəs alması sülh dialoqu üçün təhlükədir”Professor Qulu Məhərrəmli Qarabağdakı erməni separatizmi və onun regionda sülh prosesinə mümkün təsirləri ilə bağlı fikirlərini bölüşüb.Qulu Məhərrəmli bildirib ki, Qarabağdakı erməni separatizminin “biabırçı və xalq üçün faciəli sonluğu” bəzi dairələr üçün hələ də dərs olmayıb.Onun sözlərinə görə, Qərbdə və Rusiyada bəzi dairələr, xüsusən də erməni kilsəsi separatizm məsələsindən yenidən Azərbaycana qarşı istifadə etməyə çalışır.“Qərbdəki və Rusiyadakı bəzi dairələr, xüsusən erməni kilsəsi ‘bəlkə də qaytardılar’ xülyası ilə hələ də ölünü diriltmək və bu kartdan Azərbaycana qarşı istifadə etmək istəyirlər”, – deyə professor qeyd edib.Qulu Məhərrəmlinin sözlərinə görə, Ermənistanın...
07 Oktyabr 2026, 11:23
Azər Həsrət: “Rusiya ordusuna qoşulanlara şəhid demək olmaz”
Siyasi şərhçi Azər Həsrət Rusiya ordusunun sıralarında Ukraynaya qarşı müharibədə iştirak edərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı sərt mövqe ifadə edib.Citypost.az xəbər verir ki, Azər Həsrət bildirib ki, Rusiya vətəndaşlığı olan şəxsləri ayrıca tutmaqla, Rusiya ordusunda Ukraynaya qarşı döyüşərək ölən Azərbaycan vətəndaşlarının “şəhid” adlandırılmasına qarşıdır.“Rusiya ordusu sıralarında Ukraynaya qarşı savaşıb ölən Azərbaycan vətəndaşlarına (Rusiya vətəndaşlığı olanlar başqa) nə yas tutun, nə də ağlayın! Hələ onları şəhid adlandırıb qəbri üzərində Azərbaycan bayrağı ucaldanlar da var! Onlar şəhid yox, sadəcə leşdirlər!” – deyə siyasi şərhçi yazıb.O, Rusiya ordusuna qoşularaq Ukraynada döyüşən Azərbaycan vətəndaşlarının bunu işğalçı müharibədə iştirak etmək kimi qiymətləndirib.“Çünki Rusiya...
07 Oktyabr 2026, 09:22