Bizə yazın

Baku

-°C

USD

-

"Məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi Azərbaycan dövlətinin varlığına qarşısan!" - Rəşad Məcid 

Cəmiyyət 11 Oktyabr 2026, 12:27

382

Orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı müzakirələr fonunda bəzi dairələrin nümayiş etdirdiyi mövqe cəmiyyətdə ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Redaktor.az-a açıqlama verib.

O bildirib ki, ölkədə hicaba hər hansı qadağa yoxdur və orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil reaksiya ilə qarşılanması şübhələr yaradır:

“Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür. Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!”

Rəşad Məcid maarifçilik irsinə və dinin idarəetmədə dominant olduğu ölkələrin təcrübəsinə diqqət çəkərək əlavə edib:

“Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar? Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? Bir qrup insan din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışırsa, bu, gələcək təhlükələrin aşkar əlamətidir”.

Açıqlamasının sonunda MŞ sədri ziyalıları və aydın düşüncəli insanları mövqe bildirməyə çağırıb:

“Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəblərdə geyimlərlə bağlı yeni qaydalar nədən ibarətdir və niyə vacibdir? - VİDEO

CityPost.az  məktəblərdə tətbiq edilən yeni geyim qaydalarının detallarını təqdim edir:Məktəblər yalnız bilik qazandığımız təhsil ocağı deyil, həm də cəmiyyətdə birgə yaşamağı öyrəndiyimiz böyük bir həyat səhnəsidir. Burada hər kəsin özünü rahat və bərabər hiss etməsi üçün müəyyən qaydalara ehtiyac var. Bərabərlik sosial-iqtisadi fərqləri aradan qaldırır. Ayrı seçkilik riskini azaldır. Məktəb ailəsinin üzvü olmaq hissi:uşağın özünü kollektivin ayrılmaz   bir parçası kimi görməsini təmin edir və onda məsuliyyət hissini gücləndirir. Geyim mövsümə uyğun, təmiz, səligəli və işgüzar üslubda olmalıdır. Sadə və səliqəli geyim həm müəllimin nüfuzunu qoruyur, həm də şagirdlərin diqqətini yayındırmır.Şagirdlərin vahid formada geyinməsi, müəllimlərin isə işgüzar üsluba riayət etməsi məktəbdə ümumi bir harmoniya yaradır....

11 Oktyabr 2026, 11:19

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirilib.CityPost.az  xəbər verir ki, təlimə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.Qeyd edilir ki, məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində "köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər" xüsusi vasitələrlə "xilas edilərək" onlara "ilkin yardım" göstərilib.Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib....

11 Oktyabr 2026, 11:06

Sakinlər vahid məktəbli forması haqqında nə düşünür? - BAKIDA SORĞU 

Xəbər verdiyimiz kimi,Azərbaycanda vahid məktəbli formasının tətbiqinə başlanıb.Ümumiyyətlə, vahid məktəbli formasının tətbiqinə yalnız inzibati tələb kimi yanaşmaq məsələnin mahiyyətini tam əks etdirməz.Burada daha geniş sosial və pedaqoji məqsədlər mövcuddur. Məktəbə daxil olan uşaq fərqli ailə, sosial və mədəni mühitdən gələn yüzlərlə həmyaşıdı ilə eyni məkanda təhsil alır. Təhsil müəssisəsinin mühüm vəzifələrindən biri bu fərqlərin uşaqlar arasında ayrı-seçkilik və ya sosial təcrid amilinə çevrilməsinə imkan vermədən onları ortaq təhsil mühitində birləşdirməkdir. Məktəbli formasının vahidliyi də bu ümumi mühitin görünən elementlərindən biri kimi çıxış edir.Bəs,əhali yeni qərara necə yanaşır?CİTYpOST.AZ  xəbər verir ki,"Sorğu TV" youtube kanalı bununla bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.Həmin sorğunu...

11 Oktyabr 2026, 10:14

"Həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər"

Son günlər sosial şəbəkələrdə məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar müzakirə olunur.Bəzi şəxslər bunun hicaba qadağası kimi təqdim etməyə çalışır.Təbii ki,bu fikir kökündən yalnışdır.Burada məqsəd təhsilin dünyəvilik prinsipini qorumaq və vahid geyim üslubunun tətbiq edilməsidir.Mövzu ilə bağlı CityPost.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələnin hüquqi və dini tərəflərindən danışıb.Millət vəkili bildirib ki,həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. "Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının...

11 Oktyabr 2026, 09:28

Azərbaycanda gənc futbolçu vəfat etdi - Foto  

"Cəlilabad" futbol klubunun gənc oyunçusu vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Sənan Əbilov oktyabrın 10-da dünyasını dəyişib.Onun ölüm səbəbi açıqlanmayıb.

11 Oktyabr 2026, 08:50

Elementar etiket - Akif Əlinin ESSESİ 

Akif ƏLİ,Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist. ------------------------------------Bu elə bir mövzudur ki, min dəfə yazılıb, deyilib. Lakin təəssüf ki, hələ də gündəmdə qaldığı üçün bundan belə min dəfə və min səhifə də yazıla bilər. Ancaq biz min yox, bir-iki səhifə ilə kifayətlənək. Necə deyərlər, arifə bir işarə... Onsuz da arif olmayana min səhifə yazsan da əsər etməz.   ***…Bəli, Tanrı təkdir. Və cahilləri Doğru yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də. Yerdəki milyon-milyon adam bu Kitabların ətrafında min bir qanun-qayda yaradıb. İslamın öz qaydaları var, Xristianlığın öz. Məscidin öz qaydası var, Kilsənin öz qaydası... Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar…...

10 Oktyabr 2026, 17:32