Bizə yazın

Baku

-°C

USD

-

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Cəmiyyət 14 Oktyabr 2026, 12:10

610

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko işgüzar səfər çərçivəsində Xankəndi şəhərində olub.

Bu barədə Citypost.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları qarşılayan Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara Xankəndi şəhərinin tarixi, burada həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Eyni zamanda, ərazilərdə yaşayış infrastrukturunun bərpası, şəhərin inkişafı və sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İqor Sergeyenkonun başçılıq etdiyi heyət Xankəndi şəhərində yerləşən Zəfər parkını da ziyarət edib. Zəfər parkını ziyarətdən sonra Qarabağ Universiteti ilə tanış olan nümayəndə heyətinə, bu ali təhsil müəssisəsinin fəaliyyəti, tədris imkanları və işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kartdan karta köçürmələrdə xidmət haqları dəyişdi – QİYMƏTLƏR 

Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tariflərə əsasən, əməliyyatın məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək xidmət haqqı tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə təsdiq edilmiş ödəniş sistemləri üzrə yeni tariflərdə əksini tapıb. Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.Manatla köçürmələr üzrə yeni tariflərMilli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:- 100 manatadək köçürmələr – 3 qəpik;- 100,01–1000...

14 Oktyabr 2026, 13:34

Həbs olunanlar əsasən bu rayonlardandır — SİYAHI

Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.Citypost.az  Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.Məhkəmələrin qərarı ilə həmin...

14 Oktyabr 2026, 13:32

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur."Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

14 Oktyabr 2026, 13:28

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Laos Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti...

14 Oktyabr 2026, 12:24

Azərbaycanda məşhur polkovnik vəfat etdi

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib.Citypost.z xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.qafqazinfo

14 Oktyabr 2026, 11:40

İlham Əliyev: Qarabağ ölkə iqtisadiyyatının yeni artım mərkəzi olacaq

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində deyilir.Dövlət başçısı bildirib ki, işğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib: “İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır”.Prezident İlham Əliyev qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və...

14 Oktyabr 2026, 10:51