Bizə yazın

Baku

-°C

USD

-

Şura: İranın “Səhər” telekanalı ictimai rəyi manipulyasiya etməyə çalışıb

Cəmiyyət 14 Oktyabr 2026, 13:37

575

"İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib".

Citypost.az xəbər verir ki, bu, Media və Yayım Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir:

"Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilmişdir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisin sədri Kamboca Baş naziri ilə görüşüb 

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib, spiker Sahibə Qafarova ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər Kamboca və Azərbaycan arasındakı yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir. O, qeyd edib ki, bu səfər zamanı qonağın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Zirvə Görüşündə iştirakı Kambocanın dialoqa, bütün regionda sülh və təhlükəsizliyin təşviqinə sadiq olduğunu nümayiş etdirir.Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Kamboca Krallığının Baş naziri Hun Manet iki gün əvvəl Prezident İlham Əliyevlə...

14 Oktyabr 2026, 14:13

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib 

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

14 Oktyabr 2026, 14:03

Kartdan karta köçürmələrdə xidmət haqları dəyişdi – QİYMƏTLƏR 

Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tariflərə əsasən, əməliyyatın məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək xidmət haqqı tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə təsdiq edilmiş ödəniş sistemləri üzrə yeni tariflərdə əksini tapıb. Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.Manatla köçürmələr üzrə yeni tariflərMilli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:- 100 manatadək köçürmələr – 3 qəpik;- 100,01–1000...

14 Oktyabr 2026, 13:34

Həbs olunanlar əsasən bu rayonlardandır — SİYAHI

Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.Citypost.az  Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.Məhkəmələrin qərarı ilə həmin...

14 Oktyabr 2026, 13:32

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur."Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

14 Oktyabr 2026, 13:28

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Laos Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti...

14 Oktyabr 2026, 12:24