Bizə yazın

Baku

-°C

USD

-

Süni intellekt sürücülərə avtomatik cərimə yazacaq

Cəmiyyət 16 Oktyabr 2026, 17:48

530

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məqsəd insanları daha çox cərimələmək deyil, yollarda xəsarətlərin, ölüm hallarının və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Citypost.az Azərtac-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin inspektoru, baş leytenant Toğrul Quliyev deyib.

O bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən “Road & Traffic 2026” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində iştirakın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində istifadə olunan müasir avadanlıqları nümayiş etdirməkdir.

Həmin avadanlıqlar insanların rifahının, sağlamlığının və həyatının qorunması istiqamətində tətbiq olunan üsulları vətəndaşlara göstərməyə imkan verir.

BDYPİ təmsilçisinin sözlərinə görə, nümayiş olunan avadanlıqların demək olar ki, hamısı süni intellektlə vəhdət təşkil edir. Videoanalitik sistemlər təhlükələri əvvəlcədən aşkarlamaq potensialına və funksiyalarına malikdir.

 

Onun sözlərinə görə, süni intellektlə işləyən radar cihazı sürət həddinin aşılması ilə bağlı qayda pozuntusunu aşkar etdikdən sonra məlumatı mərkəzi informasiya sisteminə ötürür. Bundan sonra insan müdaxiləsi olmadan inzibati tənbeh tətbiq edilməsi haqqında qərar avtomatik şəkildə qəbul olunur.

İnspektor vurğulayıb ki, sərgidə iştirakın əsas məqsədi bu müasir avadanlıqları ictimaiyyətə tanıtmaqdır.

Sürücülərə müraciət edən Toğrul Quliyev bildirib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, yollarda ölüm hallarının qarşısını almaq və bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. O, sürücüləri nəqliyyat vasitəsini idarə edərkən mobil telefonlardan istifadə etməməyə, piyadaları isə diqqətli olmağa çağırıb.

Qeyd edib ki, diqqətin ən kiçik dərəcədə yayınması belə, böyük faciələrə səbəb ola bilər. Bu istiqamətdə hər il daha geniş təbliğat işləri aparılır.

“Hər birimiz bu məsələyə bir ailə kimi yanaşmalıyıq. Məqsəd yalnız insanların yol hərəkəti sahəsində rifahını, əmlakını, sağlamlığını və həyatını qorumaqdır”, – deyə Toğrul Quliyev vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin titulları əlindən alına bilər

Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevin titullarının əlindən alınmasını tövsiyə edib.Citypost.az xəbər verir ki, məsələ partiyanın VIII qurultayından sonra İdarə Heyətinin keçirilən ilk iclasında müzakirə olunub.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb....

16 Oktyabr 2026, 18:19

Azərbaycan və BƏƏ hərbçiləri birgə taktiki-uçuş təlimi keçirir

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.Qeyd edilib ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir....

16 Oktyabr 2026, 18:12

Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı uzadıldı

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.Qeyd edək ki, daha öncə bu təminat 2022-2026-cı illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilirdi....

16 Oktyabr 2026, 17:43

Ramiz Mehdiyev YAP-dan xaric edildi

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.Citypost.a  xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

16 Oktyabr 2026, 17:42

Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib 

Azərbaycanın İsveçdəki səfiri Elnur Sultanov etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Bakıdakı səfirliyi məlumat yayıb."Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovu İsveç Kral Əlahəzrəti XVI Karl Qustava etimadnaməsini təqdim etməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona yeni vəzifəsində uğurlar arzulayır, Azərbaycan və İsveç arasında mövcud olan güclü dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə inanırıq", - məlumatda qeyd edilib....

16 Oktyabr 2026, 17:18

Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb 

Xocavənd rayonunda ilk tibbi müayinə köşkü quraşdırılıb və vətəndaşlara xidmət göstərir.Bu barədə Citypost.az TƏBİB-dən məlumat verilib.Bildirilib ki, kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlanılıb.Layihə çərçivəsində həkimin nəzərdə tutulmadığı, tibbi xidmətlərin orta tibb heyəti tərəfindən göstərildiyi kənd tibb məntəqələrində müayinə imkanlarının genişləndirilməsi planlaşdırılır. Yeni texnologiyaların tətbiqi həmin məntəqələrdə bir sıra ilkin tibbi müayinələrin aparılmasına, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və zərurət yarandıqda pasiyentlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsinə imkan verəcək.Müasir diaqnostik köşklər vasitəsilə arterial təzyiq, nəbz, bədən temperaturu, qanda şəkərin miqdarı, oksigen saturasiyası, boy, çəki və bədən kütlə indeksi (BKİ) ölçülə bilər. Bununla yanaşı, elektrokardioqrafiya (EKQ), ağciyərlərin funksional vəziyyətinin qiymətləndirilməsi...

16 Oktyabr 2026, 16:54