Bakıda Vyetnama LNG tədarükü perspektivləri müzakirə edilib
Cəmiyyət 16 Oktyabr 2026, 13:24
500
Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşüb.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.
Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ildə Hanoyda keçirilmiş üçüncü iclasında əldə olunan razılaşmaların icrası, enerji, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə birgə təşəbbüslərin irəlilədilməsi müzakirə edilib.
Enerji əməkdaşlığı ilə bağlı Azərbaycanın Vyetnamın neft-qaz sektorunda ənənəvi tərəfdaşlarından biri olduğu qeyd edilib. 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edildiyi bildirilib. Azərbaycan xam neftinin Vyetnamın neft emalı müəssisələrinə tədarükünün davam etdirilməsi, SOCAR və “PetroVietnam” arasında əlaqələrin genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, neft emalı, neft-kimya və neft-servis xidmətləri sahələrində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) Vyetnama tədarükü perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
Bərpa olunan enerji sahəsində Vyetnamın “ROX Group” şirkəti ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Naxçıvan Muxtar Respublikasında günəş, Bakı ətrafında isə külək elektrik stansiyalarının yaradılması imkanları, imzalanmış Anlaşma Memorandumu əsasında layihələrin növbəti mərhələyə keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib. Azərbaycanda Vyetnam investisiyalı yeddi şirkətin fəaliyyət göstərdiyi bildirilib. Qeyri-neft məhsulları üzrə ticarətin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin yekunlaşdırılması, eləcə də Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti iclasının təşkili məsələlərinə baxılıb.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi müsbət qiymətləndirilib. Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımalarının 2025-ci ildə 200 faizdən çox, 2026-cı ilin yanvar-sentyabr aylarında isə təxminən 600 faiz artdığı diqqətə çatdırılıb. Söhbət zamanı enerji sektoru üçün kadr hazırlığı, ali təhsil müəssisələri arasında əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanlarına da toxunulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən...
16 Oktyabr 2026, 13:40
SƏN ALLAHIN SEVGİSİNDƏN KEÇMİSƏN!
Dünyada tanınmış görkəmli İran hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur.Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir.Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb.Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib.Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108...
16 Oktyabr 2026, 13:30
Dörd nəfərə “Tərəqqi” medalı verildi – Prezident sərəncam imzaladı
Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla həmin şəxslər aşağıdakılardır:Astanov Elvin Əmrah oğluQasımov Ramil Famil oğluMəmmədov Pərvin Rasim oğluMusayev Oloxan İsayeviç.
16 Oktyabr 2026, 13:22
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının və Naftalan şəhərinin sakinləri ilə görüşüb.Citypost.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib."Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o qeyd edib....
16 Oktyabr 2026, 13:21
BİR AN BƏS EYLƏYƏR AYRILIQLARA
Hələ də bilmirsən ölüyəm, sağam,Hələ də görmürsən viran eşqimi.Başının üstünə alovlar yağan,Hələ ayaq üstə duran eşqimi.Burdan o tərəfə başlayır hara...Hicran dedikləri bitməz ki, bitməz. Bir an bəs eyləyər ayrılıqlara,Vüsala çatmağa bir ömür yetməz.Hiss edə bilmədim yaş artdığını, Mən hələ naşıyam, naşı, bilirəm.Sən bilə bilməzsən yaşatdığını.Mən nə yaşayıram... Yaxşı bilirəm.Nəyin əsiriyəm, bir ömür... Nəyin,Bir qala qurmuşam ürək dağında.Əzabı başqadı sevilməməyin,Əzabı bambaşqa atılmağın da...Hələ də bilmirsən ölüyəm, sağam,Hələ də görmürsən viran eşqimi.Başının üstünə alovlar yağan,Hələ ayaq üstə duran eşqimi....
16 Oktyabr 2026, 13:12
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı....
16 Oktyabr 2026, 13:00