Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb
Siyasət 16 Oktyabr 2026, 18:10
564
16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb.
Enerji, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlərdə mövcud imkanlardan səmərəli istifadə edilməsi və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.
Həmçinin oxuyun
Görüş zamanı BMT çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Banqladeşin xarici işlər naziri olan BMT Baş Assambleyasının Prezidenti ilə keçirilmiş görüş məmnunluqla xatırlanıb, çoxtərəfli platformalarda birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin, gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammiti və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın, o cümlədən Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu mexanizmlər vasitəsilə parlamentlərarası və gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zaur Şükürov: “Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq artır”
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır. Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.Deputat bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir. 15...
16 Oktyabr 2026, 18:41
Pərvanə Vəliyeva: “Füzulinin azadlığı tarixi Zəfərimizin rəmzidir”
Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də, onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Rayon Cəbrayıl,...
16 Oktyabr 2026, 18:37
Vüqar Rəhimzadə: “Füzuli Azərbaycanın dirçəlişinin nümunəsidir”
Bu gün İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən keçən altı illik dövrə nəzər salanda yeni reallıqların fonunda həm Azərbaycanın regionda və dünya siyasətində möhkəmlənən mövqeyini, həm şanlı Qələbəmizin gerçəkliklərinin dünya gücləri tərəfindən qəbul edilməsini, həm də azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsini, Böyük Qayıdış Proqramının uğurlu icrasını görməkdən böyük qürur hissi keçiririk. Şanlı tarixi Zəfərimizdən ötən dövrün mühüm və qürurverici reallıqlarından biri də Prezident İlham Əliyevin azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanliq salnaməmizə zəfər günləri kimi yazılan tarixlərin qeyd edilməsidir.Dövlət başçısı İlham Əliyevin həmin Sərəncamına əsasən, 17 oktyabr...
16 Oktyabr 2026, 17:33
Avropa Parlamentinin qərəzli qətnaməsi: Azərbaycana qarşı siyasi təzyiq cəhdi
Avropa Parlamentinin 8 oktyabr 2026-cı ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində ikili standartlar və siyasi yanaşmalar barədə müzakirələri yenidən gündəmə gətirib. İnsan hüquqları və azadlıqlarının müdafiəsi adı altında qəbul olunan sənəd Azərbaycan hakimiyyətinə bir sıra tələblər irəli sürür, ayrı-ayrı şəxslərin azadlığa buraxılmasını tələb edir və Avropa İttifaqı ilə gələcək tərəfdaşlıq sazişinin insan hüquqları sahəsində irəliləyişlə şərtləndirilməsini istəyir.Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca deyib.Şəmsi Qoca bildirib ki,Milli Məclis qətnaməni qərəzli siyasi addım kimi qiymətləndirərək sənəddəki ittihamları rədd edib. Bu mövqenin əsasını Azərbaycanın suveren dövlət kimi öz hüquq-mühafizə və məhkəmə sisteminə malik olması, hüquqi məsələlərə siyasi təzyiq...
16 Oktyabr 2026, 17:30
Sahibə Qafarova: “İlham Əliyevin prezident seçilməsi dövlətçiliyimizin inkişafında yeni dövr açıb”
Əlamətdar hadisələrdən biri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.Sahibə Qafarova deyib ki, ölkəmizin müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi idi: “Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət institutları ilə yanaşı, siyasi, iqtisadi və hüquqi sistemi də möhkəmləndirdi. O, dövlət...
16 Oktyabr 2026, 11:53
Milli Məclisin sədri: “1993-cü ilin iyunu dövlətçilik tarixində dönüş nöqtəsi oldu”
1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.Onun sözlərinə görə, ölkənin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi oldu:"Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Milli-dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".S.Qafarova həmçinin vurğulayıb ki, İlham Əliyevin...
16 Oktyabr 2026, 11:17