Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib

Cəmiyyət 16 Oktyabr 2026, 14:43

409

Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə Citypost.az Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticə yönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulanıb.

Sədrliyimiz dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi vurğulanıb. Həyata keçirilən təşəbbüslərin üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyi bildirilib.

Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qarşıdakı dövrdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində Baş katib Kayrat Sarıbaya fəaliyyəti müddətində apardığı uğurlu işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyət arzulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

16 Oktyabr 2026, 14:14

 Mən eşqin yolunda azmış biriyəm   

Ələnir üstümə qüssə yağıştək,Dörd yanım kədərin dumanı, çəni,Kimsə yox dərdimə çarə qılmağa,Sən də tənha qoyub, getmisən məni.Günaha batmadan, könül qırmadan,Qayıt gəl, payızım qoy bahar olsun. Bir sənsən dünyada tək ümid yerim, Qoyma ki, gözlərim qəhərlə dolsun. ***Rəngli göz yaşlarım axar sel kimi,Gecələr sübhətək yatmır ki gözüm,Göynəyir qəlbimin qırılmış simi,Bircə günahkar var, o da ki özüm. Mən eşqin yolunda azmış biriyəm,Yandır yollarımda ümid işığın.Çətin bundan belə susam, kiriyəm,Mənim tale payım, ay yaraşığım!Camal ZEYNALOĞLU...

16 Oktyabr 2026, 14:10

Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən...

16 Oktyabr 2026, 13:40

SƏN ALLAHIN SEVGİSİNDƏN KEÇMİSƏN!  

Dünyada tanınmış görkəmli İran hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur.Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir.Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb.Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib.Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108...

16 Oktyabr 2026, 13:30

Bakıda Vyetnama LNG tədarükü perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşüb.Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ildə Hanoyda keçirilmiş üçüncü iclasında əldə olunan razılaşmaların icrası, enerji, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə birgə təşəbbüslərin...

16 Oktyabr 2026, 13:24

Dörd nəfərə “Tərəqqi” medalı verildi – Prezident sərəncam imzaladı

Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla həmin şəxslər aşağıdakılardır:Astanov Elvin Əmrah oğluQasımov Ramil Famil oğluMəmmədov Pərvin Rasim oğluMusayev Oloxan İsayeviç.

16 Oktyabr 2026, 13:22