Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Şri-Lanka XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər

Cəmiyyət 16 Oktyabr 2026, 15:55

628

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijitha Herath ilə görüşüb.

Citypost.azxəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər Azərbaycan-Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Siyasi dialoqun gücləndirilməsinin, nazirliklərarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə əlaqələrin təşviqinin vacibliyini vurğulanıb. İkitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanları, xüsusilə turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələr müzakirə olunub.

Tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd imkanlarının araşdırılması və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazirlər, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri və Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviqinin, eləcə də Asiyada etimad quruculuğunun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Şri-Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli Əsədov paralimpiya hərəkatının inkişafı ilə bağlı görüş keçirib

Azərbaycan Baş naziri Əli Əsədov Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan paralimpiyaçılarının mühüm uğurlar qazandığı diqqətə çatdırılıb.Görüşdə beynəlxalq və milli paralimpiya komitələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, o cümlədən beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi...

16 Oktyabr 2026, 16:41

Əli Həsənova yeni vəzifə verilir  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir.Citypost.az "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.

16 Oktyabr 2026, 16:22

Türkiyəli köşə yazarı Azərbaycanda hakimiyyət çevrilişinə çağırışlara görə axtarışa verildi

Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.Baş Prokurorluğun mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Türkiyə Respublikasının vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.Məlumata görə, araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycan Respublikasında hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun...

16 Oktyabr 2026, 16:13

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, general-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kusrların vacibliyi diqqətə çatdırılıb.Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və...

16 Oktyabr 2026, 15:40

Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-aBaş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

16 Oktyabr 2026, 15:22

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.Bu barədə Citypost.az Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların...

16 Oktyabr 2026, 14:43