Milli Məclis hərbi qulluqçuların pensiyası ilə bağlı dəyişiklikləri qəbul etdi
Cəmiyyət 16 Oktyabr 2026, 11:28
406
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək.
Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:
- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Layihəyə əsasən, hərbi xidmətdən buraxılmış aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sonuncu rütbəsi üzrə qanunla müəyyən edilmiş dinc dövrdə xidmətdə olmağın son yaş həddinə çatdığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq:
Həmçinin oxuyun
- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili (2024-cü ilin 1 yanvar tarixinədək azı 17 təqvim ili xidmət etmiş və 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək buraxılmış hərbi qulluqçulara münasibətdə 20 təqvim ili) və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər.
Hazırda hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, o cümlədən zabit heyətinə aid şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir.
Layihəyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası, həmçinin aylıq pensiya əlavəsi hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq.
Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, o cümlədən zabit heyətinə aid şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə, aylıq pensiya əlavəsinin isə sonuncu rütbəsinə görə yenidən hesablanmasına yol verilməyəcək.
əmək pensiyası hüququ yaranan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçuların yaşa və əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğinin hesablanması üçün hərbi qulluqçunun xidmət dövrü ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmalı gəlirləri barədə məlumatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri oldu
Mətbuat Şurasının yeni sədri seçilib.Citypost.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Unuvesitetinin jurnalistika fakültəsinin dekanıdır.
16 Oktyabr 2026, 12:05
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət həyata keçirəcək
Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.Citypost.az xəbər verir ki, məsələ Milli Məclisinbu gün keçiriləcək iclasında müzakirəyə çxıarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.Layihəyə...
16 Oktyabr 2026, 11:54
Qubada iki bələdiyyənin adı dəyişdirilir
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq.Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki...
16 Oktyabr 2026, 11:39
Natiq Məmmədli: “Jurnalistlərin çox ciddi missiyası var”
Jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub.Citypost.az xəbər verir ki, bunu Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında deyib.O bildirib ki, jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub:"Biz hazırda rəqəmsal dövrdə yaşayırıq. Hal-hazırda bizim jurnalistlər rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq arenalarda çatdırılmasında müstəsna rol oynayır".Natiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev bu il ən azı iki əhəmiyyətli tarixi əhəmiyyət kəsb edən Azərbaycan jurnalistləri və fikir adamlarını mükafatlandırıb:"İlin əvvəlində bilirsiniz ki, Azərbaycan dili ilə bağlı Prezident İlham Əliyev tərəfindən dövlət dilimizin qorunması,...
16 Oktyabr 2026, 11:36
Müşfiq Ələsgərli mediada süni intellektdən istifadənin sərhədlərini açıqladı
Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə edilməsi istiqamətində iş aparılır.Citypost.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX Qurultayında çıxışı zamanı deyib.Onun sözlərinə görə, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdırlar".Sədr müavini bildirib ki, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbüs və mühakiməsini, redaksiya müstəqilliyini və insan...
16 Oktyabr 2026, 11:31
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Azərbaycanda nikah və boşanmaların sayı azalıb.Dövlət Statistika Komitəsindən Citypost.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halları qeydə alınıb.2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
16 Oktyabr 2026, 11:30