Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Cəmiyyət 19 Oktyabr 2026, 08:58
524
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Həmçinin oxuyun
8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
12. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.Citypost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.
19 Oktyabr 2026, 09:35
Politoloqdan gündəmlə bağlı maraqlı reaksiya: “Nə istəyirlər bizdən?”
Politoloq Yeganə Hacıyeva son günlər gündəmlə bağlı ona ünvanlanan suallara münasibət bildirib.Citypost.az xəbər verir ki, Yeganə Hacıyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq qeyd edib ki, iki həftədən çoxdur həm jurnalist dostları, həm də Facebook-dakı izləyiciləri gündəmdə baş verən proseslərlə bağlı şərh və münasibət öyrənmək üçün ona müraciət edirlər. Lakin son aylarda ölkədən kənarda olduğu üçün baş verənləri kənardan müşahidə etməyə üstünlük verib.Yeganə Hacıyeva suallara hələlik qeyri-adi və ironik cavab verdiyini bildirib. “Hələlik suallara belə cavab verim ki, ‘Tarixi-Nadir’ kitabının yarısına kimi oxumuşam, amma mən də hələ başa düşə bilmirəm, nə istəyirlər bizdən”, – deyə politoloq yazıb....
19 Oktyabr 2026, 09:16
“Son görüş...” – Əli Nurun şəhid oğlu ilə bağlı paylaşımı kövrəltdi
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Əli Nur Vətən müharibəsində şəhid olan oğlu, baş leytenant Rövşən Nurzadə ilə bağlı təsirli xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Əli Nur sosial şəbəkə hesabında 18 oktyabr 2020-ci ildə oğlunun cəbhəyə yola düşdüyü günü xatırlayıb.Aktyor həmin gün Rövşənin ailəsindən halallıq istədiyini, anasının isə oğlunun müharibəyə könüllü getdiyini eşidəndə onunla birlikdə yola çıxmaq istədiyini bildirib.Əli Nurun paylaşımında deyilir:“18 Oktyabr 2020... Bazar günü, həmin bazar günü... Qapını açıb bizdən halallıq istədi... Yasamal rayon hərbi komisarlıqdan cəbhəyə gedəcəyini dedi... Ailəsi yol çantasını gətirdi. Anası çaşqın halda: – Məndə sənlə gedirəm deyib yola hazırlıq gördü... Anasını...
19 Oktyabr 2026, 09:15
Bakıda 3 günlük su fasiləsi yaranacaq
Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə əsasən görüləcək işlərlə əlaqədardır.Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə tutulub.
19 Oktyabr 2026, 08:20
Bakıda işıq kəsintisi olacaq: Ünvanlar açıqlanıb
Təmir işləri ilə əlaqədar Nizami rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaqCitypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele-mühafizəsi və avtomatikanın yoxlanılması işləri aparılacaq.Təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələri, Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
19 Oktyabr 2026, 08:00
GÖZÜMÜ TÖKÜR
İlahi bu qızın dərdi nədir ki,Əridib içindən sözünü tökür.Elə ürəyimə yaxın gəlir ki,Vüsalı süzülüb gözümü tökür.Fikrimi,zikrimi alıb aparır,Olduğum dünyadan məni qoparır.Daha lal olmuşam, sözüm qutarır,Abrımı sızladır, üzümü tökür.Bir Mələk donunda gəlib könlümə,Çözür dərdlərimi, nəyin dərdi nə.Məni məftun edir kövrək könlünə,Arxamca ləprimi, izimi sökür.Sadədi,məsumdu,etibarlıdı,Mənə dost deyəndə könlüm darıldı.Şirin sözlərinə elə sarıldım,Olan qürurumu, əzimi sökür.Ömür parçalandı illər boyunca,Çatmadım arzuma gözüm doyunca.Elxan da qocalar ellər duyunca,Həsrəti canımı, dizimi sökür.Elxan Musaoğlu...
18 Oktyabr 2026, 19:42