“Son görüş...” – Əli Nurun şəhid oğlu ilə bağlı paylaşımı kövrəltdi
Cəmiyyət 19 Oktyabr 2026, 09:15
595
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Əli Nur Vətən müharibəsində şəhid olan oğlu, baş leytenant Rövşən Nurzadə ilə bağlı təsirli xatirəsini bölüşüb.
Citypost.az xəbər verir ki, Əli Nur sosial şəbəkə hesabında 18 oktyabr 2020-ci ildə oğlunun cəbhəyə yola düşdüyü günü xatırlayıb.
Aktyor həmin gün Rövşənin ailəsindən halallıq istədiyini, anasının isə oğlunun müharibəyə könüllü getdiyini eşidəndə onunla birlikdə yola çıxmaq istədiyini bildirib.
Əli Nurun paylaşımında deyilir:
“18 Oktyabr 2020... Bazar günü, həmin bazar günü... Qapını açıb bizdən halallıq istədi... Yasamal rayon hərbi komisarlıqdan cəbhəyə gedəcəyini dedi... Ailəsi yol çantasını gətirdi. Anası çaşqın halda: – Məndə sənlə gedirəm deyib yola hazırlıq gördü... Anasını bir təhər yola gətirdik hönkürə hönkürə müharibəyə könüllü gedən oğluna sarıldı...
Küçənin sağ sol tərəfində cərgələnən tanışbiliş qonşu məhəllə insanları ilə görüşür xudahafisləşir... Kənan Vaqif mənlə birlikdə komisarlıqda yola düşmə anı gözləyirik. Eşidən dostları gəlib yola düşmə vaxtı gözləyirlər...
Hərbi maşın gəldi üç polkovnik siyahını oxuduqca beş nəfər maşına oturdu maşım tərpənəndə SƏN təkidlə: – Niyə mənim adım yoxdu? Zabitlərə təkidlə sənədləri birdə yoxlayın dedi... Nəhayət sənəd tapıldı zabit oxudu: – Nurzadə RÖVŞƏN Əli oğlu...
Həmçinin oxuyun
O bir bir qucaqlaşıb maşına əyləşdı barmağını qaldırib qələbə deyib əlini uzun müddət havada saxladı... Maşın tərpəndi... Son körüş.......”
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. Rövşən Nurzadə II Fəxri xiyabanda dəfn edilib.
Rövşən Nurzadə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra bir sıra medallarla təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Rövşən Nurzadə “Vətən uğrunda” medalı ilə təltif edilib.Dövlət başçısının 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, o, “İgidliyə görə” medalı ilə təltif olunub.Bundan başqa, Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Rövşən Nurzadə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb.Bu barədə Citypost.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyəti vurğulanıb.Qeyd olunub ki, əldə olunmuş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi və hərbi qüdrətinin daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdəndir.Görüş zamanı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, hərbi intizamın və qanunçuluğun möhkəmləndirilməsinin, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, eləcə də Baş Prokurorun tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.Həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış...
19 Oktyabr 2026, 09:48
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.Citypost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.
19 Oktyabr 2026, 09:35
Politoloqdan gündəmlə bağlı maraqlı reaksiya: “Nə istəyirlər bizdən?”
Politoloq Yeganə Hacıyeva son günlər gündəmlə bağlı ona ünvanlanan suallara münasibət bildirib.Citypost.az xəbər verir ki, Yeganə Hacıyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq qeyd edib ki, iki həftədən çoxdur həm jurnalist dostları, həm də Facebook-dakı izləyiciləri gündəmdə baş verən proseslərlə bağlı şərh və münasibət öyrənmək üçün ona müraciət edirlər. Lakin son aylarda ölkədən kənarda olduğu üçün baş verənləri kənardan müşahidə etməyə üstünlük verib.Yeganə Hacıyeva suallara hələlik qeyri-adi və ironik cavab verdiyini bildirib. “Hələlik suallara belə cavab verim ki, ‘Tarixi-Nadir’ kitabının yarısına kimi oxumuşam, amma mən də hələ başa düşə bilmirəm, nə istəyirlər bizdən”, – deyə politoloq yazıb....
19 Oktyabr 2026, 09:16
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. 1-ci Göl...
19 Oktyabr 2026, 08:58
Bakıda 3 günlük su fasiləsi yaranacaq
Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə əsasən görüləcək işlərlə əlaqədardır.Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə tutulub.
19 Oktyabr 2026, 08:20
Bakıda işıq kəsintisi olacaq: Ünvanlar açıqlanıb
Təmir işləri ilə əlaqədar Nizami rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaqCitypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele-mühafizəsi və avtomatikanın yoxlanılması işləri aparılacaq.Təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələri, Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
19 Oktyabr 2026, 08:00