Bizə yazın

Baku

-°C

USD

-

Nar şirəsinin faydaları və zərərləri: Həkimdən açıqlama

Tibb 19 Oktyabr 2026, 08:30

401

Payız mövsümündə bazarlarda bol-bol rast gəlinən nar həm dadı, həm də zəngin tərkibi ilə seçilən meyvələrdəndir. Nar şirəsi xüsusilə qanazlığı, immunitetin gücləndirilməsi və ümumi sağlamlığın qorunması ilə bağlı tez-tez gündəmə gəlir. Tərkibindəki antioksidantlar və digər faydalı maddələr narı sağlam qidalanmanın mühüm hissəsinə çevirir. Lakin bu meyvənin şirəsindən istifadə edərkən miqdara diqqət yetirmək, onun faydalarını şişirtməmək və müəyyən sağlamlıq problemləri olan şəxslərin ehtiyatlı davranması vacibdir.

Tibb elmləri doktoru, həkim Məlahət Qəhrəmanova Citypost.az saytına açıqlamasında nar şirəsinin faydalarından, onun qan və hormonal sağlamlıqla mümkün əlaqəsindən, eləcə də həddindən artıq istehlak zamanı diqqət yetirilməli məqamlardan danışıb.

Həkim bildirib ki, narın mövsümündə bu meyvədən istifadə etmək məqsədəuyğundur. Onun sözlərinə görə, narın tərkibində olan antioksidantlar orqanizmin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

“Bugün narın ən gözəl vaxtıdır, mövsümüdür. Narın şirəsi çox faydalıdır. Tərkibində olan antioksidantlar orqanizm üçün əhəmiyyətlidir. Nar şirəsi haqqında danışarkən onun faydalı xüsusiyyətlərini qeyd etməliyik. Bu aylarda nar şirəsindən istifadə etmək olar. Ancaq içən zaman yenə də diqqətli olmaq lazımdır”, – deyə Məlahət Qəhrəmanova qeyd edib.

Həkimin sözlərinə görə, nar xalq arasında qanı artıran meyvə kimi tanınır. Bununla belə, qanazlığı olan şəxslər yalnız nar şirəsi içməklə kifayətlənməməlidirlər. Çünki qanazlığının müxtəlif səbəbləri ola bilər və müalicə də məhz həmin səbəbdən asılıdır.

Məlahət Qəhrəmanova nar şirəsinin kişilərdə testosteron səviyyəsinə mümkün təsirinə də toxunub. O bildirib ki, nar şirəsinin hormonal sağlamlıqla əlaqəsi diqqət çəkən məsələlərdəndir. Bununla belə, testosteron çatışmazlığından şübhələnən şəxslərin müayinə olunması və həkim məsləhəti alması vacibdir. Nar şirəsi hormonal pozuntuların müalicəsini əvəz etmir.

Həkim nar şirəsinin həddindən artıq qəbul edilməsinin də düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, xüsusilə qan laxtalanması ilə bağlı problemləri olan şəxslər qidalanmalarına diqqət yetirməlidirlər.

“Bəzən nar şirəsini həddindən artıq içmək düzgün yanaşma deyil. Onu su ilə qarışdırmaq da olar. Əsas məsələ miqdara diqqət yetirməkdir. Nar şirəsini ölçülü şəkildə qəbul etmək, qidalanmada balansı qorumaq lazımdır”, – deyə həkim bildirib.

Qeyd edək ki, nar şirəsinin qanı qatılaşdıraraq tromb yaratdığını və ya birbaşa güclü baş ağrılarına səbəb olduğunu təsdiqləyən kifayət qədər elmi sübut yoxdur. Bununla belə, qan laxtalanması ilə bağlı xəstəliyi olan və ya bu prosesə təsir edən dərmanlar qəbul edən şəxslər nar şirəsini böyük miqdarda içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Məlahət Qəhrəmanova narın qabığının da faydalı maddələrlə zəngin olduğunu qeyd edib. Onun sözlərinə görə, nar qabığının xüsusiyyətləri ayrıca müzakirə edilməli mövzulardandır.

Beləliklə, nar mövsümündə bu meyvədən istifadə etmək sağlam və balanslı qidalanmanın bir hissəsi ola bilər. Lakin nar şirəsini qanazlığının, hormonal problemlərin və digər xəstəliklərin müalicəsi kimi qəbul etmək düzgün deyil. Əsas məsələ məhsulun faydalarından düzgün yararlanmaq, miqdara diqqət yetirmək və sağlamlıqla bağlı problemlər zamanı mütəxəssis məsləhətinə üstünlük verməkdir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ferritin normaldırsa, dəmir çatışmazlığı yoxdur? Həkimdən vacib AÇIQLAMA

Ferritin analizinin nəticəsinin normal olması hər zaman orqanizmdə kifayət qədər dəmir ehtiyatının olduğu anlamına gəlmir. Bəzi hallarda analiz göstəriciləri norma daxilində görünsə də, insanda dəmir çatışmazlığı mövcud ola bilər. Xüsusilə orqanizmdə iltihabi proseslər zamanı ferritinin səviyyəsi yüksələ və dəmir ehtiyatlarının real vəziyyətini düzgün əks etdirməyə bilər. Buna görə də dəmir çatışmazlığını müəyyənləşdirərkən yalnız bir laborator göstəriciyə əsaslanmaq düzgün deyil.Uzman doktor Günay Bayramova Citypost.az-a açıqlamasında bildirib ki, ferritin orqanizmdə dəmir ehtiyatlarını qiymətləndirmək üçün istifadə olunan əsas göstəricilərdən biridir. Lakin bu göstəricinin xüsusiyyətlərini nəzərə almadan analiz nəticələrini şərh etmək yanlış qənaətə səbəb ola bilər.Həkimin sözlərinə görə, ferritin orqanizmdə dəmirin saxlanılmasında iştirak edən...

16 Oktyabr 2026, 10:30

Artıq çəki və yaşlanma diabet riskini artırır – Həkim risk qrupunda olanları açıqladı

Şəkərli diabet dünyada geniş yayılmış xroniki xəstəliklərdən biridir və onun yaranmasında artıq çəki, yaş, irsi meyillilik, arterial təzyiqin yüksək olması və maddələr mübadiləsinin pozulması mühüm rol oynayır. Xəstəliyin təhlükəli tərəflərindən biri isə uzun müddət ciddi əlamətlər vermədən inkişaf edə bilməsidir. Buna görə də risk qrupuna daxil olan şəxslərin vaxtında müayinədən keçməsi, qanda şəkərin səviyyəsini yoxlatdırması və həyat tərzinə diqqət yetirməsi xüsusi əhəmiyyət daşıyır.Daxili xəstəliklər üzrə mütəxəssis Nərmin Beydulova Citypost.az-a açıqlamasında bildirib ki, artıq çəki və yaş şəkərli diabetin yaranma ehtimalını artıran əsas amillər sırasındadır. Xüsusilə bədən kütlə indeksi 25 və daha yüksək olan, 40 yaşını keçmiş şəxslərin diabet baxımından mütəmadi...

16 Oktyabr 2026, 09:30

Qaraciyər piylənməsi xərçəngə səbəb ola bilər – Həkimdən xəbərdarlıq

Qaraciyər xərçəngi ciddi sağlamlıq problemlərindən biri hesab olunur. Bu xəstəliyin yaranmasında qaraciyərin xroniki xəstəlikləri, hepatit B və C virusları, qaraciyər sirrozu, piylənmə, şəkərli diabet və zərərli vərdişlər mühüm rol oynayır. Xüsusilə alkoqol qəbulu və siqaret çəkmə qaraciyərin zədələnməsi ilə yanaşı, xərçəng riskinin də artmasına səbəb ola bilər. Qaraciyər xəstəliklərinin təhlükəli tərəflərindən biri isə ilkin mərhələlərdə heç bir aşkar əlamət vermədən inkişaf edə bilməsidir.Qastroenteroloq Ziya İmanov Citypost.az-a açıqlamasında bildirib ki, qaraciyər xərçənginin qarşısının alınması üçün risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, qaraciyər xəstəliklərinin nəzarətdə saxlanılması və mütəmadi tibbi müayinələrdən keçmək olduqca vacibdir.Həkimin sözlərinə görə, qaraciyər xərçəngi ilə qaraciyərin xroniki zədələnməsi arasında sıx əlaqə...

16 Oktyabr 2026, 08:30

Alkoqol qanda xolesterinin miqdarını azaldırmı? – Kardioloqdan vacib açıqlama

Alkoqollu içkilərin ürək-damar sağlamlığına təsiri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar qırmızı şərabın ürək üçün faydalı olduğunu, qanda faydalı xolesterinin səviyyəsini artırdığını və damarların sağlamlığını qoruduğunu düşünürlər. Lakin bu yanaşma məsələnin yalnız bir tərəfini əks etdirir. Qırmızı şərabın tərkibindəki bəzi maddələrin mümkün təsirlərini alkoqol qəbulunun sağlamlıq üçün faydalı olması kimi təqdim etmək düzgün deyil. Əksinə, alkoqolun ürək-damar sisteminə təsiri onun miqdarından, qəbul tezliyindən və insanın ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.Uzman kardioloq Ziya İsmayıloğlu Citypost.az-a açıqlamasında bildirib ki, alkoqollu içkilərin qanda yağların miqdarını azaltması və ürək-damar xəstəliklərindən qoruması barədə fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Həkimin sözlərinə görə, xüsusilə...

15 Oktyabr 2026, 10:30

Gecə boğaza və ağıza acı su gəlirsə, bu xəstəliyin əlaməti ola bilər – Cərrahdan xəbərdarlıq

Gecə yatarkən boğaza və ağıza acı su gəlməsi, sinə nahiyəsində yanma, ağızda turş və ya acı dadın yaranması, eləcə də səsin batması bir çox insanın adi mədə narahatlığı hesab etdiyi əlamətlərdəndir. Lakin bu şikayətlər tez-tez təkrarlanırsa, onların səbəbi qastroezofageal reflüks xəstəliyi ola bilər. Xüsusilə uzanarkən şikayətlərin artması, gecə yuxudan oyanmağa səbəb olması və səhərlər boğazda qıcıqlanma hiss edilməsi problemin daha ətraflı araşdırılmasını tələb edir.Ümumi cərrah Elçin Abdinov Citypost.az-a açıqlamasında bildirib ki, reflüks xəstəliyi zamanı mədənin möhtəviyyatı qida borusuna geri qayıdır və bu hal müxtəlif narahatlıqlara səbəb ola bilər. Həkimin sözlərinə görə, bəzi pasiyentlər gecələr ağızlarına acı su gəlməsindən, boğazda yanma...

15 Oktyabr 2026, 09:30

Antibiotiklərdən istifadə zamanı ən çox edilən 3 səhv – Həkimdən vacib xəbərdarlıq

Antibiotiklər bakterial infeksiyaların müalicəsində mühüm rol oynasa da, onların düzgün istifadə edilməməsi sağlamlıq üçün ciddi problemlər yarada bilər. Soyuqdəymə başlayan kimi antibiotik qəbul etmək, hər xəstələnəndə eyni dərmana üstünlük vermək və özünü yaxşı hiss edən kimi müalicəni dayandırmaq insanların yol verdiyi ən geniş yayılmış səhvlər sırasındadır. Halbuki antibiotiklərin hər infeksiyada faydalı olması barədə düşüncə yanlışdır. Bu dərmanlar yalnız müvafiq göstəriş olduqda və həkimin təyinatına uyğun istifadə edilməlidir.Qastroenteroloq Gülçin Quluzadə Citypost.az-a açıqlamasında antibiotiklərdən istifadə zamanı yol verilən səhvlərə diqqət çəkərək bildirib ki, bu preparatların əsassız qəbulu həm orqanizmə zərər verə, həm də gələcəkdə bakterial infeksiyaların müalicəsini çətinləşdirə bilər. Həkimin sözlərinə görə,...

15 Oktyabr 2026, 08:30