Nailə Balayevadan Paşinyana sual: Sülh müqaviləsi niyə gecikir?
Siyasət 19 Oktyabr 2026, 09:06
530
Jurnalist Nailə Balayeva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrə, eləcə də Ermənistan-Türkiyə münasibətlərinə dair fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Nailə Balayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalist bildirib ki, onu hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Türkiyə sərhədinin açılması barədə tez-tez danışması və Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər ertələnməsi ilə bağlı məsələ narahat edir.
Nailə Balayeva qeyd edib ki, bu iki bəyanat arasında əlaqə olmaya da bilər. O, Türkiyə və Azərbaycan arasında münasibətlərlə bağlı müzakirələr əvəzinə diqqətin Ermənistanın bəyanatlarına yönəldilməsini vacib sayıb.
Həmçinin oxuyun
“Mən Sizi bilmirəm. Məni hazırda narahat edən Mirzoyanın tez-tez Ermənistan-Türkiyə sərhədinin açılması barədə danışması və Paşinyanın Azərbaycanla sülh müqaviləsini 2031- ci ilə kimi ertələməsidir. Bu iki bəyanat arasında əlaqə olmaya. Gəlin başımızı hicab və Türkiyədən olub Atatürk Türkiyəsinə aidiyyəti olmayan biçarələrə qatmayaq. Türkiyə və Türk xalqı ilə dostluğumuzu dünyanın iki ölkəsindən biri olan SSRİ sarsıda bilmədi . İndi bu 1-2 biçarəmi sarsıdcaq? Alınan deyil.
Ermənistan seçkidən sonra referendum keçirəcəyini və sülh müqaviləsi bağlayacağını bildirmişdi. Bu nədən 2031-ə kimi qaldı??” – deyə jurnalist yazıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: “Media qardaşlıq münasibətlərinə həssas yanaşmalıdır”
Professor, media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrikinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Professor qeyd edib ki, özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas yanaşmalı, sosial şəbəkələrdə bu münasibətləri hədəf alan şəxslərin yolu ilə getməməlidir. Onun sözlərinə görə, bəzən media da bu axına qoşularaq qızışdırıcı mövqe tutur.Qulu Məhərrəmli hadisələrin arzuolunmaz istiqamətdə inkişaf etdiyi bir vaxtda Ərdoğanın Azərbaycanı təbrik etməsini mühüm hadisə kimi qiymətləndirib.“ƏRDOĞAN: AZƏRBAYCAN TÜRKÜ QARDAŞLARIMI SALAMLAYIRAM!Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu...
19 Oktyabr 2026, 09:10
“Düşmən dəyirmanına su tökməyək” – Akif Aşırlıdan çağırış
"Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsi ilə bağlı çağırış edib.Citypost.az xəbər verir ki, Akif Aşırlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist iki ölkə arasında münasibətlərin bilərəkdən böhran həddinə gətirildiyini vurğulayıb və tərəfləri əsassız iddialara qarşı diqqətli olmağa, birliyin qorunmasına çağırıb.“Türkiyə və Azərbaycan arasında münasibətlər təəssüf ki, bilərəkdən ( bilməyərəkdən yox ! ) böhran həddinə gətirilir və dövriyyəyə ağlasığmaz iddialar daxil edilir. Bu iki Türk Dövlətinin birliyini pozmağa calışan böyük güclər arasında 3 - cü bir qüvvənin olması şübhəsizdir.Nəzarətsiz sosial media şəbəkələri üzərindən blogerlər və infulinserlərlə aparılan , sonu heç də xoş...
19 Oktyabr 2026, 08:40
Cavid İsmayıldan sərt sözlər: “Dövlət maraqlarını anlamayanları tanıdıq”
Tarix üzrə fəlsəfə doktoru, jurnalist Cavid İsmayıl Azərbaycan və Türkiyə arasında gündəmə gələn müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Cavid İsmayıl bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, baş verən prosesin yeganə müsbət tərəfi hər iki ölkənin ictimai-siyasi sferasında dövlət və millət maraqlarını anlamayan şəxslərin mövcudluğunun üzə çıxması olub.“Bu prosesin bircə müsbət tərəfi oldu ki, hər iki ölkənin ictimai-siyasi sferasında kifayət qədər gerizəkalının mövcud olduğunu gördük, millət və dövlət maraqlarının nə olduğunu anlamayan yaratıqları tanıdıq”, – deyə Cavid İsmayıl yazıb.Əli ...
19 Oktyabr 2026, 08:15
Rüstəm Əbülfətoğlu: “İlham Əliyev sadiq qardaş olduğunu hələ 2014-cü ildə sübut etdi”
Jurnalist Rüstəm Əbülfətoğlu Azərbaycan və Türkiyə arasında FETÖ məktəblərinin bağlanması məsələsi ilə bağlı müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rüstəm Əbülfətoğlu qeyd edib ki, Prezident İlham Əliyev 2014-cü ildə Azərbaycanda FETÖ ilə əlaqələndirilən təhsil müəssisələrinin bağlanması ilə bağlı qərarlar qəbul edilərkən Türkiyəyə sadiqliyini nümayiş etdirib.Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda 11 lisey və orta məktəb, 13 təhsil mərkəzi, eləcə də Qafqaz Universiteti bağlanıb. Jurnalist iddia edir ki, bu qərarlar nəticəsində 10 min nəfərə qədər şagird və tələbə, 2 min nəfərə yaxın müəllim çətin vəziyyətlə üzləşib.Əbülfətoğlu həmin vaxt bu addımları alqışlayan Türkiyənin hakim Ədalət...
19 Oktyabr 2026, 08:07
Aydın Quliyev: “Azərbaycanı günahkar göstərmək yanlış mövqedir”
AKP- Azərbaycan gərginliyinin ortasındakı " barışdırıcı sülh göyərçinləri"- həll yolu bu deyil... AKP iqtidarı ilə Azərbaycanın arasında yaşanan gərginliklərə çox fərqli reaksiyalar var.Azərbaycandan, Türkiyədən...Mən özümüzdən verilən bir qrup reaksiyalara diqqət çəkəcəm.Öz aləmlərində orta, barışdırıcı mövqe tutmağa çalışan bəziləri elə hesab edirlər ki, guya onun bir barışıq çağırışı hər şeyi həll edəcək.Məsələn, " Əl saxlayın əfəndilər, qarşıdakı düşmən yox, bizim can qardaşımız Türkiyədir " və sair fikirlər oxuyuruq ...Çox mürəkkəb vəziyyətdə hər şeyin sadə bir çağırışla düzələcəyinə inanan sadəlövh adamlara bunu deyirəm...Əvvala, onun can qardaş Türkiyə olduğunu bilən və fərqinə varan tək siz deyilsiniz.İkinci, qarşılıqlı ittihamlar adi...
19 Oktyabr 2026, 08:02
Zaur Şükürov: “Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq artır”
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır. Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.Deputat bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir. 15...
16 Oktyabr 2026, 18:41