Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Söz adamı 26 Oktyabr 2026, 12:08
539
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.
Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə eyni yolun yolçularıdırlar, eyni xislətli adamlardırlar. Mirzə Cəlilin əsərləri orta məktəbdə oxuyanda məni sevindirə bilərdi, çünki o, ən cındır adamları əsərlərinə qəhrəman edərək xalqın zövqünü oxşayır və özünü ziyalı mərtəbəsinə qaldırırdı. Mirzə Cəlilin bicliyini orta məktəb şagirdi anlaya bilməzdi. Cəsarəti, savadı, mənliyi çatıb xalqın başına gətirilən bəlalardan yaza bilmirdi. Bəli, “Molla Nəsrəddin” jurnalında karikaturalar, felyetonlar vasitəsilə və ayrı-ayrı hekayələrində sətiraltı atmacalar atıb, amma heç zaman sovet hökumətini fundamental şəkildə ifşa edən sistemli, çılpaq bir əsər yarada bilməyib. M.Cəlil Allahsız olub? Xeyr! O, dini mövhumatı hədəfə alırdı, özü də məişət üslubunda! Və nəhayət M.Cəlilin naşı, səriştəsiz üslubu üzərində sovet siyasi texnoloqları kiçik korrektələr edərək onu azərbaycanlılara Allahsız bir yazıçı kimi tanıtdırdı. Heç vaxt məişət probemlərini də qlobal müstəvidə qələmə ala bilmədi. Əxlaqı, savadı, cəsarəti, istedadı çatmırdı. O, heç vaxt Q.Q.Markes, M.Bulqakov, L.Tolstoy, B.Şou ola bilmədi, bilməzdi də. Çünki bu adamlar ən xırda məişət məsələlərini belə qlobal fikir müstəvisində müzakirəyə çıxara bildilər. Sənin poçta məktub ata bilməyən, say bilmədiyinə görə yumurtanı divarlara çəkən obrazların primitiv tənqiddən başqa bir şey deyildi.
Bu həqiqətlər niyə xalqa deyilmir? Dəqiqəbaşı Mirzə Cəlilin adını önə çəkib özünü ona bənzədənlərin niyyətləri niyə ifşa olunmur?
Mirzə Cəlilin öz əsərlərində xalqa namus dərsi keçir, amma özü azyaşlı uşaqlara qarşı əxlaqsızlıqla məşğul olurdu. Həyat yoldaşı Həmidə xanımın xatirələri daha dəhşətlidir. M.Cəlilin küçədə söz atmadığı, sataşmadığı qadın qalmamışdı, bütün əxlaqsız qadınlar onu özünə həmdəm sayırdılar. Səbəbini açıqlamaq istəmirəm. Araşdırın, Həmidə xanım bu adamın ayağına niyə güllə atmışdı? Hamamda qəbz yaza-yaza ölən Mirzə Cəlil hansı adla məşhur idi? Onu küçələrdən yığışdırıb adam halına gətirən qadını el-aləm içində rüsvay edən adama istinad edənlər də onun mənəvi davamçılarıdır. Özlərini ziyalı kimi göstərməklə deyil ki... Görün nə yazılar: “Heyf səndən Mirzə Cəlil”, “Mirzə Cəlil, bu xalq hələ də düzəlməyib, necə qoymusan, elə dəqalıb", “Allah Mircə Cəlilə rəhmət eləsin, biz hələ də dinə inanırıq” və s. Anlamıram, ədəbiyyatımızın Con Sinsi - Mirzə Cəlil bizdən nə umurdu ki, nə də olmuşuq?!
Mən qəti şəkildə əminəm, Azərbaycanın heç vaxt elə bir yazıçısı olmayacaq ki, onu bütün xalqlar sevə bilsin. Bu, mümkün deyil. Hansısa yazıçının əsəslərinin bir neçə dildə, milyon tirajlarla nəşr olunması, yayılması da o demək olmayacaq.
Heç düşündünüzmü ki, niyə Azərbaycanda şairlik yazıçılıqdan daha çox inkişaf edib? Nə üçün bizim şairlərin dünyada tayı-bərabəri yoxdur? Niyə bizim şairlər qədər heç bir xalqın şairi duyğuların dibinə enə bilmir? Amma yazıçılarımız barədə bunu demək mümkün deyil.
Ona görə ki, şairlik istedadla bərabər həm də emosiya və hisslərlə bağlı məsələdir, yazıçılıq isə istedadla yanaşı birbaşa intellektə bağlıdır.
Hətta zibil qutusuna atılmağa layiq olmayan əsərlərin müəllifləri ədəbiyyatımıza salınıb. Tarixən belə olub. Bundan sonra da belə olacaq. İndidən təxmin edə bilərsiniz, görün nəvələriniz bu gün sağ olan hansı əxlaqsızları oxuyub, kimlərə dahi deyəcəklər...
Samir Feyruzov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...
09 Oktyabr 2026, 14:07
İZMİRİ GƏZƏRKƏN
Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə. (Mövlanə məhəlləsi) Avdı Qoşqar
07 Oktyabr 2026, 17:06
Mərd kişilər millət üçün ƏFƏNDİ! - Əmir Pəhləvanın YAZISI
Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır.Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır.O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap...
06 Oktyabr 2026, 12:46
Baş açmadım səndən, dünya!
Həm sevincsən, həm də kədər,Baş açmadım səndən, dünya!Hər şey yalan, hər şey hədər,Baş açmadım səndən, dünya!Nadürüstə cənnət oldun,Dərd qanana zülmət oldun,Qüssə oldun, zillət oldun,Baş açmadım səndən, dünya!Kimə yasdır, kimə toydur,Dərd verməkdən görən doydun?! Çoxlarını naçar qoydun,Baş açmadım səndən, dünya!Nizam saxta, düzüm saxta,Ümid qalıb təkcə baxta.Vəzir sarsaq, şahı axta,Baş açmadım səndən, dünya!Fayda gördü səndən namərd,Çox adama dərd verdin, dərd! Bir üzün şən, bir üzün sərt,Baş açmadım səndən, dünya!Nadana verdin taxt-tacı,Gah şirinsən, gah da acı.Dərd var ki, yoxdur əlacı,Baş açmadım səndən, dünya! 26.09.2026Camal Zeynaloğlu...
06 Oktyabr 2026, 11:31