Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
Cəmiyyət 28 Noyabr 2024, 14:03
14613
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Citypost.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.
Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.
Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Həmçinin oxuyun
Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.Sərəncama əsasən, Şuraya daxil olan İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyevlə əvəzlənib.
23 Sentyabr 2026, 16:12
Anar Bayramov TƏBİB-də bu xanımlara vəzifə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub.Citypost.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.Belə ki, Fərazi Ceyran Əkbər qızı İnsan resursları departamentinin, Butayeva Cəmilə Nail qızı isə İlkin səhiyyə xidməti departamentinin rəhbəri vəzifəsini müvəqqəti icarə edəcəklər.Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İlkin səhiyyə xidməti departamentinin rəhbəri isə Rəşad Çobanlı idi. Onların hər ikisi bu ilin iyun ayında işdən çıxarılıb....
23 Sentyabr 2026, 15:53
60 qəpiklik domino oyunu onlara 6 min manata başa gəldi
Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.Citypost.az xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər....
23 Sentyabr 2026, 15:45
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:"Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır....
23 Sentyabr 2026, 15:40
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
23 Sentyabr 2026, 15:07
YENƏ DƏ "QƏDİM TARİX" DAVASI... Qulu Məhərrəmli yazır
Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban tarixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz qədimik” şüarı var. Bu sözləri CityPost.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib."Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər. Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində...
23 Sentyabr 2026, 14:51