Bizə yazın

Baku

-°C

USD

-

Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır

Cəmiyyət 23 Sentyabr 2026, 10:58

464

"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub.Bu barədə Citypost.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkədə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.R. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının təşəbbüsü və diqqəti sayəsində tarix və mədəniyyətimizin...

23 Sentyabr 2026, 11:40

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Citypost.az  xəbər verir ki, sənəd məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir;Bağırov...

23 Sentyabr 2026, 11:28

Kamil şəxsiyyət - Misir Mərdanov Murtuz Ələsgərov haqqında yazır 

Qeyri-adi insanların xarakteri uşaqlıqdan formalaşır deyirlər. Gələcəkdə qazanılacaq bütün uğurların təməli körpəlikdən qoyulur. Bəlkə mərhum professor, alim, ictimai-siyasi xadim Murtuz Ələsgərovun da bütün o parlaq həyat yolu, uğurları lap erkən yaşlarından başlamışdı...O, 1928-ci il sentyabrın 20-də dahi Nizami Gəncəvinin vətəni Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. Atasını çox erkən itirmiş Murtuzda hələ kiçik yaşlarından möhkəm iradi keyfiyyətlər, torpağa bağlılıq, vətənpərvərlik ruhu formalaşmış, millətinə və vətəninə dərin məhəbbət hissi bütün həyatı boyu onu müşayiət etmişdir.O, 1934-cü ildə Gəncə şəhərindəki 28 nömrəli orta məktəbin birinci sinfinə getmiş, İkinci Dünya Müharibəsinin ağır illərində-1944-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Orta məktəbdə...

23 Sentyabr 2026, 11:25

DYP "Formula 1"lə əlaqədər sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Formula 1 üzrə Azərbaycan Qran-prisi" ilə bağlı sürücülərə müraciət edib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, sabah başlayacaq "Formula 1 üzrə Azərbaycan Qran-prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur:"Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili...

23 Sentyabr 2026, 11:08

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.Citypost.az  xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.“Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək”, - səfirliyin məlumatında qeyd edilib.Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək....

23 Sentyabr 2026, 10:50

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.Orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az...

23 Sentyabr 2026, 10:45