Elgiz Əkbər həqiqətənmi bu şəxslərlə qohumdur?
Cəmiyyət 13 Dekabr 2024, 15:14
60565
ARB kanalında yayımlanan “Elgizlə İzlə” verilişində aparıcı Elgiz Əkbər proqramında qonaq olan müğənni xanımın qohumlarının adının hallandırmasına rəğmən o da öz qohumlarının adlarını çəkib. Elgiz Əkbər qonağına qohumlarının adlarını çəkəcəyi halda onun dodağının uçuqlayacağını xəbərdar edib.
Daha sonra adları çəkməyə başlayıb. Elgizin iddiasına görə Xalq şairi Fikrət Qoca, akademik Bəkir Nəbiyev,kaman ustası-Xalq artisti Habil Əliyev, sabiq millət vəkili, polkovnik Xəzər İsayev onun qohumlarıdır.
Elgiz Əkbərə xatırlatmaq istəyirik ki, birinci dərəcəli qohumlar dayı,əmi,xala,bibi,qayınata,qayınana, qayın, baldız hesab edilirlər. Onların övladları isə ikinci dərəcəli qohumlardır. Digərləri isə,yəni onlardan törəyənlər və ya onların qohumları isə el dilində desək “körpü məsələsidir”...
Söhbət ondan gedir ki,aparıcının adlarını hallandırdığı bu şəxslər hər biri Ağdaşdan olsalar da,onlardan heç birinin digər biri ilə qohumluq əlaqəsi yoxdur.Bu səbəbdən Elgiz Əkbərin onlarla necə qohum olduğu müəmma doğurur.
Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Elgizin adını hallandırdığı həmin şəxslərin yaxınlarından münasibət öyrənib.
Mərhum Xalq şairi Fikrət Qocanın qızı Gülay xanım bildirdi ki,Elgiz Əkbər adlı qohumlarının olduğunu birinci dəfə eşidir. Belə bir adamla heç bir qaydada qohumluq əlaqələri və münasibətləri yoxdur.
Həmçinin oxuyun
”Əgər,Elgiz Əkbər bizimlə qohum olduğunu iddia edirsə,bu onun şəxsi işidir.Körpü məsələsi... Bilirsiniz,indi adamlar 7-ci,8-ci dərəcəli qohumluq əlaqəsini də bəzən qabardır”,- deyə Xalq şairinin qızı bildirib.
Əməkdaşımızın suallarını Elgiz Əkbər çox sərt qarşılayıb.
“Sizin işiniz-gücünüz yoxdur? mənə nə olub,yalandan kimisə özümə qohum edim.Deyirəmsə,qohumlarımdır,demək qohumlarımdır...”
Daha sonra müxbirimizin adlarını çəkdiyiniz şəxslərlə qohumluğunuz hansı dərəcədədir,qohumlarınızın adlarını eşidəndə verilişinizdəki qonağın dodaqları neçə yerdən uçuqladı? sualına “Siz müstəntiqsiniz?,Mən sizə niyə hesabat verməliyim? Babalarımız qohumdur. Nə demək istəyirsiniz? Gedin,nə istəyirsiniz yazın, yeddi yerdən uçuqladı,yeddi yerdən...”,- deyərək rabitəsiz cavablar verib.
Akademik Bəkir Nəbiyevin qızı Leyla xanımla da əlaqə saxladıq.Leyla xanım da Elgiz Əkbər adlı qohumlarının olmasından xəbərsiz olduğunu bildirdi.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çıxarışlarla bağlı ŞAD XƏBƏR – 500 min evə…
Bakıda və Abşeron yarımadasında on illərdir həllini gözləyən sənədsiz evlər problemi ilə bağlı yeni mərhələ başlayır.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun açıqlamaları, bu sahədə genişmiqyaslı “əmlak amnistiyası”nın anonsu kimi qiymətləndirilir. Təxminən 500 mindən çox daşınmaz əmlakın taleyini müəyyənləşdirəcək bu proses həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.CityPost.az xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, sənədləşmə prosesinin sürətlənməsi tikinti sektorunda şəffaflığı təmin edəcək əsas amildir: “Uzun müddətdir ki, çıxarışı olmayan evlər həm dövlət büdcəsinə daxilolmalar, həm də vətəndaşların əmlak üzərində sərəncam vermək imkanları...
04 Aprel 2026, 22:40
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
Aprelin 4-ü saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şahdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik,...
04 Aprel 2026, 22:17
Sabah yağış yağacaq
Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman...
04 Aprel 2026, 13:00
Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.
04 Aprel 2026, 09:38
BDYPİ Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən CityPost.az-a verilən xəbərə görə, hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur.Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.Sürücülərə tövsiyə olunur:• Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;• Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;• Ara məsafəni qoruyun;• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.Piyadalara tövsiyə olunur:• Yolu yalnız...
04 Aprel 2026, 09:37
“ADY Mobile” 400 min yüklənməni keçdi
“ADY Mobile” tətbiqi 400 mindən çox yüklənmə ilə sərnişinlərin rəqəmsal seçimi olaraq populyarlığını qoruyur.Citypost.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın məhsulu olan tətbiq vasitəsilə istifadəçilər qatar səfərlərini asanlıqla planlaşdıra, biletləri əldə edə və dəmir yolu ilə bağlı ən son məlumatları operativ şəkildə izləyə bilirlər.Tətbiq sərnişinlərə bütün xidmətlərə bir toxunuşla çıxış imkanı təqdim edir.
03 Aprel 2026, 17:46