Ramiz Mehdiyevin istintaqının başa çatma vaxtı açıqlandı
Cəmiyyət 03 Aprel 2026, 15:47
275
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq işi davam edir.
2025-ci ilin 14 oktyabrında Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə cinayət işi açılıb və Bakı şəhəri Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 2026-cı ilin 10 fevralında ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.
Modern.az saytı istintaq prosesinin uzadılmasını zəruri edən amilləri, eləcə də prosesin yekunlaşacağı tarixi araşdırıb.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında bildirib ki, istintaq müddətinin uzadılması irəli sürülən ittihamların xüsusilə ağır cinayətləri ehtiva etməsi ilə əlaqədardır:
“Ramiz Mehdiyev işi çoxepizodlu və mürəkkəbdir. Sübutların toplanması, şahidlərin dindirilməsi, müvafiq istintaq hərəkətələrinin aparılması zaman tələb edir. Zaman-zaman da cinayət işi ilə əlaqədar yeni-yeni hallar meydana çıxır. Həmin halların dəlillərlə sübuta yetirilməsi üçün müddətlər lazımdır. Ona görə də, müddətin uzadılmasının səbəbi bununla bağlıdır. Qanunvericiliklə bu, qadağan edilmir. Ramiz Mehdiyev dövlət çevirilişinə cəhd, hakimiyyətin zorla ələ keçirilməsi kimi xüsusilə ağır cinayətlərlə ittiham olunur. Belə hərəkətlər bir şəxslə tamamlanmır, çox güman ki, cinayətdə xeyli şəxslər iştirak edir. Eyni zamanda, dövlətə xəyanət kimi cinayətlərdə xarici elementlər də olur. Sübutların müəyyən edilib araşdırılması böyük zəhmət tələb edir. Buna görə də istintaq prosesinin uzadılması qanunvericiliyə əsasən normal prosedurdur”.
Ə.Nuriyev qeyd edib ki, istintaq müddəti ümumilikdə 1 il 6 ay müddətində aparıla bilər:
“Cinayət Prossesul Məcəlləsinə görə, istintaq müddəti 12 aya qədər uzadıla bilər. Lakin eyni zamanda ağır, çox mürəkkəb və çoxepizodlu cinayətlərə görə istintaq müddətini daha 6 ayadək uzatmaq mümkündür”.
Həmçinin oxuyun
Hüquqşünas deyib ki, hökm oxunarkən yaş meyarı nəzərə alınmır:
“Xüsusilə ağır cinayətlərə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum etmə hökmü də verilə bilər. Lakin şəxs 65 yaşdan yuxarıdırsa, bir qayda olaraq ona ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.
Digər tərəfdən, sağlamlıq vəziyyəti ilə bağlı cəzanın təxirə salınması kimi hüquqi institut mövcuddur. Bu məsələnin qiymətləndirilməsi kompleks xarakter daşıyır. Məhkəmə qərar verərkən həm cəzanın növünü müəyyənləşdirir, həm də onun təxirə salınması ilə bağlı ümumi vəziyyəti hərtərəfli dəyərləndirir.
Şəxsin yaşı onun azadlıqdan məhrum edilməsinə mane olmur. Məhkəmə hökm çıxararkən bir sıra amilləri nəzərə alır. Əgər şəxsin sağalmaz və ağır xəstəliyi varsa, cəzanın icrası təxirə salına bilər. Lakin yalnız yaş meyarına əsaslanaraq azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Hazırda cəzaçəkmə müəssisələrində 70-75 yaş aralığında kifayət qədər məhkum var. Cəzadan azad etmə üçün qanunvericilikdə müəyyən mexanizmlər mövcuddur və bu əsasların olub-olmamasını məhkəmə müəyyən edir. Bu səbəbdən əvvəlcədən konkret qiymətləndirmə aparmaq düzgün olmazdı.
İstintaq peşəkar müstəntiqlər tərəfindən aparılır və ümumilikdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən nəzarətdə saxlanılır. Bu baxımdan hesab edirəm ki, istintaq hərəkətləri yüksək səviyyədə həyata keçiriləcək və prosesin peşəkarlığına hər hansı şübhə yoxdur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov bu gün Xaçmaz şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.Qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından ümumilikdə 58 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının...
03 Aprel 2026, 17:18
Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.Citypost.az xəbər verir ki, bu barədə AMB məlumat yayıbBelə ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.
03 Aprel 2026, 16:38
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror...
03 Aprel 2026, 16:12
Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib
Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər:Bağırov Ceyhun Əkbər oğlu – polkovnikDaşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnikMəmmədov Süleyman Abdulla oğlu – mayorAbdulov Səyahət Namik oğlu – kapitanSalahov Nurlan Bilal oğlu – kapitanAğayev Hüseyn Osman oğluCəfərov Vüsal Nurəddin oğluCəlilov Şahin Səhlədar oğluƏliyev Rəşad Radin oğluƏliyev Fədai Azər oğluHüseynov Azər Fehruz oğluHüseynov Xaliq Araz oğluHüseynov Namiq Əbdülrəhim oğluHüseynov Nizami Rasim oğluİsayev Raqif Deputat oğlu (ölümündən sonra)Qasımov Ruslan Teymur oğluQasım-zadə Orxan Əhməd oğluMəmmədov İldırım...
03 Aprel 2026, 16:08
Ali Məhkəmə həbs edilən jurnalistlərlə bağlı qərar verdi
Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.Modern.az-ın məlumatına görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.“Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.
03 Aprel 2026, 16:03
Allahşükür paşazadə İran səfiri ilə görüşdü
Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.Bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması üçün dualar etdiyini bildirib.QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu prinsipial...
03 Aprel 2026, 15:30