Allahşükür paşazadə İran səfiri ilə görüşdü
Cəmiyyət 03 Aprel 2026, 15:30
276
Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması üçün dualar etdiyini bildirib.
QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır.
Həmçinin oxuyun
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hər iki dövlət başçıları İlham Əliyevlə Məsud Pezeşkianın səmimi münasibətləri ölkələrimiz arasında əlaqələrin davamlı inkişafına, regionda sülhün, sabitliyin qorunmasına xidmət edir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu başsağlığına görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib, ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
Sumqayıt şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.İcra Hakimiyyətindən Citypost.az-a verilən xəbərə görə, anım mərasimi çərçivəsində iştirakçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Qalib əsgər abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.Tədbir zamanı çıxış edən Zakir Fərəcov Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu...
03 Aprel 2026, 17:33
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov bu gün Xaçmaz şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.Qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından ümumilikdə 58 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının...
03 Aprel 2026, 17:18
Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.Citypost.az xəbər verir ki, bu barədə AMB məlumat yayıbBelə ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.
03 Aprel 2026, 16:38
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror...
03 Aprel 2026, 16:12
Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib
Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər:Bağırov Ceyhun Əkbər oğlu – polkovnikDaşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnikMəmmədov Süleyman Abdulla oğlu – mayorAbdulov Səyahət Namik oğlu – kapitanSalahov Nurlan Bilal oğlu – kapitanAğayev Hüseyn Osman oğluCəfərov Vüsal Nurəddin oğluCəlilov Şahin Səhlədar oğluƏliyev Rəşad Radin oğluƏliyev Fədai Azər oğluHüseynov Azər Fehruz oğluHüseynov Xaliq Araz oğluHüseynov Namiq Əbdülrəhim oğluHüseynov Nizami Rasim oğluİsayev Raqif Deputat oğlu (ölümündən sonra)Qasımov Ruslan Teymur oğluQasım-zadə Orxan Əhməd oğluMəmmədov İldırım...
03 Aprel 2026, 16:08
Ali Məhkəmə həbs edilən jurnalistlərlə bağlı qərar verdi
Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.Modern.az-ın məlumatına görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.“Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.
03 Aprel 2026, 16:03