Tıxaca görə yeni yollar çəkiləcək- Siyahı
Cəmiyyət 28 Yanvar 2025, 20:58
25126
“Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır”.
Citypost.az xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun iki əsas istiqamət var:
Həmçinin oxuyun
“Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.
Anar Rzayev Prezident İlham Əliyevə 20 Yanvar layihəsi haqqında da əlavə məlumatı təqdim edib:
“Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB
Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda həssas əhali qrupları üçün güzəştlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur.Citypost.az xəbər verir ki, Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.Qeyd olunub ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma ilə bağlı güzəştlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar avqustun 15-dən "Dərnəgül" istiqamətindən gələn qatarlar yalnız "Nizami" stansiyasına qədər hərəkət edəcək.Sərnişinlərin daşınmasının fasiləsiz təmin olunması məqsədilə "Nizami" və "28 May" stansiyaları arasında 6 ekspres avtobus xəttə buraxılacaq....
05 Avqust 2026, 14:16
Bu tarixdə Bakıda yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz...
05 Avqust 2026, 13:36
Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçiminin ilk mərhələsinə start verilir.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 5-i saat 11:00-dan etibarən vakant yerlərin seçimi mərhələsi başlayacaq.İlkin mərhələdə test imtahanında müəyyən edilmiş keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı yaradılacaq.Bildirilib ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Yerləşdirmə zamanı namizədin seçdiyi vakansiyaların ardıcıllığı əsas götürüləcək.Qeyd olunub ki, vakant yerə yerləşdirildikdən sonra həmin vəzifədən imtina edən şəxslər növbəti vakansiya seçim mərhələlərində iştirak edə bilməyəcəklər.Növbəti mərhələlərdə yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələri üzrə və daha sonra ümumi vakansiya...
05 Avqust 2026, 11:30
"Qaranlıq triada" şəxsiyyət tipi: İş yerində uğur qazanmış kimi görünən psixopatları necə tanımalı?
Müasir korporativ dünyada karyera pillələrini sürətlə dırmaşan, yüksək özünəinamı və xarizması ilə diqqət çəkən bəzi rəhbərlər və ya əməkdaşlar ilk baxışdan ideal peşəkar təsiri bağışlayırlar. Lakin bu parıltılı maskanın arxasında həmkarlarının əməyini mənimsəyən, kollektivi manipulyasiya edən və şirkət resurslarını şəxsi maraqları üçün istismar edən qaranlıq xarakterlər gizlənə bilər. Psixologiyada "Qaranlıq triada" (Dark Triad) adlandırılan bu şəxsiyyət tipi, iş yerində böyük uğur qazanmış kimi görünən, lakin əslində ətrafındakı mühiti zəhərləyən peşəkar psixopatları xarakterizə edir.Citypost.az xəbər verir ki, psixoloqlar "Qaranlıq triada" tərkibinə üç zərərli şəxsiyyət pozuntusunun birləşməsini daxil edirlər: Narsisizm (aşırı özünübəyənmə və heyranlıq tələbi), Makiavellizm (şəxsi mənfəət üçün hər şeyi mübah...
05 Avqust 2026, 11:00
Zahid Oruc: "Xaricdə yaşayan siyasi miqrantlardan casus şəbəkəsi kimi istifadə olunur"...
Son illərdə Azərbaycanın təhlükəsizlik mühiti göstərir ki, ölkəmizə qarşı təsir mexanizmləri klassik casusluq fəaliyyəti ilə məhdudlaşmır. Radikal dini qruplar, informasiya şəbəkələri, xaricdə yaşayan siyasi mühacirlər, sosial media platformaları və müxtəlif qeyri-hökumət strukturları üzərindən həyata keçirilən əlaqəli təsir əməliyyatları hibrid müharibənin yeni elementlərinə çevrilib. Əməliyyat məkanı kimi Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin fəaliyyət qərargahların yaradılması və onların müxtəlif siyasi kampaniyalarda istifadə olunması ayrıca təhlükəsizlik problemidir. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və diplomatik uğurlar, xüsusilə də ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizə qarşı istifadə olunan təsir vasitələrinin xarakterini də dəyişdirib. Əgər əvvəl əsas diqqət hərbi-siyasi təzyiqlərə yönəlirdisə, indi informasiya mühiti, sosial şəbəkələr, beynəlxalq media və xaricdə fəaliyyət göstərən müxtəlif siyasi qruplar üzərindən təsir...
04 Avqust 2026, 20:32
Bu tarixdən etibarən havalar DƏYİŞİR - İstilər bitir
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.Citypost.az bildirir ki, mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, xalq arasında “yayın yarısı” kimi tanınan dövrə yaxınlaşılır və bundan sonra gecələrin daha sərin keçməsi gözlənilir.Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:“Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək....
04 Avqust 2026, 18:42