Gəncəsər monastırı ilə bağlı Ermənistana AMEA-dan SƏRT CAVAB
Cəmiyyət 18 Sentyabr 2026, 22:08
292
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.
Citypost.az bəyanatı təqdim edir:
"Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.
Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb Xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində "knyazlar knyazı", "Xaçın ölkəsinin knyazı", "Albaniyanın çarı" və s. bu kimi titullar ilə adlandırılırdı.
Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.
Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.
Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.
Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəz edilmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin, işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.
Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.
Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma Böyük Ermənistan xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.
Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.
İsa Həbibbəyli, AMEA -nın prezidenti, akademik
Gövhər Baxşəliyeva, AMEA-nın vitse-prezidenti, akademik
İsmayıl Hacıyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik
Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik
Nərgiz Axundova, akademik
Ərtegin Salamzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü
Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü
Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü
Cəfər Qiyasi, AMEA-nın müxbir üzvü
Kərim Şükürov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor
İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor
Fərhad Quliyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent
Kübra Əliyeva, sənətşünaslıq doktoru, professor
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor
Əliağa Məmmədli, antropologiya elmləri doktoru, professor
Allahverdi Əlimirzəyev, tarix elmləri doktoru, dosent
Ramil Ağayev, tarix elmləri doktoru, dosent
Rahibə Əliyeva, memarlıq doktoru
Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru, dosent
Təvəkkül Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent
Taleh Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent
Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Ellada Bəkirova, tarix üzrə fəlsəfə doktoru, dosent
Vaqif Əsədov, tarix üzrə fəlsəfə doktoru, dosent
Ülviyyə Hacıyeva, tarix üzrə fəlsəfə doktoru
Gülanə Əliyeva, tarix üzrə fəlsəfə doktoru".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştrak edib.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi olub.Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş...
18 Sentyabr 2026, 21:57
Əməkdar artist vəfat etdi
Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.O bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub....
18 Sentyabr 2026, 20:41
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşıb. "Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik", - deyə A.Ələkbərov qeyd edib.
18 Sentyabr 2026, 20:05
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.Citypost.azv, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, türk dövlətlərinin bəstəkarlar ittifaqının rəhbər şəxsləri, mədəni-ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.Konsert proqramında Fuad İbrahimovun baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.Proqramda Azərbaycanın görkəmli bəstəkarları ilə yanaşı, türk dövlətlərinin tanınmış musiqiçilərinin əsərlərindən parçalar səsləndirilib.XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək....
18 Sentyabr 2026, 19:08
Fəxri Xiyabandakı məşhur cütlük – Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi…
Dahi bəstəkar Üzeyir Hacıbəyli 1910-cu ildə Məleykə Terequlova ilə ailə həyatı qurub.Üzeyir bəyin həyat oldaşı Məleykə Terequlovanın adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar.1910-cu ildә Üzeyir bəyə әrә gedib vә Bakıya köçüb. Üzeyir bəylə nikaha girəndən sonra Məleykə xanım Hacıbəyova soyadını qəbul edib.Evləndikdən sonra Məleykə xanımın sağlamlığında yaşanan müəyyən problemlərə – qadın xəstəliyinə görə onların uşaqları olmayıb. Bu xəstəliyə görə o, hətta uzun müddət...
18 Sentyabr 2026, 18:24
“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək...
18 Sentyabr 2026, 18:16