Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
Cəmiyyət 19 Sentyabr 2026, 09:20
288
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 64 min 300 ton duz istehsal edilib.
Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % çoxdur.
Təkcə avqustda isə ölkədə 4 min 643 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 35 % azdır.
Həmçinin oxuyun
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 22,3 min ton hazır məhsul ehtiyatı olub
2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib....
19 Sentyabr 2026, 10:00
Kəlbəcərin Zallar kəndində su və kanalizasiya tikintisinə başlanılır
Kəlbəcər rayonunun Zallar kəndində xarici su təchizatı və tullantı su infrastrukturunun yaradılması üzrə işlərə başlanılır.Citypost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Zallar kəndində müvafiq işlərin görülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.Müvafiq işlərin icrası “İnvestAZ” MMC-yə həvalə olunub və bununla bağlı qurumla şirkət arasında müqavilə imzalanıb.Müqaviləyə əsasən, işlərin həyata keçirilməsi üçün “İnvestAZ” MMC-yə 3,997 milyon manat ödəniləcək.Layihə çərçivəsində Zallar kəndinin xarici su təchizatı sisteminin, tullantı su şəbəkəsinin və müvafiq qurğuların tikintisinin həyata keçirilməsi nəzərdə tutulur....
19 Sentyabr 2026, 09:43
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər aparılacaq.Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq."Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub....
19 Sentyabr 2026, 08:25
Gəncəsər monastırı ilə bağlı Ermənistana AMEA-dan SƏRT CAVAB
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.Citypost.az bəyanatı təqdim edir:"Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri...
18 Sentyabr 2026, 22:08
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştrak edib.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi olub.Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş...
18 Sentyabr 2026, 21:57
Əməkdar artist vəfat etdi
Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.O bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub....
18 Sentyabr 2026, 20:41