Ombudsman: “Erməni əsilli məhkumlara ayrı-seçkilik edilmir”
Cəmiyyət 19 Sentyabr 2026, 12:57
277
Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrum edilən bəzi erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bu barədə Citypost.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq, məhkəmə prosesləri zamanı, həm də məhkum olunduqdan sonra cəzaçəkmə müəssisəsində görüşlər keçirilib, onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri davamlı monitorinq edilib.
Qeyd olunub ki, monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib. Başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən Ruben Vardanyana hüquqları ana dillərində izah olunub, səhhətləri Milli Preventiv Qrupun həkim üzvü tərəfindən yoxlanılıb, onların istəklərinə uyğun olaraq müxtəlif nəşrlər, qanunvericilik aktları və bədii ədəbiyyat kitabları təqdim edilib.
Məlumata görə, məhkumların Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət etmək imkanları var və daxil olan müraciətlərə qanunvericiliyə uyğun şəkildə baxılıb.
Ombudsman Aparatı qeyd edib ki, həmin şəxslərin saxlanıldığı müəssisələrdə şərait müasir standartlara cavab verir, onlara münasibətdə ayrı-seçkiliyə yol verilmir. Onların idmanla məşğul olmaq, gəzinti və asudə vaxtlarının təşkili, informasiya əldə etmək, ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq hüquqları təmin olunur.
Həmçinin oxuyun
Bildirilib ki, cəzaçəkmə müəssisələrinə köçürüldükləri zaman hesablarında vəsait olmasa da, ailə üzvləri ilə telefon danışıqları və digər imkanlar məhdudlaşdırılmayıb.
Həmçinin qeyd olunub ki, məhkumların notariat və tibbi xidmətlərlə bağlı müraciətləri də qanunvericiliyə uyğun təmin edilib. Son olaraq Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciətinin icra olunduğu və bu prosesin Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən yerində müşahidə edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, həmin şəxslərin əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqları, eləcə də özləri və vəkilləri tərəfindən dövlət qurumlarına edilən müraciətləri təmin olunub.
Ombudsman Aparatı monitorinq və başçəkmələrin nəticəsinə əsasən bildirib ki, məhkəmə tərəfindən ağır cinayətlər törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən şəxslərin hüquqları hər hansı ayrı-seçkiliyə yol verilmədən təmin edilir.
Qeyd edilib ki, internet saytlarında həmin şəxslərin adından yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir və qərəzli siyasi məqsədlərə xidmət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda sabah hava necə olacaq? – PROQNOZ
Bakıda və Abşeron yarımadasında gözlənilən havaCitypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-22° isti,...
19 Sentyabr 2026, 12:36
Paşinyanın mükafatı və etirafı
Bəzən bir siyasi çıxışda deyilən bir neçə söz uzun illər davam edən mübahisələrdən daha çox diqqət çəkir. Nikol Paşinyanın 2026-cı il Zayed Human Fraternity Award mərasimindəki çıxışı da belə məqamlardan biridir. Azərbaycan və Ermənistan arasında sülh prosesinə görə verilən mükafatın təqdim olunduğu mərasimdə Paşinyanla yanaşı İlham Əliyevin də eyni mükafata layiq görülməsi diqqət çəkdi. Daha diqqətçəkən məqam isə Ermənistan baş nazirinin çıxışında Azərbaycan Prezidentinin rolunu ayrıca qeyd etməsi oldu.Zayed Human Fraternity Award 2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişi prosesinə verilib. Mükafatın təqdimatı fevralın 4-də Abu-Dabidə keçirilib. Mükafat komitəsi bu seçimi iki ölkə arasında sülh, dialoq, münasibətlərin normallaşdırılması və...
19 Sentyabr 2026, 12:01
Odur ki, yaltağa heç vaxt inanmayacaqsan!
17 fevral 1959-cu ildə Türkiyənin Baş naziri Adnan Menderesin olduğu təyyarə Londonda qəzaya uğrayır.Təyyarədə olan 21 nəfərdən cəmi 7 nəfər, o cümlədən Menderes sağ qalır. Menderes ölkədə coşğu ilə qarşılanır.Birdən kütlə arasında bir əlində bıçaq, digər əlində isə bir uşaq tutmuş adam gözə görünür və kütləni yara-yara Menderesə tərəf gəlir. Menderesə çatanda kişi uşağı yerə uzadar, bıçağı onun boğazına dayayıb “Səni Allah bizə qaytardı, icazə ver mən də oğlumu sənin yolunda qurban kəsim” deyir.Menderes və digərləri çaşqınlıq və qanı donmuş vəziyyətdə kişiyə baxır. Müdaxilədən sonra uşağı və kişini ərazidən uzaqlaşdırırlar.Bu hadisədən düz 18 ay sonra, 17 sentyabr 1961-ci il.Adnan Menderes...
19 Sentyabr 2026, 11:54
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.Citypost.az Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival sentyabrın 30-dək davam edəcək. Bu çərçivədə müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub....
19 Sentyabr 2026, 10:28
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib....
19 Sentyabr 2026, 10:00
Kəlbəcərin Zallar kəndində su və kanalizasiya tikintisinə başlanılır
Kəlbəcər rayonunun Zallar kəndində xarici su təchizatı və tullantı su infrastrukturunun yaradılması üzrə işlərə başlanılır.Citypost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Zallar kəndində müvafiq işlərin görülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.Müvafiq işlərin icrası “İnvestAZ” MMC-yə həvalə olunub və bununla bağlı qurumla şirkət arasında müqavilə imzalanıb.Müqaviləyə əsasən, işlərin həyata keçirilməsi üçün “İnvestAZ” MMC-yə 3,997 milyon manat ödəniləcək.Layihə çərçivəsində Zallar kəndinin xarici su təchizatı sisteminin, tullantı su şəbəkəsinin və müvafiq qurğuların tikintisinin həyata keçirilməsi nəzərdə tutulur....
19 Sentyabr 2026, 09:43