Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib
İdman 18 Sentyabr 2026, 18:35
171
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.
Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış "AzerFit" layihəsinin icrası ilə maraqlanıb.
Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib. Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib.
İştirakçılar "AzerFit" çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Həmçinin oxuyun
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra gündəliyə əsasən, legionerlərlə bağlı məsələlər, "AzerFit" layihəsinin icrası, "Safeguarding", UGİM-lərin yeni fəaliyyət modeli və "İdman veteranları" ictimai birliyinin fəaliyyəti müzakirə olunub. Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, "Yarışların keçirilmə qaydaları"nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, "İdman səfirləri" və "SportExpo" barədə təqdimatlar edilib.
Tədbirdə həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Bu gün Azərbaycan Kubokunda 2026/27-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.Qeyd edək ki, Azərbaycan Kubokunda I...
18 Sentyabr 2026, 14:03
Azərbaycan U-18 millisi seleksiya məqsədilə təlim-məşq toplanışı keçirəcək
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.Bu barədə Citypost.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.Toplanış çərçivəsində gənc futbolçuların hazırlıq səviyyəsi və potensialı dəyərləndiriləcək.
17 Sentyabr 2026, 19:12
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri keçiriləcək
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.Turnir oktyabrın 10-11-də Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
17 Sentyabr 2026, 18:37
"Trabzonspor" yeni baş məşqçisini açıqlayıb
Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi məlumat yayıb.Superliqa klubu alman mütəxəssis Tomas Raysla anlaşdığını bəyan edib. O, bu postda Fatih Tekkeni əvəzləyib.Xatırladaq ki, "Trabzonspor" Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.
17 Sentyabr 2026, 17:00
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Azərbaycan futbol tarixində ilk dəfə ölkə Kubokunun final oyunu Gəncə şəhərində keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında məlumat verib.Onun sözlərinə görə, Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması 12 may 2027-ci ildə keçiriləcək....
17 Sentyabr 2026, 15:34
"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqlayıb
"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb."Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb.Xatırladaq ki, "Qəbələ" Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.
17 Sentyabr 2026, 08:13