Bizə yazın

Baku

-°C

USD

-

Ağdərədə gənc oğlanı "tok" vuraraq öldürüb

Hadisə 19 Sentyabr 2026, 13:20

315

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Citypost.az xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb....

19 Sentyabr 2026, 11:05

Qaxda ağır yol qəzasında dörd nəfər yaralanıb

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az  xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

19 Sentyabr 2026, 08:50

Yevlaxda ağır qəza: Sürücü avtomobildə sıxılmış vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Kamaz" markalı yük avtomobili, "Renault” markalı avtomobildaşıyan və "Hyundai" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və "Kamaz" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü,...

18 Sentyabr 2026, 21:24

Qubada yol qəzasında 5 nəfər xəsarət alıb 

Quba ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 18.09.2026-cı il tarixində saat 15:30 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentlərin vəziyyətləri orta ağır qiymətləndirilir.

18 Sentyabr 2026, 18:20

Bakıda 13 yaşlı qız hamilə qaldı – 18 yaşlı oğlan HƏBS EDİLDİ

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.Citypost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib.Yetkinlik yaşına çatmayan qız hamiləliyin 6-cı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə, 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə cinayət işi açılıb.Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar tanış olaraq münasibət qurublar.Faktla bağlı toplanmış materiallar əsasında C.Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri-14 yaşına çatmamış...

18 Sentyabr 2026, 11:39

Lənkəranda 16 yaşlı gənci döyən şəxs saxlanıldı

Lənkəranda gənclər arasında baş verən dava bir nəfərin ağır xəsarət alaraq komaya düşməsi ilə nəticələnib.“Report”un Cənub bürosunun məlumatına görə, hadisə ötən axşam Kərgəlan kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.Ağır xəsarət alan E.İbadov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkən süni tənəffüs aparatına qoşulub.Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma davam etdirilir....

18 Sentyabr 2026, 09:14