Bizə yazın

Baku

-°C

USD

-

Minlərlə azyaşlı uşaq ABŞ-dan qovulub

Dünya 14 İyul 2025, 17:33

4538

İndependent xəbər verir ki, Birləşmiş Ştatlar 2025-ci ilin aprelində 35 il ərzində rekord sayda azyaşlı uşaqları deportasiya edib.

CityPost.az  xəbər verir   ki,Transactional Records Access Clearinghouse-a (TRAC) görə, aprel ayında immiqrasiya hakimləri 11 yaşdan kiçik ən çox uşaq - 8,317 uşağı deportasiya etmək qərarına gəldilər.

Yanvar ayında ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bu yana hakimlər 53 mindən çox azyaşlı miqrantın deportasiyasına qərar verib.

"Deportasiya edilən uşaqların bəziləri ABŞ-da qanuni qəyyumları olmayan, qeydiyyata alınmamış yetkinlik yaşına çatmayanlardır. Dəqiq sayı məlum deyil, çünki immiqrasiya orqanları illər əvvəl uçot aparmağı dayandırmışdılar", - nəşr qeyd edir.

Bundan əvvəl Tramp ABŞ-dan Afrika ölkələrinə deportasiya edilən miqrantları qəbul etməyi təklif etmişdi. Liberiya, Seneqal, Mavritaniya, Qabon və Qvineya-Bisau liderləri iqtisadi və təhlükəsizlik sammiti üçün Ağ Evə gəlməmişdən əvvəl Dövlət Departamenti Tramp administrasiyasının təcavüzkar deportasiya kampaniyası ilə onun xarici siyasətinin üst-üstə düşdüyünü vurğulayaraq, hər bir ölkəyə miqrantları qəbul etmək üçün sorğular göndərib.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb 

İsrailin Livanın cənubundakı Sidon bölgəsindəki Adlun şəhərinə endirdiyi hava zərbləri zamanı evin uçması nəticəsində dağıntıların altında qalan 1 ailədən olan 9 suriyalı qaçqın, o cümlədən 6 uşaq həlak olub.Bu barədə Livanın rəsmi xəbər agentliyi olan NNA məlumat yayıb.Bildirilib ki, İsrailə məxsus təyyarələr Adlun şəhərində mülki əhalinin yaşadığı evi hədəfə alıb.Livanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il martın 2-dən indiyədək İsrailin hücumları nəticəsində bu ölkədə 3371 nəfər ölüb....

31 May 2026, 09:21

Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlar yavaş templə gedir. Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib."Biz istədiyimizə ləng nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu, uzun müddət çəkir", - Tramp qeyd edib.O, həmçinin bildirib ki, mümkün razılaşma üzrə danışıqlar zamanı Tehran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılıq verib."Onlar əvvəlcə nüvə silahı hazırlamayacaqlarını dedilər. Mən soruşdum ki, nüvə silahı alsanız necə olar?'", - o deyib.Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir. "Bu,...

31 May 2026, 08:14

İş adamı Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib 

Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb.Citypost.az xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir. Bundan əlavə, məhkəmə xərclərinin də cavabdeh tərəfindən ödənilməsi tələb olunur.Qeyd olunur ki, Karapetyan bundan əvvəl də...

30 May 2026, 15:13

Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib 

“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.CityPost.az  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib."Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib....

29 May 2026, 22:19

Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər

Avropa İttifaqı (Aİ) istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur, lakin o, bunu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin maliyyəsi hesabına etməməlidir."Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib."Daha bir böyük sual var: Avropa İttifaqı istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur. Lakin Ermənistan bunu Aİİ ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir, o, bunu öz hesabına etməlidir", - D.Peskov bildirib.Onun sözlərinə görə, Ermənistan Aİ ilə yaxınlaşdıqca gec-tez onun qəbul etdiyi normaların Aİİ-nin norma və qaydaları ilə ziddiyyət təşkil edəcəyi bir vəziyyətə düşəcək....

29 May 2026, 18:00

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

Türkiyədə Şengen viza sistemindən narazılıq artır.AZƏRTAC xəbər verir ki, Şengen vizası üçün sənədləri təqdim etmək və qısa müsahibədən keçmək üçün viza mərkəzlərinə və ya konsulluqlara məcburi şəkildə şəxsən gəlmək — randevu təyin etmək ciddi problemə çevrilib.Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) prezidenti Firuz Bağlıkaya jurnalistlərin diqqətini vətəndaşların Şengen vizası üçün müraciət edərkən üzləşdiyi çətinliklərə yönəldib.Onun sözlərinə görə, randevuya yazılış sistemi gecə yarısı, bayram günləri səhərlər və ya bazar günləri açılır. “Bütün yerlər proqram təminatı - botlar vasitəsilə tez bir zamanda bölüşdürülür. Daha sonra yerlər “qara bazar”da 300, 500 və ya hətta təcili hallarda 1000 avroya satılır”, - deyə o bildirib.TÜRSAB rəhbəri...

29 May 2026, 17:34