Siyarto: Avropa İttifaqının sanksiya siyasəti böyük uğursuzluqdur
Dünya 16 Mart 2026, 17:54
138
Macarıstan Budapeştin "neft blokadası" altında olduğu müddətdə (red. - "Drujba" neft kəmərinin işinin dayandırılması səbəbindən) Avropa İttifaqının Ukrayna üçün 90 milyard avro məbləğində kredit ayırmasına razılıq verməyəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.
"Avropa İttifaqının sanksiya siyasəti böyük uğursuzluqdur", - o əlavə edib.
Qeyd edək ki, söhbət Aİ-nin Ukraynaya 2026-2027-ci illərdə ayıracağı 90 milyard avro məbləğində kreditdən gedir.
Həmçinin oxuyun
O, Macarıstanın Aİ-dən çıxmaq və ya ittifaqı dağıtmaq planlarını qəti şəkildə rədd edib. "Biz Avropa İttifaqının yenidən güclü olmasının tərəfdarıyıq. Hazırda Aİ-nin zəifləməsini müşahidə edirik. Brüssel son illərdə Avropa İttifaqını çox güclü şəkildə zəiflədib. Brüsseldə ifrat liberalizmdən vətənpərvərliyə doğru böyük siyasi dəyişiklik baş verməlidir. Lakin hazırda Aİ zəifdir, həm dünya siyasətində, həm də iqtisadiyyatda əhəmiyyətini itirir", - XİN başçısı qeyd edib.
Yaxın Şərqdəki gərginlikdən danışan nazir qeyd edib ki, İran və Fars körfəzi bölgəsindəki müharibə qlobal neft tədarükü bazarı üçün böyük problem yaradır. "Buna görə də düşünürəm ki, ən yaxşı addımı amerikalılar Rusiyadan neft tədarükünə sanksiyaları aradan qaldırmaqla atıb. Çünki bu məsələyə Avropa nöqteyi-nəzərindən baxsaq, neftin iki əsas mənbəyi - ərəb dünyası və Rusiya Avropa üçün bloklanmış vəziyyətdədir. Bu isə o deməkdir ki, Avropa böyük itkilər verəcək və ağır iqtisadi problemlərlə üzləşəcək", - Siyarto vurğulayıb.
Nazir əlavə edib ki, Brüssel Yaxın Şərqdəki vəziyyətə təsir edə bilməz, lakin Rusiya neftini Aİ bazarına qaytara bilər. "Bu isə qiymət artımının qarşısını ala bilər", - Siyarto söyləyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünyada bunkerlərə tələbat artıb
Yaxın Şərqdə baş verən proseslər fonunda dünyanın bir sıra ölkələrində bunker tikintisi üçün müraciət edənlərin sayının artdığı bildirilir. Xüsusilə nüvə elektrik stansiyalarının yaxınlığında yaşayanların belə sığınacaqlara maraq göstərdikləri deyilir.AZƏRTAC Fransanın “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Atlas Survival Shelters” şirkətinə bunkerlərin quraşdırılması ilə bağlı dünyanın müxtəlif ölkələrindən zənglər daxil olub. Şirkətin rəhbəri bildirib: “Bu tip məhsullara tələbat hazırda ən yüksək səviyyədədir, əvvəllər belə halla rastlaşmamışam”.Oxşar vəziyyət Fransada bunker tikintisi üzrə ixtisaslaşmış “France Bunker” şirkətində də müşahidə olunur. Şirkətin rəhbəri Patris Russel deyib ki, onların saytında bir gün ərzində “iki ay yarımlıq konsultasiya ziyarəti” qeydə...
16 Mart 2026, 17:23
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
16 Mart 2026, 16:45
Mustafa Çiftçi: İrandan qaçqın axını müşahidə olunmur
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İranla sərhəddə maksimum təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.AZƏRTAC xəbər verir ki, türkiyəli nazir jurnalistlərə açıqlamasında İran ətrafında gərginliyin artmasından bəri Türkiyə sərhədlərinə qaçqın axınının olmadığını bildirib.“Əksinə, piyada sərhəd keçidlərinin dayandırılması fonunda sərhəd keçidlərinin sayı dörddəbir azalıb. Eyni zamanda, fevral ayının sonunda Türkiyədə olan İran vətəndaşları aktiv şəkildə vətənə qayıdırlar”, - deyə Çiftçi qeyd edib.Onun sözlərinə görə, son həftələrdə Türkiyəni tərk edən İran vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur....
16 Mart 2026, 14:55
İsrail Tehran, Şiraz və Təbrizə silsilə zərbələr endirib
İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələri İranın Tehran, Şiraz və Təbriz şəhərlərinə silsilə avizərbələr endirib.Bu barədə ordunun mətbuat xidmətindən bildirilib.Hərbçilərin məlumatına görə, zərbələr müxtəlif infrastruktur obyektlərinə endirilir.
16 Mart 2026, 14:33
İsrailin Livandakı hücumları nəticəsində 3 nəfər həlak olub
İsrail hərbi təyyarələri Livanın cənubundakı Kfar Sir şəhərində bir evi hədəfə alıb, nəticədə bir nəfər ölüb. Təcili yardım maşını gəldikdən sonra hərbi təyyarələr evi yenidən bombalayıb, iki təcili yardım işçisi ölüb, daha bir nəfər yaralanıb. Citypost.az-ın məlumatına görə , bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.Livan Hizbullahı Kfar Yuval yaşayış məntəqəsi yaxınlığındakı İsrail ordusu əsgərlərinin toplanma məntəqəsini raket atəşinə tutduğunu açıqladı.Əli...
16 Mart 2026, 12:47
İsrail Xameneini daşıyan təyyarəni vurduğunu bildirir
İsrail ordusu martın 16-da İranın öldürülmüş ruhani lideri Əli Xameneinin təyyarəsini vurduğunu açıqladı.Citypost.az "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun Telegram-dakı açıqlamasında bildirilir.Xüsusilə, "dəqiq zərbə" nəticəsində Xameneinin paytaxt Tehranın Mehrabad hava limanındakı təyyarəsinin məhv edildiyi qeyd olunur. İsrail tərəfinin məlumatına görə, təyyarədən həm Əli Xamenei, həm də digər yüksək vəzifəli şəxslər istifadə ediblər.Yeganə
16 Mart 2026, 12:42