Milli Məclisin iclası başlayıb
Cəmiyyət 01 May 2026, 11:01
403
Milli Məclisin növbəti iclası başlayıb.
Citypost.az xəbər verir ki,iclasın gündəliyinə 8 məsələ daxil edilib.
1. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Həmçinin oxuyun
5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb
Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının TAM MƏTNİ:Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri...
01 May 2026, 12:05
Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....
01 May 2026, 11:53
Dava edən cütlüklərin münasibəti daha uzunömürlü olurmu?
Cəmiyyətdə geniş yayılmış fikrə görə xoşbəxt münasibətdə mübahisə olmamalıdır. Halbuki mütəxəssislər bunun əksini deyir: problem mübahisə etmək deyil, susmaqdır. Ümumiyyətlə, münaqişə həlli bacarığı olan cütlüklər münasibətlərini daha sağlam şəkildə davam etdirə bilirlər.Citypost.az-ın məlumatıma görə, münasibətlərdə fikir ayrılıqları qaçılmazdır. Əsas məsələ bu fərqliliklərin necə idarə olunmasıdır. Açıq və səmimi ünsiyyət tərəflərin bir-birini daha yaxşı anlamasına kömək edir. Əksinə, inciklikləri içində saxlamaq zamanla yığılır və münasibətdə məsafə yaradır.Psixoloji yanaşmaya görə, düzgün şəkildə aparılan mübahisələr emosional boşalmanı təmin edir, gərginliyi azaldır və tərəflər arasında anlaşmanı gücləndirir. Bu isə ünsiyyət keyfiyyətini artıraraq münasibətin davamlı olmasına müsbət təsir göstərir.Nəticə etibarilə, mübahisə etməyən deyil, mübahisəni düzgün...
01 May 2026, 11:48
Göygöldə qanunsuz tikili sökülüb
Göygöldə qanunsuz tikili sökülüb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....
01 May 2026, 11:24
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.Bu barədəCitypost.a-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı (2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib), Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu (2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb) direktor təyin edilib.Bundan başqa Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç (2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi...
01 May 2026, 11:17
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
"Bakı Marafonu 2026" ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə "Sea Breeze"-də finiş nəzərdə tutulub."Sürücülərdən və digər...
01 May 2026, 11:07