Bizə yazın

Baku

-°C

USD

-

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq 

Cəmiyyət 01 May 2026, 11:07

385

"Bakı Marafonu 2026" ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.

Bu barədə Citypost.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə "Sea Breeze"-də finiş nəzərdə tutulub.

"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı Limanında yeni körpü istifadəyə verilib

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.Bu nailiyyət Trans-Xəzər...

01 May 2026, 12:23

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.​Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının TAM MƏTNİ:Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri...

01 May 2026, 12:05

Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....

01 May 2026, 11:53

Dava edən cütlüklərin münasibəti daha uzunömürlü olurmu?  

Cəmiyyətdə geniş yayılmış fikrə görə xoşbəxt münasibətdə mübahisə olmamalıdır. Halbuki mütəxəssislər bunun əksini deyir: problem mübahisə etmək deyil, susmaqdır. Ümumiyyətlə, münaqişə həlli bacarığı olan cütlüklər münasibətlərini daha sağlam şəkildə davam etdirə bilirlər.Citypost.az-ın məlumatıma görə, münasibətlərdə fikir ayrılıqları qaçılmazdır. Əsas məsələ bu fərqliliklərin necə idarə olunmasıdır. Açıq və səmimi ünsiyyət tərəflərin bir-birini daha yaxşı anlamasına kömək edir. Əksinə, inciklikləri içində saxlamaq zamanla yığılır və münasibətdə məsafə yaradır.Psixoloji yanaşmaya görə, düzgün şəkildə aparılan mübahisələr emosional boşalmanı təmin edir, gərginliyi azaldır və tərəflər arasında anlaşmanı gücləndirir. Bu isə ünsiyyət keyfiyyətini artıraraq münasibətin davamlı olmasına müsbət təsir göstərir.Nəticə etibarilə, mübahisə etməyən deyil, mübahisəni düzgün...

01 May 2026, 11:48

Göygöldə qanunsuz tikili sökülüb 

Göygöldə qanunsuz tikili sökülüb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....

01 May 2026, 11:24

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.Bu barədəCitypost.a-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı (2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib), Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu (2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb) direktor təyin edilib.Bundan başqa Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç (2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi...

01 May 2026, 11:17