Bizə yazın

Baku

-°C

USD

-

Bakı Limanında yeni körpü istifadəyə verilib

Cəmiyyət 01 May 2026, 12:23

435

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.

ADY-dən Citypost.az-a verilən məlumata görə, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.

Bu nailiyyət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir. 7-ci körpünün istismara verilməsi həmçinin Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən hərəkətini təmin edərək marşrutun ümumi rəqabətqabiliyyətini artıracaq və Bakı Limanının bu dəhlizdə əsas qovşaq rolunu daha da gücləndirəcək.

İtaliya istehsalı olan müasir kranın istismara verilməsi nəticəsində isə limanın mövcud infrastrukturunun imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, əlavə xərclərə ehtiyac olmadan ötürücülük qabiliyyəti genişlənəcək və limanın əməliyyat imkanları keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Bu yanaşma yükaşırma proseslərinin optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına və terminalda dövriyyənin sürətlənməsinə imkan yaradacaq.

Kranın elektrik enerjisi ilə fəaliyyət göstərməsi 7-ci körpüdə həyata keçirilən əməliyyatların daha aşağı karbon izi ilə icrasına və enerji səmərəliliyinin yüksəldilməsinə imkan yaradaraq Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir.

Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha effektiv istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir.

Ümumilikdə 7-ci körpünün və yeni nəsil kranın istifadəyə verilməsi limanın əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc:"Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”

Gömrük Məcəlləsinə təklif edilən çoxsaylı dəyişikliklər ölkəmizin iqtisadi inkişafı, biznes mühitinin şəffaflığı və beynəlxalq ticarət sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc bildirib.Dövlət büdcəsinin formalaşmasında mühüm paya malik olan gömrük sisteminin rolu son illər  önəmli səviyyəyə çatıb. Müqayisəli yanaşsaq, cəmi 5 il əvvəl dövlət büdcəsinə gömrük daxilolmaları 3–3,5 milyard manat civarında olduğu halda, hazırda göstərici 6–7 milyard manata yaxınlaşıb.Regional kontekstdə baxsaq, Ermənistanda illik gömrük daxilolmaları xeyli aşağıdır, yəni 1–1,2 milyard ABŞ dolları, Gürcüstanda isə 2,5–3 milyard ABŞ dolları səviyyəsindədir. Eyni zamanda, Azərbaycanın xarici ticarət coğrafiyası da genişlənib: əgər bir neçə il əvvəl aktiv ticarət tərəfdaşlarının...

01 May 2026, 13:32

Zahid Oruc:"Üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır”…  

  Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını  aydın görürük.Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.    Zahid  Orucun sözlərinə görə,  1990-2000-ci illərdə yalnız  erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsi iddia edən avrübürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və “status-kvo” ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa  çalışırlar.      2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin...

01 May 2026, 13:31

İlham Əliyev Ədalət Fərəcovu "Əmək" ordeni ilə təltif etdi

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

01 May 2026, 12:50

Sabahın  hava proqnozu açıqlanıb.  

Mayın 2-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı,...

01 May 2026, 12:41

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.​Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının TAM MƏTNİ:Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri...

01 May 2026, 12:05

Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....

01 May 2026, 11:53