Ədalət Verdiyev: Onkologiya Mərkəzindəki hadisə ilə bağlı yayılan “qazi” iddiası həqiqəti əks etdirmir
Cəmiyyət 01 May 2026, 10:58
351
Hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədə paylaşımında Milli Onkologiya Mərkəzində baş vermiş insidentlə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, ekspert bildirib ki, onkoloji xəstə kimi qeydiyyatda olan, özünü və həkimi partladan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunması həqiqəti əks etdirmir. Ekspert qeyd edib ki, apardığı araşdırmaya əsasən, işğaldan azad edilən rayonlardan birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub, lakin səfərbərlik zamanı orduya çağırılmayıb. Onun sözlərinə görə, həmin şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir.
Ə. Verdiyev vurğulayıb ki, son illərdə xaricdə fəaliyyət göstərən bəzi media nümayəndələri neqativ hadisələr zamanı müharibə iştirakçılarının adını hallandırmaqla cəmiyyətdə gərginlik yaratmağa və bununla izləyici kütləsi toplamağa çalışırlar. O qeyd edib ki, bu cür yanaşma ilə guya müharibə iştirakçılarını müdafiə etdikləri göstərilsə də, əslində onların ictimaiyyətə mənfi imicdə təqdim olunmasına cəhd edilir.
Ekspert vətəndaşları yayılan bütün məlumatlara tənqidi yanaşmağa və yalnız etibarlı mənbələrə istinad etməyə çağırıb.
Həmçinin oxuyun
Sonda o əlavə edib ki, baş vermiş hadisə xoşagəlməzdir və ümid edir ki, hüquq-mühafizə orqanları məsələni ətraflı araşdıraraq səbəb və nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat verəcək.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı Limanında yeni körpü istifadəyə verilib
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.Bu nailiyyət Trans-Xəzər...
01 May 2026, 12:23
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb
Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.Citypost.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının TAM MƏTNİ:Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri...
01 May 2026, 12:05
Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər....
01 May 2026, 11:53
Dava edən cütlüklərin münasibəti daha uzunömürlü olurmu?
Cəmiyyətdə geniş yayılmış fikrə görə xoşbəxt münasibətdə mübahisə olmamalıdır. Halbuki mütəxəssislər bunun əksini deyir: problem mübahisə etmək deyil, susmaqdır. Ümumiyyətlə, münaqişə həlli bacarığı olan cütlüklər münasibətlərini daha sağlam şəkildə davam etdirə bilirlər.Citypost.az-ın məlumatıma görə, münasibətlərdə fikir ayrılıqları qaçılmazdır. Əsas məsələ bu fərqliliklərin necə idarə olunmasıdır. Açıq və səmimi ünsiyyət tərəflərin bir-birini daha yaxşı anlamasına kömək edir. Əksinə, inciklikləri içində saxlamaq zamanla yığılır və münasibətdə məsafə yaradır.Psixoloji yanaşmaya görə, düzgün şəkildə aparılan mübahisələr emosional boşalmanı təmin edir, gərginliyi azaldır və tərəflər arasında anlaşmanı gücləndirir. Bu isə ünsiyyət keyfiyyətini artıraraq münasibətin davamlı olmasına müsbət təsir göstərir.Nəticə etibarilə, mübahisə etməyən deyil, mübahisəni düzgün...
01 May 2026, 11:48
Göygöldə qanunsuz tikili sökülüb
Göygöldə qanunsuz tikili sökülüb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....
01 May 2026, 11:24
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.Bu barədəCitypost.a-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı (2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib), Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu (2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb) direktor təyin edilib.Bundan başqa Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç (2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi...
01 May 2026, 11:17