Ad-soyadı dəyişmək borcu silirmi? – Hüquqi açıqlama
Hüquq 01 May 2026, 11:39
303
Azərbaycan qanunvericiliyinə görə, şəxs öz adını və soyadını dəyişmək hüququna malikdir. Lakin bu dəyişiklik əvvəlki hüquq və öhdəliklərə xitam vermir. Yəni adınızı dəyişdirməyiniz sizin mövcud borclarınızı aradan qaldırmır.
Citypost.az-ın məlumatına görə, hüquqşünasların bildirdiyinə əsasən, bank qarşısında yaranmış kredit öhdəliyi müqavilə öhdəliyi sayılır və bu öhdəlik şəxsin kimliyi ilə bağlıdır, adı ilə yox. Buna görə də ad və ya soyad dəyişdirilsə belə, borc qüvvədə qalır.
Bundan əlavə, şəxs adını dəyişdirdikdə bu barədə kreditorlara, o cümlədən bank-a məlumat verməlidir. Əks halda, əlavə hüquqi problemlər yarana bilər.
Həmçinin oxuyun
Nəticə olaraq, ad-soyad dəyişikliyi borcdan yayınmaq üçün hüquqi əsas sayılmır və öhdəliklər olduğu kimi qüvvədə qalır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məişət zorakılığından necə qorunmaq olar?
Son dövrlər məişət zorakılığı halları, xüsusilə də ailədaxili zorakılıq faktları cəmiyyətdə ciddi narahatlıq doğurur. Qanunvericilik isə bu kimi hallardan qorunmaq üçün vətəndaşlara konkret hüquqlar təqdim edir.Citypost.az-ın məlumatıma görə, mütəxəssislərin bildirdiyinə görə, məişət zorakılığına məruz qalan şəxslər müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edərək mühafizə orderi ala bilərlər. Bu orderlər iki növ olur: qısamüddətli və uzunmüddətli.Qısamüddətli mühafizə orderi təcili hallarda verilir və zərərçəkmiş şəxsin dərhal qorunmasını təmin edir. Uzunmüddətli mühafizə orderi isə məhkəmə qərarı ilə tətbiq olunur və daha geniş müddət ərzində zorakılıq törədən şəxsin zərərçəkmişə yaxınlaşmasını, əlaqə saxlamasını və digər təmaslarını məhdudlaşdırır.Bu hüquqi mexanizmlər zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin...
01 May 2026, 09:40
Artıq ödənilmiş əmək pensiyası necə geri alınır?
Bəzi hallarda əmək pensiyasını təyin edən orqanın texniki və ya hesablamadakı səhvi nəticəsində vətəndaşa normadan artıq məbləğdə pensiya ödənilə bilər. Belə vəziyyətlərdə artıq ödənilmiş vəsaitin geri qaytarılması məsələsi qanunvericiliklə tənzimlənir.Citypost.az-ın məlumatına görə , qaydalara əsasən, əgər vətəndaş artıq ödənişin tutulmasına razılıq verərsə, bu zaman pensiyanı təyin edən orqanın qərarı ilə həmin məbləğ mərhələli şəkildə geri alına bilər.Yəni vətəndaşın razılığı olduqda proses daha sadə qaydada həll edilir.Əgər vətəndaş bu məbləğin tutulmasına razı olmazsa, bu halda məsələ məhkəmə qaydasında həll olunur və artıq ödənilmiş vəsaitin geri qaytarılması məhkəmə qərarı ilə həyata keçirilir.Lakin burada mühüm bir məqam var: qanunvericiliyə əsasən, vətəndaşdan yalnız son...
30 Aprel 2026, 13:52
Zamin borcalan vəfat etdikdə məsuliyyət daşıyırmı?
Vətəndaşlar arasında tez-tez verilən suallardan biri də kredit götürən şəxsin vəfat etməsi halında borcun taleyi ilə bağlıdır. Xüsusilə maraq doğuran məsələ budur ki, belə vəziyyətdə zaminin öhdəliyi davam edirmi?Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, borcalanın vəfat etməsi kredit öhdəliyini avtomatik olaraq ləğv etmir. Əgər kredit müqaviləsində zamin nəzərdə tutulubsa, bu halda zaminin üzərinə götürdüyü məsuliyyət qüvvədə qalır. Yəni zamin, müqavilə ilə qəbul etdiyi öhdəliyə uyğun olaraq borcun ödənilməsini təmin etməlidir.Bununla yanaşı, qanunvericilikdə başqa bir mühüm məqam da var. Borcalanın vəfatından sonra onun əmlakı və öhdəlikləri vərəsələrə keçir. Əgər vərəsələr mirası qəbul edərlərsə, onlar da borcun ödənilməsinə görə məsuliyyət daşıyırlar....
30 Aprel 2026, 10:50
Münasibətlərin pozulmasından sonra hədiyyə və xərclərin qaytarılması
Son dövrlərdə vətəndaşların tez-tez müraciət etdiyi məsələlərdən biri də münasibətlərin və ya nişan dövrünün pozulmasından sonra tərəflər arasında verilmiş hədiyyələrin və çəkilmiş xərclərin geri tələb olunmasıdır.Citypost.az-ın məlumatına görə, hüquqşünasların izahına görə, sevgili və ya nişanlılıq dövründə tərəflər bir-birinə telefon, bahalı hədiyyələr, hətta bəzi hallarda avtomobil və ya digər maddi dəyərə malik əşyalar verə bilirlər. Münasibət bitdikdən sonra isə həmin şəxslər bu əşyaların və ya xərclərin geri qaytarılması üçün iddia qaldırmağa cəhd edirlər.Lakin bu məsələdə əsas məqam ondan ibarətdir ki, hər hədiyyə və ya xərclənmiş məbləğ avtomatik olaraq geri tələb oluna bilməz. Bunun üçün həmin əşyaların hədiyyə kimi verilmədiyini, borc və...
29 Aprel 2026, 11:27
Zamin borcu ödədikdən sonra nə edə bilər?
Zamin borcu ödədikdən sonra nə edə bilər?Citypost.az xəbər verir ki, zamin borcu ödədikdən sonra həmin məbləği əsas borclu şəxsdən geri tələb etmək hüququna malikdir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş regres (geri tələb) hüququdur.Bunun üçün zamin ödəməni şəxsən etdiyini və ya borcun icra orqanı tərəfindən məcburi qaydada ondan tutulduğunu sübut edən sənədlərlə məhkəməyə müraciət etməlidir. Müvafiq sübutlar təqdim edildikdən sonra zamin ödədiyi məbləğin əsas borcludan tutulmasını tələb edə bilər.Nəticə etibarilə, zaminin ödədiyi borc onun üzərində qalmır və qanuni qaydada həmin vəsaiti əsas borcludan geri almaq imkanı mövcuddur.Yusif...
28 Aprel 2026, 11:14
Xəyanət uşağın alınmasına səbəb olurmu?
Qadın və ya kişinin xəyanət etməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən uşağın valideyndən alınması üçün əsas hesab edilmir. Citypost.az-ın məlumatına görə, ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə halları konkret şəkildə göstərilib və bunlara əsasən əsas meyar uşağın mənafeyidir.Valideynlik hüququ yalnız o hallarda məhdudlaşdırıla və ya ləğv edilə bilər ki, valideyn uşağa qarşı zorakılıq göstərsin, onun tərbiyəsinə ciddi etinasızlıq etsin, uşağın sağlamlığı və təhlükəsizliyi üçün real risk yaratsın və ya ona zərər vursun. Yəni hüquqi yanaşmada əsas götürülən məqam ailə münasibətləri deyil, uşağın fiziki və psixoloji rifahıdır.Xəyanət isə hüquqi baxımdan nikahın pozulmasına səbəb ola bilən ailə daxili məsələdir, lakin valideynlik hüququ ilə birbaşa...
27 Aprel 2026, 12:14