Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Şahbaz Şərifə təbrik məktubu yazdı  

Siyasət 23 Mart 2026, 11:02

296

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib.

Citypost.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.

Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeganə Hacıyeva: Bu prosesdə əsas sual sifarişi verənin kimliyidir

Politoloq Yeganə Hacıyeva Prezidentin ailəsini şantaj edən şəxs  Fərid Salmanovla bağlı yayılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, politoloq qeyd edib ki,  Fərid Salmanov jurnalist fəaliyyəti ilə məşğul olub, vaxtilə “Ayna” və “Zerkalo” qəzetlərində çalışıb. Həmçinin qeyd edib ki, o, Azərbaycanda saxlanılmayıb.Yeganə Hacıyevanın sözlərinə görə, sadəlövhlük olardı düşünmək ki, Fərid və onun dəstəsi ilk şantaj cəhdinə məhz Azərbaycan Prezidentinin ailəsini hədəf almaqla başlayıb. Politoloq hesab edir ki, Prezident ailəsini şantaj edəcək qədər təhlükəli təşəbbüsə yalnız bu tip uzunmüddətli fəaliyyət, əvvəlki “uğurlu işlər”in yaratdığı təcrübə və arxayınlıq nəticəsində gedilə bilərdi.Politoloq vurğulayıb ki, videoda müşahidə olunan davranışlar həmin şəxsin situasiyanı anlayan, özünü...

23 Mart 2026, 10:24

Məhəmməd Əsədullazadə: ABŞ İranla bağlı planında dəyişiklik edib  

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İsrailin İran daxilində xüsusi əməliyyatlar həyata keçirdiyini iddia edib.Citypost.az xəbər verir ki, Politoloqun sözlərinə görə, müxtəlif paylaşımlarda SEPAH üzvləri və polis əməkdaşlarına qarşı sui-qəsd halları ilə bağlı məlumatlar yer alır. Ekspert hesab edir ki, Vaşinqton artıq İranla bağlı əvvəlki planında dəyişiklik edib və İran rejiminin devrilməsi istiqamətində hərəkətə keçib. NATO-nun ABŞ-yə hərbi dəstək verməsi də mümkün görünür. O, İranın mənzili 4 min kilometr olan ballistik raketlərdən istifadə ehtimalının Avropa ölkələrinin də Tehran rejiminə münasibətində dəyişiklik yaratdığını vurğulayıb.Siyasi ekspertin fikrincə, Türkiyə və Səudiyyə Ərəbistanı da SEPAH hakimiyyətinin tam şəkildə prezident...

23 Mart 2026, 09:03

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

20 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Telefon danışığı zamanı, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.Nazirlər...

20 Mart 2026, 13:48

Vüqar Rəhimzadə: Yeni əməkhaqqı modeli dünya təcrübəsinə uyğundur

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən   “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkə əhalisinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsas çağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli...

20 Mart 2026, 12:45

İlham Əliyev və Şahbaz Şərif arasında  telefon danışığı olub 

Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb....

20 Mart 2026, 12:05

Asif Nərimanlı: İran rejimi müharibədə gizli idarəetmə ilə ayaqda qalır

Politoloq Asif Nərimanlının fikrincə, İran rejiminin müharibə şəraitində davamlı qalmasının arxasında həm xüsusi idarəetmə mexanizmi, həm də öncədən hazırlanmış hərbi strategiya dayanır.Siyasi şərhçi bildirir ki, ölkədə ali dini lider sistemin görünən zirvəsi olsa da, əsas qərarların icrası və idarəetmənin davamlılığı “Beyt” adlanan qapalı mərkəz vasitəsilə təmin edilir. Onun qənaətinə görə, bu struktur rəhbər şəxslər aradan götürülsə belə, rejimin fəaliyyətini dayandırmadan davam etdirməsinə imkan verir. İranın müharibədə istinad etdiyi əsas yanaşmalardan biri də “mərkəzləşdirilməmiş mozaika müdafiəsi” taktikasıdır. Bu taktika çərçivəsində yüksək rütbəli komandirlər sıradan çıxarıldıqda, onları dərhal aşağı pillədəki şəxslər əvəz edir və yerli qüvvələr mərkəzdən əmr gözləmədən hərəkət edə bilir.Politoloqun...

20 Mart 2026, 09:28