Moskva Azərbaycana təşəkkür etdi
Dünya 01 Aprel 2026, 16:42
234
Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirib.
Citypost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, martın 27-də İran-Azərbaycan sərhədində - Astarada ikinci böyük tibbi ləvazimat partiyası təhvil verilib: dəmir yolu ilə 300 tondan çox medikament, Dağıstan Respublikası tərəfindən toplanan və karvanla çatdırılan təxminən 150 ton humanitar yardım çatdırılıb.
Həmçinin oxuyun
Zaxarova qeyd edib: “Biz Azərbaycan hakimiyyətinə göstərilən köməyə görə minnətdarıq”. (MODERN.AZ)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lukaşenko: Belarus müharibəyə hazırlaşır
Belarus müharibə istəmir, amma ona hazırdır.APA xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin kompleks yoxlamasının nəticələrinə həsr olunan iclasda çıxışında deyib."Sülh dövrü ola bilməz. Biz müharibəyə hazırlaşırıq. Biz müharibəyə tamamilə qarşıyıq, xüsusilə zabitlərimiz, əsgərlərimiz və silahlı qüvvələrimiz. Çünki biz müharibənin nə olduğunu bilirik və onu istəmirik, amma ordu məhz buna hazırdır. Əgər kimsə bizimlə silah nişangahından danışmaq və baxmaq istəsə, cavab verəcəyik. Biz buna hazırlaşırıq", - Belarus lideri vurğulayıb....
01 Aprel 2026, 17:49
Kazım Cəlali sülhə nail olmaq üçün Tehranın şərtlərini açıqlayıb
İran sülhə nail olmaq üçün ABŞ və İsrailə tələblərini açıqlayıb."Report" xəbər verir ki, bu barədə TASS İranın Rusiyadakı səfiri Kazım Cəlaliyə istinadən məlumat yayıb.Qeyd olunur ki, siyahı 4 bənddən ibarətdir: ABŞ və İsrailin təcavüzə son qoyması, münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün zəmanət verilməsi, maddi və mənəvi zərərin kompensasiyası, həmçinin İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət edilməsi.Cəlali həmçinin digər ölkələrin vasitəçilik səylərinə görə təşəkkür edib, lakin təhlükə aradan qaldırılana qədər münaqişəni davam etdirməyə hazır olduğunu bəyan edib."İran regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün istənilən konstruktiv və səmimi səyləri həmişə alqışlayıb. İran təhlükə mənbəyi tam aradan qaldırılana qədər özünümüdafiə...
01 Aprel 2026, 17:40
ABŞ və İsrail İranın polad sənayesinə zərbə endirib
ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.Citypost.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.İlkin qiymətləndirmələrə görə, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən "Mobarakeh Steel Company" polad şirkətinin istehsal bölmələrinə kütləvi hücumlar nəticəsində ciddi ziyan dəyib.Bundan başqa, "Sefid Dasht Steel" və "Khuzestan Steel" şirkətlərinə də zərbə endirilib. (Report)
01 Aprel 2026, 16:10
Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb
Bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq."Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü qeyd edib....
01 Aprel 2026, 14:08
Tramp Britaniya Baş nazirini sərt tənqid edib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə bir daha Böyük Britaniyanı tənqid edib.Citypost.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.ABŞ lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerdən şikayətlənib.“Sizin (Britaniyanın) heç donanmanız belə yoxdur. Sizinki çox köhnədir və təyyarədaşıyan gəmiləriniz isə işləmədi. Starmerə nə edəcəyini deməyəcəm. Nə istəyirsə edə bilər. Mənim üçün fərqi yoxdur. Onun istədiyi ancaq bahalı külək dəyirmanlarıdır. Hansılar ki, sizin enerji qiymətlərinizi tavana yüksəldir”, - Tramp bildirib. (APA)...
01 Aprel 2026, 13:28
Florida sahillərində turistlər Artemis 2 buraxılışını izləməyə hazırlaşır
Florida sahillərində turistlər Artemis 2 buraxılışını izləməyə hazırlaşırCitypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında turistlər NASA-nın planlaşdırılan Artemis 2 kosmik missiyasının buraxılışını izləmək üçün sahil bölgələrinə toplaşırlar.Məlumata görə, Cocoa Beach və Kanaveral burnu ətrafında yerləşən ərazilər buraxılışı izləmək üçün əsas nöqtələrdən birinə çevrilib. Yerli turistlər və ailələr bu hadisəni “tarixi an” kimi qiymətləndirirlər.NASA-nın uzun illərdən sonra həyata keçirməyə hazırlaşdığı missiya çərçivəsində üç amerikalı astronavt və bir kanadalının kosmosa göndərilməsi planlaşdırılır. Bu uçuşun Ay missiyaları tarixində yeni mərhələ kimi qiymətləndirildiyi bildirilir.Yerli proqnozlara görə, buraxılışı izləmək üçün yüz minlərlə insanın əraziyə gələcəyi gözlənilir. Turistlər isə bu nadir hadisənin şahidi...
01 Aprel 2026, 11:49