Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək
Cəmiyyət 01 Aprel 2026, 12:37
287
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Həmçinin oxuyun
Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, aprelin 17-i saat 10:00-da Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsidə Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
01 Aprel 2026, 13:45
Qəzalı məktəbdə tədris dayandırıldı
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.Bu barədə Citypost.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib."Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması...
01 Aprel 2026, 13:44
"Azərbaycan alüminiumu" ASC ləğv edilir - SƏRƏNCAM
"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək.Citxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb."Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək. Nazirlər Kabineti müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və...
01 Aprel 2026, 13:15
12 aptekdə nöqsanlar aşkarlanıb
2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb.Bu barədə Citypost.az-a AEM-dən məlumat verilib.Bildirilib ki, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub....
01 Aprel 2026, 12:42
Əli Əhmədova AĞIR itki
Milli Məclisin I vitse-prezidenti Əli Əhmədovun qayınanası rəhmətə gedib.Citypost.az xəbər verir ki, bu barədə parlamentdən bildirilib. Mərhum Sara Hüseynovanın ölüm səbəbi açıqlanmayıb. (Modern.az)Allah rəhmət eləsin.
01 Aprel 2026, 12:41
Ötən ay Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Mart ayı ərzində Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.Həmçinin vurğulanıb ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb....
01 Aprel 2026, 12:30