Bizə yazın

Baku

-°C

USD

-

Tural Bakuvi: İsrail bayrağı ilə bağlı iddialar və simvolların tarixi interpretasiyası

Maraqlı 01 Aprel 2026, 10:42

210

İsrail dövlət bayrağı ilə bağlı müxtəlif iddialar və onun tarixi barədə müzakirələr yenidən gündəmə gəlib.

 Citypost.az xəbər verir ki, bəstəkar və söz yazarı Tural Bakuvi bu barədə yazdığı açıqlamada bildirib ki, İsrail bayrağının yuxarı və aşağı hissəsindəki iki mavi zolağın Nil və Fərat çaylarını simvolizə etdiyi barədə iddialar antisemit təbliğat və müxtəlif narrativlərin təsiri nəticəsində formalaşıb.

O qeyd edib ki, bu iddianın mənbəyi kimi 1988-ci ildə Yasir Arafatın mətbuata verdiyi müsahibə göstərilir və sonradan bu fikir müxtəlif ərəb ölkələrində və bəzi siyasi dairələrdə geniş yayılıb.

Açıqlamada bildirilir ki, sionizmin ideoloji təşəbbüskarlarından biri sayılan Teodor Herzlın ilkin bayraq konsepsiyasında fərqli dizaynların müzakirə olunduğu, sonradan isə hazırkı variantın qəbul edildiyi qeyd olunur.

Tural Bakuvi vurğulayıb ki, mövcud dizaynda ağ fonun sülh və aydınlığı, iki mavi zolağın səma və dənizi, altı guşəli ulduzun isə Davudun qalxanı və tarixi simvolik anlamları ifadə etdiyi bildirilir.

O əlavə edib ki, müxtəlif dövrlərdə bayraqla bağlı fərqli interpretasiyalar irəli sürülsə də, bunların bir qismi siyasi və ideoloji məqsədlərlə əlaqələndirilir.

Sonda müəllif fikrini belə yekunlaşdırıb: “İsrail oğullarını yer üzünün daim xeyir-bərəkətli olan şərq tərəflərinə…”

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zəncirotu yarpaqları beynin qocalma prosesinə qarşı qoruyucu təsir göstərə bilər  

Yeni araşdırma göstərir ki, adi zəncirotu yarpaqları (dandelion) beynin yaşlanma ilə bağlı dəyişikliklərinə qarşı qoruyucu potensiala malik ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin araşdırmasına əsasən, bu bitkidə olan bioloji aktiv maddələr – polifenollar – həzm prosesi zamanı tam parçalanmır, əksinə bəzi mərhələlərdə daha da aktiv və bədən üçün əlçatan hala gələ bilər.Tədqiqatda bitkinin yarpaq, çiçək və kök hissələri müqayisə edilib. Nəticələrə görə, ən yüksək polifenol və flavonoid tərkibi yarpaqlarda müşahidə olunur. Bu maddələr antioksidant və iltihabəleyhinə təsiri ilə tanınır.Araşdırma həmçinin göstərir ki, zəncirotu tərkibli birləşmələr yaddaş və koqnitiv funksiyalar üçün vacib olan asetilxolin maddəsini parçalayan asetilxolinesteraza fermentinin fəaliyyətini azalda bilər....

31 Mart 2026, 17:45

Azərbaycan aviasiyası haqqında 5 maraqlı fakt  

Azərbaycan aviasiyasının tarixi XX əsrin əvvəllərinə dayanır və bir sıra maraqlı hadisələrlə yadda qalıb. Citypost.az  bu sahə ilə bağlı 5 mühüm fakt təqdim edir1. İlk təyyarə uçuşAzərbaycanda ilk təyyarə uçuşu 1910-cu ilin oktyabrında pilot Sergei Utoçkin tərəfindən “Farman 30” təyyarəsi ilə həyata keçirilib.Həmin dövrdə ilk beynəlxalq uçuş isə Gəncə–Tiflis marşrutu üzrə Aleksandr Vasilyev tərəfindən icra olunub.2. İlk hava limanlarıXX əsrin əvvəllərində Azərbaycanda aviasiya infrastrukturunun əsası qoyulub. İlk hava limanı 1910-cu ilin sonunda Bakıda, ikinci isə 1911-ci ilin əvvəllərində Yevlaxda yaradılıb.3. İlk hərbi aviasiya nümayəndələriAzərbaycan aviasiya tarixində Birinci Dünya müharibəsi dövründə xidmət etmiş hərbi təyyarəçilər də olub. Bu sahədə adı çəkilən...

26 Mart 2026, 12:24

İnsanlar niyə yeni rəng “kəşf edə” bilmir? – Maraqlı elmi izah  

İnsanların yeni rəng kəşf edə bilməməsi ilk baxışda qəribə görünə bilər. Lakin elmə görə, məsələ rənglərin mövcud olub-olmamasında deyil, onların beynimiz tərəfindən necə “yaradılmasındadır”.Citypost.az-ın məlumatına görə, rənglər əslində xarici dünyada müstəqil şəkildə mövcud deyil. Onları yaradan insan beynidir. Gözlərimiz isə yalnız işığı qəbul edir və bu siqnalları beyinə ötürür.İnsan gözündə üç əsas rəng reseptoru – konus hüceyrələri var:qırmızıya həssasyaşıla həssasmavi rəngə həssasBütün gördüyümüz rənglər bu üç siqnalın müxtəlif kombinasiyalarından yaranır. Məsələn:qırmızı + yaşıl = sarımavi + qırmızı = bənövşəyiYəni insan gözü sonsuz rəngləri ayrıca görmür, sadəcə bu üç əsas siqnalın müxtəlif qarışıqlarını qəbul edir. Rəngi yaradan isə beyindir.Bu səbəbdən insan...

26 Mart 2026, 12:12

Niyə ad və soyadla yanaşı ata adı da tələb olunur?  

İnsanların adları ilə birlikdə atasının adının qeyd olunması ənənəsi qədim dövrlərdən gəlir. Citypost.az xəbər verir ki, tarixi mənbələr göstərir ki, bəzi hallarda bu praktikanın kökləri Bizans İmperiyasına və ya daha da qədim zamanlara qədər uzanır. O dövrlərdə insanlar əsasən atasının adı ilə tanınır, bu vasitə ilə onların mənşəyi, sosial statusu və ailə mənsubiyyəti müəyyən edilirdi.Bu sistem patriarxal cəmiyyətin tələblərinə uyğun idi: torpaq, titullar, əmlak və sosial status kişi xətti ilə ötürülürdü. At, ailənin rəsmi başçısı hesab olunurdu və onun vasitəsilə insan cəmiyyətdə tanınırdı. Maraqlıdır ki, tarixdə nadir hallarda insanların anasının adı ilə tanındığı hallar da mövcuddur, lakin bunlar istisna idi.Zamanla...

25 Mart 2026, 14:55

Sel nədir və niyə bu qədər təhlükəlidir?  

Sel adi daşqın deyil. O, qəfil yaranan, çox sürətli hərəkət edən və qarşısına çıxan hər şeyi dağıdan təhlükəli təbii hadisədir. Bəzən hava sakit olsa da, bir neçə kilometr yuxarıda yağan güclü yağış nəticəsində sel dərəyə dolur və insanların reaksiya verməyə vaxtı qalmır.Citypost.az-ın məlumatına görə, Əsasən qısa müddətli, güclü leysan yağışları selə səbəb olur. Torpaq suyu hopdurmağa macal tapmır və su, palçıq, daş və ağac qalıqları ilə birlikdə axına çevrilir. Dağlıq ərazilərdə qarın sürətlə əriməsi, meşələrin qırılması və çay-dərə yataqlarında tikinti aparılması da sel riskini artırır.Sellərin bir neçə növü var:Yağış selləri – ən çox rast gəlinən növdür, güclü yağışdan sonra yaranır...

25 Mart 2026, 12:08

Liftlərdəki güzgülərin sirri: sadə görünən dizaynın ağıllı səbəbləri 

Liftə mindiyiniz zaman adətən arxa divarda böyük bir güzgü görürsünüz. Əksəriyyət üçün bu, sadəcə saçını yoxlamaq və ya görünüşünü düzəltmək üçün düşünülmüş bir element kimi görünə bilər. Lakin əslində lift güzgülərinin funksiyası daha çoxdur və onların bir neçə ağıllı səbəbi var.Citypost.az-ın məlumatına görə, lift kabinələri dar və məhdud yerlərdir. Bu cür məkanlarda bəzi insanlar narahatlıq hiss edə bilər, hətta klaustrofobiyaya meyilli ola bilər. Güzgülər vizual olaraq genişlik illüziyası yaradır, məkanın daha geniş görünməsini təmin edir və sərnişinlərin rahatlığını artırır.Bundan əlavə, güzgülər təhlükəsizlik hissi verir. İnsanlar arxalarında kimlərin olduğunu görə bildikdə özlərini daha etibarlı hiss edir, xoşagəlməz halların qarşısı alınır. Əlçatanlıq...

25 Mart 2026, 11:43