Bizə yazın

Baku

-°C

USD

-

Qəzalı məktəbdə tədris dayandırıldı

Cəmiyyət 01 Aprel 2026, 13:44

172

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.

Bu barədə Citypost.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

"Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.

Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - məlumatda vurğulanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış azərbaycanlı rəssam Səlçuq Universitetində yüksək vəzifəyə təyinat aldı 

Azərbaycanlı rəssam və memar, sənətşünas alim, professor İlham Ənvəroğlu Türkiyə Cümhuriyyətinin Konya şəhərində yerləşən məşhur Səlçuq Universitetinin incəsənət fakültəsinin dekanı vəzifəsinə təyin olunub. CityPost.az xəbər verir  ki,İlham Ənvəroğlu 1970-ci ildə Ağcabədi şəhərində görkəmli filoloq-alim, professor, şair Ənvər Əhmədin ailəsində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıdakı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 1990-cı illlərin sonlarında Türkiyəyə köçən İlham Ənvəroğlu Konya şəhərindəki Səlçuk Universitetində elmi fəaliyyətə başlayıb. O burada magistr və doktorantura təhsillərini tamamlayıb. Uzun illər universitetdə pedaqoji və elmi-praktik fəaliyyətlə məşğul olan rəssam indiyədək 50-dən çox milli və beynəlxalq sərgidə...

01 Aprel 2026, 15:00

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 

Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, aprelin 17-i saat 10:00-da Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsidə Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

01 Aprel 2026, 13:45

"Azərbaycan alüminiumu" ASC ləğv edilir - SƏRƏNCAM

"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək.Citxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb."Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək. Nazirlər Kabineti müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və...

01 Aprel 2026, 13:15

12 aptekdə nöqsanlar aşkarlanıb 

2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb.Bu barədə Citypost.az-a AEM-dən məlumat verilib.Bildirilib ki, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub....

01 Aprel 2026, 12:42

Əli Əhmədova AĞIR itki

Milli Məclisin I vitse-prezidenti Əli Əhmədovun qayınanası rəhmətə gedib.Citypost.az xəbər verir ki, bu barədə parlamentdən bildirilib. Mərhum Sara Hüseynovanın ölüm səbəbi açıqlanmayıb. (Modern.az)Allah rəhmət eləsin.

01 Aprel 2026, 12:41

Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək 

Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir....

01 Aprel 2026, 12:37