Tural Qaraqaşlı: “Türkiyə ilə ittifaq gələcəyə yönəlmiş strateji seçim ola bilər”
Siyasət 01 Aprel 2026, 11:32
359
Gənc yazar Tural Qaraqaşlı Yaxın Şərqdə baş verən son geosiyasi proseslər və regional güc balansı ilə bağlı geniş şərh verib.
Citypost.az xəbər verir ki, yazar bildirib ki, hazırkı müharibə fonunda İranın göstərdiyi müqavimət və böyük güclərə qarşı mövqeyi inkar edilməyəcək bir reallıqdır. Bununla yanaşı, proseslərin yalnız açıq hərbi müstəvidə deyil, həm də diplomatik və strateji arxa planda formalaşdığını vurğulayıb.
Tural Qaraqaşlı iddia edib ki, Türkiyənin də regionda aktiv diplomatik xətt izlədiyi və xüsusilə Körfəz ölkələri ilə münasibətlərdə təsir imkanlarını artırdığı ehtimal olunur. Onun fikrincə, bəzi mərhələlərdə Türkiyənin regiondakı gərginliyin daha da dərinləşməsinin qarşısını alan vasitəçi rol oynadığı da istisna deyil.
Yazar qeyd edib ki, müharibə şəraitində Körfəz ölkələrinə atılan raketlərə baxmayaraq, həmin dövlətlərin genişmiqyaslı və sərt reaksiyadan çəkinməsi diqqət çəkir. Bu isə regionda yeni siyasi balansın formalaşdığı barədə suallar yaradır.
Həmçinin oxuyun
Onun sözlərinə görə, ABŞ-ın bölgədəki ənənəvi təsir imkanları ilə müqayisədə Türkiyənin son illərdə artan siyasi və hərbi nüfuzu bəzi ərəb ölkələri üçün alternativ təhlükəsizlik modeli kimi dəyərləndirilə bilər. Bu kontekstdə mümkün hərbi ittifaqlar və strateji əməkdaşlıqların gündəmə gəlməsi də istisna edilmir.
Tural Qaraqaşlı həmçinin bildirib ki, Türkiyənin müdafiə sənayesi hazırda tam üstün olmasa da, xüsusilə pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi uğurlar qlobal miqyasda diqqət çəkir. Onun fikrincə, “KAAN” kimi yeni nəsil hərbi layihələr və müdafiə sənayesində gözlənilən inkişaf gələcəkdə regionda güc balansını dəyişə bilər.
Yazar sonda qeyd edib ki, Türkiyə ilə qurulacaq strateji əməkdaşlıq bəzi ölkələr üçün qısamüddətli deyil, uzunmüddətli təhlükəsizlik və geosiyasi investisiya kimi qiymətləndirilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tarixçi alimdən xarici siyasətlə bağlı çağırış: “Yalnız Türkiyə ilə uzlaşma olmalıdır”
Tarixçi alim Nazir Əhmədli xarici siyasətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, alim bildirib ki, Azərbaycanın xarici siyasəti ABŞ və İsraillə deyil, yalnız Türkiyə ilə uzlaşdırılmalıdır.Nazir Əhmədli qeyd edib ki, xarici siyasətimizdə əsas xətt qardaş Türkiyə ilə yaxın əməkdaşlıq olmalıdır. Onun sözlərinə görə, "onun dostu dostumuz, düşməni düşmənimizdir’ prinsipi əsas götürülməlidir”, – deyə açıqlamada vurğulanıb.Əli
01 Aprel 2026, 11:30
Qulu Məhərrəmli:Trampın müharibə siyasətinə etirazlar qlobal gərginliyi artırır
ABŞ və Avropada Trampın müharibə siyasətinə qarşı etirazlar genişlənirCitypost.az xəbər verir ki, professor Qulu Məhərrəmli ABŞ-da və Avropada Donald Trampın müharibə siyasətinə qarşı keçirilən kütləvi etirazları şərh edib.Onun fikrincə, belə etirazlar demokratik cəmiyyətlər üçün müsbət hal kimi qiymətləndirilsə də, prosesin ikinci və daha təhlükəli tərəfi də var. Məhərrəmli bildirir ki, bu etirazlardan sonra Donald Trump-ın öz ölkəsindəki əleyhdarlarını susdurmaq və “qalibiyyətli son”a qədər getmək kimi sərt addımlar atmaq ehtimalı artır.Professorun sözlərinə görə, bu cür gərginliklər həm ABŞ daxilində siyasi vəziyyəti daha da kəskinləşdirə, həm də qlobal miqyasda riskləri artıraraq İran və ümumilikdə regiondakı vəziyyətə mənfi təsir göstərə bilər. O, bunun...
01 Aprel 2026, 11:10
Turab Rzayev: ABŞ–İran gərginliyi hərbi eskalasiya mərhələsinə yaxınlaşır
Politoloq Turab Rzayev ABŞ–İran gərginliyi və Yaxın Şərqdə hərbi eskalasiya ehtimalları ilə bağlı yeni iddialar səsləndiribCitypost.az xəbər verir ki, politoloqun yazdığı açıqlamada bildirib ki, Donald Trump administrasiyası İranla bağlı mövqedə hərbi seçimlərə daha çox yaxınlaşır və mövcud böhrandan çıxış imkanlarının məhdudlaşdığı iddia olunur.Onun sözlərinə görə, İranın ABŞ üçün irəli sürdüyü şərtləri qəbul etməməsi gərginliyi artırır və prosesin diplomatik müstəvidən çıxma ehtimalı güclənir.Açıqlamada qeyd olunur ki, bölgəyə əlavə hərbi qüvvələrin cəlb edildiyi, o cümlədən on minlərlə əsgərin yerləşdirilməsi ilə bağlı iddialar var. Eyni zamanda, USS Gerald R. Ford və USS George H.W. Bush kimi hərbi gəmilərin bölgədəki mövcudluğuna diqqət çəkilir.Politoloq bildirib...
01 Aprel 2026, 10:19
Heydər Oğuz: İranda faktiki idarəçilik Qalibafın əlindədir
Jurnalist Heydər Oğuz Yaxın Şərqdə baş verən proseslər fonunda İranla bağlı diqqət çəkən iddialar səsləndirilib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, nə qədər ki, Müctəba Xamenei açıq şəkildə siyasi səhnəyə çıxmayıb, Donald Trampın “İranda rejim dəyişikliyi etdik” açıqlaması tamamilə əsassız sayıla bilməz.Onun sözlərinə görə, hazırda ölkədə faktiki idarəçilik Məhəmməd Baqer Qalibafın nəzarəti altındadır. Bu vəziyyət isə İranın teokratik mahiyyətinin zəiflədiyini və idarəetmə modelində dəyişikliklərin baş verdiyini göstərir.Jurnalist qeyd edib ki, bu proseslər fonunda İranın faktiki olaraq parlamentli respublika modelinə yaxınlaşdığı ilə bağlı fikirlər səsləndirilir və bu hal müəyyən mənada rejim dəyişikliyi kimi də qiymətləndirilə bilər.Əli...
01 Aprel 2026, 10:08
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Azərbaycana gəlib
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
01 Aprel 2026, 10:04
M.Əsədullazadə: Hizbullah zəifləyir, İranın dəstəyi kəsilir
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin Hizbullaha qarşı Livan ərazisində apardığı hərbi əməliyyatlar müəyyən müsbət nəticələr verməkdədir.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, İranın zəifləməsi və zərbələr alması Hizbullaha göstərilən maliyyə və logistik dəstəyin azalmasına səbəb olur. Ekspert qeyd edib ki, artıq Suriya üzərindən təşkilatla quru əlaqələrinin kəsilməsi Hizbullahın imkanlarını xeyli məhdudlaşdırıb.M. Əsədullazadə vurğulayıb ki, Livan hökuməti də Hizbullahın ləğvində maraqlı tərəf kimi çıxış edir. Bununla belə, təşkilat hərbi baxımdan zəifləsə də, ölkə daxilində siyasi mövqeyini müəyyən səviyyədə qoruyub saxlaya bilər.Ekspert əlavə edib ki, İsrailin Litani çayının şimalına qədər bufer zona yaratmaq planı Hizbullaha...
01 Aprel 2026, 09:10